02 Oktyabr 2026 11:08
107
SİYASƏT
A- A+
Heydər Əliyev qüdrətli Azərbaycan dövlətinin banisidir  

Heydər Əliyev qüdrətli Azərbaycan dövlətinin banisidir  


1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri Azərbaycanın müstəqillik tarixində dönüş nöqtələrindən biri oldu. Həmin seçkilərdə xalqın böyük səs çoxluğu ilə Heydər Əliyevə etimad göstərməsi ölkənin gələcək inkişaf istiqamətini müəyyənləşdirən tarixi seçim idi. Bu seçim, ilk növbədə, dövlətçiliyin qorunması, ölkədə sabitliyin bərqərar edilməsi və Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi ilə bağlı xalq iradəsinin ifadəsi kimi tarixə düşdü.

Müstəqilliyin ilk illərində Azərbaycan olduqca mürəkkəb siyasi, sosial və iqtisadi vəziyyətlə üz-üzə qalmışdı. Ölkədə hakimiyyət böhranı dərinləşir, separatizm və silahlı qarşıdurma təhlükəsi dövlətin əsaslarını sarsıdır, Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilər işğal olunur, cəmiyyətdə sabaha inam azalırdı. Belə bir şəraitdə dövlətçiliyin qorunması və Azərbaycanın parçalanmaq təhlükəsindən xilas edilməsi həyati əhəmiyyət daşıyırdı.

Heydər Əliyevin 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdışı məhz belə ağır bir tarixi mərhələyə təsadüf etdi. Xalqın tələbi və ölkənin düşdüyü mürəkkəb vəziyyət onun böyük siyasi təcrübəsinə və dövlətçilik iradəsinə ehtiyacı artırmışdı. Ulu Öndərin Bakıya qayıdışı ilə siyasi böhranın aradan qaldırılması, dövlət idarəçiliyinin yenidən formalaşdırılması və ölkədə sabitliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlərə başlanıldı.

Həmin dövrdə Gəncədə baş verən hadisələr dövlətçiliyin qarşılaşdığı ciddi təhlükələrdən biri idi. Heydər Əliyevin həyatını təhlükə qarşısında qoyaraq Gəncəyə getməsi və böhranın siyasi yolla həllinə nail olmaq üçün ortaya qoyduğu iradə onun dövlətçilik məsuliyyətinin göstəricisi idi. Sonrakı mərhələdə dövlət institutlarının möhkəmləndirilməsi, qanunun aliliyinin təmin olunması və silahlı qarşıdurmaların aradan qaldırılması Azərbaycanın sabit inkişafı üçün zəruri siyasi zəmin yaratdı.

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan qarşısında duran əsas vəzifələr – dövlət müstəqilliyinin qorunması, ictimai-siyasi sabitliyin təmin edilməsi, iqtisadi tənəzzülün dayandırılması və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi – vahid dövlət siyasəti çərçivəsində həyata keçirilməyə başladı.

1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi dövlət quruculuğunda yeni mərhələnin başlanğıcını qoydu. Konstitusiyada demokratik, hüquqi və dünyəvi dövlət prinsipləri təsbit edildi, insan və vətəndaş hüquq və azadlıqlarının fundamental təminatları müəyyənləşdirildi. Ardınca siyasi və hüquqi sistemin təkmilləşdirilməsi, məhkəmə-hüquq islahatlarının aparılması, dövlət idarəçiliyinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Senzuranın ləğvi də həmin dövrün mühüm siyasi qərarlarından biri oldu.

Heydər Əliyevin dövlətçilik strategiyasının mühüm istiqamətlərindən biri də iqtisadi müstəqilliyin təmin olunması idi. Ulu Öndər yaxşı anlayırdı ki, siyasi müstəqilliyin davamlı olması üçün güclü iqtisadi təməl formalaşdırılmalıdır. Bu baxımdan neft strategiyası Azərbaycanın müasir iqtisadi inkişafının əsas dayaqlarından birinə çevrildi.

1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya enerji bazarına inteqrasiyasının əsasını qoydu. Müqavilə ölkəyə xarici investisiyaların cəlb edilməsinə, enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasına və Azərbaycanın iqtisadi potensialının genişləndirilməsinə imkan yaratdı. Sonrakı illərdə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi layihələrin reallaşdırılması Azərbaycanın regional enerji siyasətində rolunu daha da artırdı.

Xarici siyasətdə də Heydər Əliyevin əsas məqsədi Azərbaycanın milli maraqlarının qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ölkənin beynəlxalq münasibətlər sistemində mövqelərinin gücləndirilməsi idi. Ulu Öndər mürəkkəb geosiyasi şəraitdə balanslaşdırılmış xarici siyasət yürüdərək müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələrin inkişafına xüsusi əhəmiyyət verirdi. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq müstəvidə gündəmdə saxlanılması və Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüququn prinsipləri əsasında müdafiəsi də bu siyasətin mühüm istiqamətlərindən idi.

Ulu Öndərin siyasi irsində dövlətçilik düşüncəsi xüsusi yer tutur. “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır” fikri onun dövlət müstəqilliyinə münasibətini ifadə edən fundamental prinsiplərdən biri idi. Heydər Əliyev üçün müstəqillik yalnız əldə edilmiş siyasi status deyil, daim qorunmalı və möhkəmləndirilməli milli sərvət idi. Bu baxış onun dövlət siyasətinin bütün istiqamətlərində – daxili idarəçilikdən xarici siyasətə, iqtisadiyyatdan milli ideologiyaya qədər – özünü göstərirdi.

Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm nəticələrindən biri də dövlətçilik ənənələrinin institusional əsaslarının yaradılması oldu. Onun rəhbərliyi ilə formalaşdırılan idarəçilik modeli sonrakı dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin möhkəmlənməsi üçün mühüm baza yaratdı. Ulu Öndərin müəyyən etdiyi strateji kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilərək Azərbaycanın iqtisadi və siyasi imkanlarının daha da genişlənməsinə, müdafiə qüdrətinin artırılmasına və milli maraqlarının daha fəal şəkildə təmin edilməsinə şərait yaratdı.

Bu gün Azərbaycanın siyasi, iqtisadi və beynəlxalq mövqeləri haqqında danışarkən müstəqil dövlətçiliyin formalaşmasının əsas mərhələlərini və Heydər Əliyevin bu prosesdəki rolunu nəzərə almamaq mümkün deyil. Onun müəyyən etdiyi dövlətçilik konsepsiyası, milli həmrəylik ideyası, iqtisadi inkişaf strategiyası və xarici siyasət prinsipləri müasir Azərbaycanın formalaşmasında mühüm rol oynadı.

1993-cü il oktyabrın 3-dən başlayan yeni siyasi mərhələ Azərbaycanın müasir dövlətçilik tarixində mühüm dönüş yaratdı. Ulu Öndər Heydər Əliyev yalnız xilaskar lider deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin banisi, ideoloji müəllifi və beynəlxalq nüfuzunun təminatçısıdır. Onun qoyduğu yol bu gün də Azərbaycanın sabitliyinin, gücünün və yüksəlişinin ən etibarlı təminatıdır.


Vasif QAFAROV,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev qüdrətli Azərbaycan dövlətinin banisidir  

11:08
02 Oktyabr

Azərbaycanın gələcək inkişafının təməlinin qoyulduğu tarixi gün  

10:57
02 Oktyabr

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu  

10:55
02 Oktyabr

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb

10:53
02 Oktyabr

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

10:49
02 Oktyabr

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

10:48
02 Oktyabr

Azərbaycan Respublikasının Hərbi prokuroru Müstəqil Dövlətlər Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin hərbi prokurorlarının dəyirmi masasında iştirak edib  

10:45
02 Oktyabr

Van Qoq, Mone və Sezannın nadir əsərləri Nyu Yorkdakı Sotheby's hərracında satışa çıxarılacaq

10:45
02 Oktyabr

Yeni dövrün başlanğıcı  

10:40
02 Oktyabr

ABŞ-də ölüm hökmünə məhkum edilmiş qadın edamdan sağ çıxıb

10:40
02 Oktyabr

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir  

10:38
02 Oktyabr

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

10:37
02 Oktyabr

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi  

10:36
02 Oktyabr

Payızda immunitetimizi necə gücləndirək?

10:35
02 Oktyabr

Həmişə bir olaq - yumruq kimi

10:30
02 Oktyabr

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər  

10:25
02 Oktyabr

Azərbaycan "SpaceXAI" ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

10:25
02 Oktyabr

Qızıl və gümüş bahalaşıb 

10:23
02 Oktyabr

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

10:20
02 Oktyabr

Bu gün insanlar daha operativ və keyfiyyətli xidmətin fərqindədirlər

10:15
02 Oktyabr

Süni intellekt: həyatımıza daxil olan yeni düşüncə gücü

10:10
02 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!