14 Sentyabr 2026 18:53
193
İQTİSADİYYAT
A- A+
Göygöl rayonunda aqrar sahədə görülən işlərlə tanışlıq olub, sahibkarların təşəbbüsləri dinlənilib

Göygöl rayonunda aqrar sahədə görülən işlərlə tanışlıq olub, sahibkarların təşəbbüsləri dinlənilib

Göygöl rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər üzrə sahibkarların təşəbbüsləri və görülən işlərlə tanışlıq olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi və Prezident Administrasiyasının məsul əməkdaşı ərzaqlıq buğda istehsalının artırılması istiqamətində həyata keçirilən layihələrə, moruqçuluq və heyvandarlıq təsərrüfatlarına baxış keçiriblər. Sahibkar Rafail Mustafayev 250 hektar sahədə 1375 ton məhsul, yəni hər hektardan 60 sentner buğda əldə etməyi hədəfləyir. 50 hektar sahədə artıq şum işləri aparılıb. Digər sahibkar Taleh Hüseynov isə 200 hektar sahədə 1000 ton buğda istehsal etməyi və 2 pivot suvarma sistemi quraşdırmağı planlaşdırır. Bu təsərrüfatda da 50 hektar sahədə şum işləri görülüb və hazırlıq tədbirləri davam etdirilir.

Rayonda intensiv moruqçuluğun inkişafı istiqamətində də mühüm layihələr həyata keçirilir. Qoşqar Rzayev 6 hektar, Fuad Zalov isə 8 hektar intensiv moruqçuluq təsərrüfatı yaradıb və damcı suvarma sistemi quraşdırılıb. Hər iki təsərrüfatda əlavə torpaq sahələri alınaraq təsərrüfatın genişləndirilməsi nəzərdə tutulub.

Heyvandarlıq sahəsində də istehsalın artırılmasına yönəlmiş layihələr diqqət çəkir. Bəhruz Mustafa Avstriyadan 100 baş “Simmental” cinsli ətlik heyvan gətirməyi planlaşdırır. Layihənin həyata keçirilməsi nəticəsində ət istehsalının 37 ton artacağı gözlənilir. Yaşar Məmmədzadə isə Almaniyadan “Holşteyn-Friz” cinsli südlük heyvan alacaq və bununla süd istehsalının 390 min litr artırılması nəzərdə tutulur. Hazırda hər iki təsərrüfatda heyvanların alınması ilə bağlı araşdırmalar aparılır. İşlər 2026-cı ilin avqustunda başlanıb və 2028-ci ilin dekabrında başa çatdırılması planlaşdırılır.

Baxış zamanı sahibkarlarla görüşlər keçirilib, onların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları məsələlərlə maraqlanılıb, təklif və müraciətləri dinlənilib. Dövlət tərəfindən yaradılan imkanlardan, o cümlədən subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmlərindən səmərəli istifadənin vacibliyi vurğulanıb.

Sonra rayon icra hakimiyyətinin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin, “Əlaqələndirmə Qərargahı”nın üzvlərinin iştirakı ilə görüş keçirilib. Tədbirin məqsədi zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyətini, habelə Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərə dair məlumatların diqqətə çatdırılması olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Premyer Liqa: Son çempiondan inamlı qələbə

21:01
14 Sentyabr

“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib

20:31
14 Sentyabr

Bakıda Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans işə başlayıb

20:21
14 Sentyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:43
14 Sentyabr

Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

19:24
14 Sentyabr

Yeni Dövlət Proqramı Tərtərdə kənd təsərrüfatının inkişafına yeni imkanlar yaradır

19:16
14 Sentyabr

Rafail Tatikov: Müftilər Şurasının iclası türk dövlətləri arasında dini-mədəni dialoqun möhkəmlənməsinə xidmət edir

19:15
14 Sentyabr

Daşkəsəndə kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar nəzərdən keçirilir

19:13
14 Sentyabr

Şəmkirdə Dövlət Proqramının icrası diqqətdə saxlanılır - təsərrüfatlara baxış keçirilib

19:12
14 Sentyabr

Tahir Tağızadə etimadnaməsini Serbiya Prezidentinə təqdim edib

19:02
14 Sentyabr

Göygöl rayonunda aqrar sahədə görülən işlərlə tanışlıq olub, sahibkarların təşəbbüsləri dinlənilib

18:53
14 Sentyabr

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin payız sessiyasında ilk iclası keçirilib

18:47
14 Sentyabr

Azad olunmuş ərazilərdə aqroparklara, iri fermer təsərrüfatlarına, yeni intensiv meyvə bağlarına baxış keçirilib

18:41
14 Sentyabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib 

18:31
14 Sentyabr

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafının gücləndirilməsinə xüsusi diqqət yetirilib

18:09
14 Sentyabr

Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

17:51
14 Sentyabr

Mahmut Erol Kılıç: Seyid Yəhya Bakuvi kimi şəxsiyyətlər bəşəriyyəti dostluğa və həmrəyliyə dəvət ediblər

17:33
14 Sentyabr

Havanın çirklənməsi pnevmoniya, sepsis və meningit riskini artıra bilər - Araşdırma

17:26
14 Sentyabr

Nuriddin Xoliknazar: Seyid Yəhya Bakuvinin təlimində mənəvi saflaşma və yüksək əxlaq əsas yer tutur

17:25
14 Sentyabr

Safi Arpaquş: İslam irsinin yeni nəsillərə ötürülməsi onların tarix və sivilizasiya ilə bağlarını gücləndirəcək

17:24
14 Sentyabr

Bu ilin 8 ayında qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin dəyəri məlum olub

17:23
14 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!