02 Oktyabr 2026 10:57
115
SİYASƏT
A- A+
Azərbaycanın gələcək inkişafının təməlinin qoyulduğu tarixi gün  

Azərbaycanın gələcək inkişafının təməlinin qoyulduğu tarixi gün  


3 Oktyabr Azərbaycan xalqının taleyində və müstəqil dövlətçilik tariximizdə xüsusi yer tutan əlamətdar günlərdən biridir. 1993-cü ilin bu günü Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı oldu.

Müstəqilliyimizin ilk illərində Azərbaycan olduqca mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyətlə üz-üzə idi. Ölkədə sabitliyin pozulması, idarəçilikdə yaranmış ciddi problemlər, iqtisadi böhran və dövlət müstəqilliyinə qarşı real təhdidlər Azərbaycanın gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaradırdı. Belə bir şəraitdə xalqın Ulu Öndər Heydər Əliyevə olan inamı və onun siyasi hakimiyyətə qayıdışı dövlətimizin taleyində həlledici dönüş yaratdı.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ilk növbədə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi, dövlət idarəçiliyinin əsasları yenidən formalaşdırıldı. Bu dövrdə atılan ardıcıl və düşünülmüş addımlar Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin inkişafı üçün möhkəm zəmin yaratdı.

Ulu Öndərin dövlətçilik siyasətinin mühüm nəticələrindən biri 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi oldu. Konstitusiya ölkəmizin hüquqi dövlət quruculuğunun əsaslarını müəyyənləşdirdi, insan hüquq və azadlıqlarını, hakimiyyət bölgüsü prinsipini və dövlət idarəçiliyinin fundamental prinsiplərini təsbit etdi.

İqtisadi sahədə də Heydər Əliyevin müəyyən etdiyi strateji kurs Azərbaycanın gələcək inkişafının əsasını təşkil etdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın enerji siyasətində yeni mərhələ açdı. Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələrin reallaşması ölkəmizin həm iqtisadi imkanlarını genişləndirdi, həm də regional əhəmiyyətini artırdı.

Ulu Öndərin dövlətçilik irsində azərbaycançılıq ideologiyası da xüsusi yer tutur. Milli kimliyimizi, dövlətçilik dəyərlərimizi və milli-mənəvi irsimizi birləşdirən bu ideya dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmlənməsində mühüm rol oynadı. Xarici siyasət sahəsində müəyyən edilən milli maraqlara əsaslanan və balanslı yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməsinə imkan verdi. Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirdi, ölkəmizin milli maraqlarının və ərazi bütövlüyünün müdafiəsi istiqamətində mühüm diplomatik baza formalaşdı.

Bu gün Azərbaycanın əldə etdiyi böyük uğurların təməlində məhz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kurs yeni dövrün çağırışlarına uyğun şəkildə ardıcıl və məqsədyönlü davam etdirilir. Güclü iqtisadiyyatın formalaşdırılması, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi, ordumuzun gücləndirilməsi və ərazi bütövlüyümüzün bərpası bu siyasətin mühüm nəticələrindəndir. 

Bu baxımdan Ulu Öndər Heydər Əliyevin siyasi irsi həm tariximizin şanlı səhifəsi, həmdə Azərbaycanın bu günü və gələcəyi üçün mühüm dövlətçilik məktəbidir. Onun “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” fikri bu gün də dövlətçilik düşüncəmizin əsas ifadələrindən biri olaraq öz əhəmiyyətini qoruyur.

3 Oktyabr xalqımızın öz siyasi iradəsini ortaya qoyduğu və Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirdiyi mühüm tarixi gündür. Bu əlamətdar tarix münasibətilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərini minnətdarlıqla anırıq.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi möhkəm dövlətçilik təməlləri üzərində Azərbaycan bundan sonra da inamla inkişaf edəcək, milli maraqlarını və dövlət müstəqilliyini daim qoruyacaq.


Fatma Yıldırım,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev qüdrətli Azərbaycan dövlətinin banisidir  

11:08
02 Oktyabr

Azərbaycanın gələcək inkişafının təməlinin qoyulduğu tarixi gün  

10:57
02 Oktyabr

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu  

10:55
02 Oktyabr

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb

10:53
02 Oktyabr

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

10:49
02 Oktyabr

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

10:48
02 Oktyabr

Azərbaycan Respublikasının Hərbi prokuroru Müstəqil Dövlətlər Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin hərbi prokurorlarının dəyirmi masasında iştirak edib  

10:45
02 Oktyabr

Van Qoq, Mone və Sezannın nadir əsərləri Nyu Yorkdakı Sotheby's hərracında satışa çıxarılacaq

10:45
02 Oktyabr

Yeni dövrün başlanğıcı  

10:40
02 Oktyabr

ABŞ-də ölüm hökmünə məhkum edilmiş qadın edamdan sağ çıxıb

10:40
02 Oktyabr

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir  

10:38
02 Oktyabr

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

10:37
02 Oktyabr

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi  

10:36
02 Oktyabr

Payızda immunitetimizi necə gücləndirək?

10:35
02 Oktyabr

Həmişə bir olaq - yumruq kimi

10:30
02 Oktyabr

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər  

10:25
02 Oktyabr

Azərbaycan "SpaceXAI" ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

10:25
02 Oktyabr

Qızıl və gümüş bahalaşıb 

10:23
02 Oktyabr

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

10:20
02 Oktyabr

Bu gün insanlar daha operativ və keyfiyyətli xidmətin fərqindədirlər

10:15
02 Oktyabr

Süni intellekt: həyatımıza daxil olan yeni düşüncə gücü

10:10
02 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!