14 Sentyabr 2026 20:21
116
CƏMİYYƏT
A- A+
Bakıda Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans işə başlayıb

Bakıda Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans işə başlayıb

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində “Gülüstan” sarayında tanınmış azərbaycanlı mütəfəkkir alim Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə (XV əsr) həsr olunmuş beynəlxalq elmi-praktiki Konfransın Plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: Mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda keçirilən Birinci Beynəlxalq elmi-praktiki Konfransın həmtəşkilatçıları Qafqaz Müsəlmanları İdarəsi və TDT ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası, ISESCO, İRSİKA, Müsəlman Ağsaqqallar Şurasıdır.

Tədbiri giriş sözü ilə açan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatı Dini idarə rəhbərləri Şurasının 7-ci Görüşü çərçivəsində keçirilən, 40-a yaxın ölkəni, 18 beynəlxalq təşkilat və mərkəzi təmsil edən dövlət, din, elm və ictimai xadimi ehtiva edən 200-ə yaxın iştirakçını bir araya gətirən Beynəlxalq Konfransın ərsəyə gəlməsi üçün göstərilən ali himayəyə görə Prezident İlham Əliyevə Konfrans iştirakçıları adından böyük ehtiramla təşəkkürünü ifadə edib.

QMİ-nin sədri bildirib ki, haqq dini olan İslamı insanlara olduğu kimi təbliğ etmək yönündə böyük səylər göstərmiş Seyyid Yəhya Bakuvinin mötədil təsəvvüf fəlsəfəsi, əsasən, mənəvi kamillik, insan qardaşlığı, tolerantlıq və bəşəri həmrəylik prinsiplərinə əsaslanır. Təsadüfi deyil ki, Bakuvinin fəlsəfi irsi UNESCO səviyyəsində qeyd olunub, qlobal əhəmiyyət qazanıb. A.Paşazadənin sözlərinə görə, Bakuvinin fəlsəfi görüşləri Anadoludan Balkanlara, Orta Şərqdən Şimali Afrikaya, Qafqazdan Mərkəzi Asiyaya qədər geniş bir coğrafiyada milyonlarla insana təsir göstərib: "Seyyid Yəhya Bakuvinin Bakıda, İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində tarixi abidə kimi qorunan türbəsi həm yerli sakinlərin, həm də xaricdən gələn zəvvarların ziyarət yerinə çevrilib. Zəmanəmizdə olduqca böyük ehtiyac duyulan mötədil dəyərlərin mükəmməl qaynaqlarından olan Bakuvi irsinin tədqiqi və təşviqi, heç şübhəsiz ki, ümumbəşəri və ümumislami dəyər kəsb edir”.

Tədbirdə çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, İRSİKA-nın Baş direktoru Mahmut Erol Kılıç, UNESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun müdiri Anar Kərimov, Türk Dövlətləri Təşkilatının Müsəlman Dini idarə rəhbərləri Şurasının üzvləri və digər qonaqlar müasir dönəmdə çox aktual olan mötədil İslam nəzəriyyəsinin mötəbər şəxsiyyəti, İslam maarifçiliyinin parlaq nümayəndəsi, mütəfəkkir filosof və şair Seyyid Yəhya Bakuvinin bu gün daha geniş miqyasda dünyaya tanıdılmasının elmi, ictimai və dini mühit üçün son dərəcə önəmli və şərəfli olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, bu gün qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada separatçılıq və dini radikalizm kimi bəşəriyyəti təhdid edən hadisələrin yaşandığı bir zamanda Bakuvi fəlsəfəsində mötədil İslamın təbliğinə, milli-mənəvi dəyərlərin birləşdirici gücünə və bəşəriyyət üçün vacib olan insan qardaşlığı prinsiplərinin təşviqinə böyük ehtiyac var. Müasir dövr üçün xüsusi əhəmiyyət kəsb edən cəhətlərdən biri də Seyyid Yəhya Bakuvi irsinin yalnız Azərbaycan üçün deyil, bütövlükdə İslam sivilizasiyasının mühüm mənəvi sərvətlərindən biri kimi milli kimliyin, mənəvi suverenliyin və ortaq dini-irfani irsin qorunması baxımından xüsusi əhəmiyyət daşımasıdır.

Beynəlxalq konfransda, həmçinin Türk dünyası üçün önəm kəsb edən “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” adlı kitab-albom təqdim edilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müəllifi olduğu, iki qardaş xalq, əbədi dost və müttəfiq dövlətin ən yeni tarixində qüdrətli dövlət rəhbərlərinin - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin səyləri və müdrik addımları sayəsində mənəvi irsin, İslam dəyərlərinin qorunub inkişaf etdirilməsi istiqamətində misilsiz fəaliyyətləri əks etdirmək məramı daşıyan nəşr iki dildə - Azərbaycan və özbək dillərində işıq üzü görüb.

Bununla yanaşı, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hazırlanıb nəşr edilmiş “Piri-sani – Seyyid Yəhya Bakuvi ”, Azərbaycan və ingilis dillərində “İrəvan Qazılığının tarixi” kitablarının və digər nəşrlərin Beynəlxalq Konfrans çərçivəsində təqdimatı keçirilib.

Konfransın materialları əsasında, həmçinin İslamın mötədil İslam dəyərləri – Bakuvi irsinə həsr olunmuş film hazırlanıb.

“İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: Mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda Birinci Beynəlxalq konfransın materialları əsasında kitab və broşürlərin nəşri, süni intellekt vasitələri ilə təqdimatların təşkili nəzərdə tutulub.

Sentyabrın 15-də beynəlxalq konfrans işini bölmə iclasları ilə davam etdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Premyer Liqa: Son çempiondan inamlı qələbə

21:01
14 Sentyabr

“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib

20:31
14 Sentyabr

Bakıda Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans işə başlayıb

20:21
14 Sentyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:43
14 Sentyabr

Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

19:24
14 Sentyabr

Yeni Dövlət Proqramı Tərtərdə kənd təsərrüfatının inkişafına yeni imkanlar yaradır

19:16
14 Sentyabr

Rafail Tatikov: Müftilər Şurasının iclası türk dövlətləri arasında dini-mədəni dialoqun möhkəmlənməsinə xidmət edir

19:15
14 Sentyabr

Daşkəsəndə kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar nəzərdən keçirilir

19:13
14 Sentyabr

Şəmkirdə Dövlət Proqramının icrası diqqətdə saxlanılır - təsərrüfatlara baxış keçirilib

19:12
14 Sentyabr

Tahir Tağızadə etimadnaməsini Serbiya Prezidentinə təqdim edib

19:02
14 Sentyabr

Göygöl rayonunda aqrar sahədə görülən işlərlə tanışlıq olub, sahibkarların təşəbbüsləri dinlənilib

18:53
14 Sentyabr

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin payız sessiyasında ilk iclası keçirilib

18:47
14 Sentyabr

Azad olunmuş ərazilərdə aqroparklara, iri fermer təsərrüfatlarına, yeni intensiv meyvə bağlarına baxış keçirilib

18:41
14 Sentyabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib 

18:31
14 Sentyabr

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafının gücləndirilməsinə xüsusi diqqət yetirilib

18:09
14 Sentyabr

Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

17:51
14 Sentyabr

Mahmut Erol Kılıç: Seyid Yəhya Bakuvi kimi şəxsiyyətlər bəşəriyyəti dostluğa və həmrəyliyə dəvət ediblər

17:33
14 Sentyabr

Havanın çirklənməsi pnevmoniya, sepsis və meningit riskini artıra bilər - Araşdırma

17:26
14 Sentyabr

Nuriddin Xoliknazar: Seyid Yəhya Bakuvinin təlimində mənəvi saflaşma və yüksək əxlaq əsas yer tutur

17:25
14 Sentyabr

Safi Arpaquş: İslam irsinin yeni nəsillərə ötürülməsi onların tarix və sivilizasiya ilə bağlarını gücləndirəcək

17:24
14 Sentyabr

Bu ilin 8 ayında qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin dəyəri məlum olub

17:23
14 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!