23 İyul 2026 08:35
154
Mədəniyyət
A- A+
Həsən bəy Zərdabinin məzarı ziyarət edilib

Həsən bəy Zərdabinin məzarı ziyarət edilib


İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü ilə əlaqədar Medianın İnkişafı Agentliyinin, Mətbuat Şurasının, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) rəhbərliyi və kollektivi milli mətbuatımızın banisi, "Əkinçi" qəzetinin naşiri və redaktoru, Azərbaycan milli məfkurəsinin əsaslarını yaradanlardan biri olan Həsən bəy Zərdabinin məzarını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Həsən bəy Zərdabinin ruhuna ehtiram əlaməti olaraq məzarının önünə əklil və tər güllər düzülüb, dərin minnətdarlıq hissilə böyük mütəfəkkirin əziz xatirəsi yad edilib.

Çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan milli mətbuatının keçdiyi tarixi inkişaf yolundan danışıb, "Əkinçi" ilə əsası qoyulan milli mətbuat ənənələrinin sonrakı dövrlərdə "Həyat", "İrşad", "Tərəqqi", "Açıq söz" qəzetləri, "Füyuzat" və "Molla Nəsrəddin" jurnalları və digər nəşrlərlə daha da zənginləşdiyini diqqətə çatdırıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə nəşr olunan "Azərbaycan" qəzetinin ölkənin dövlətçilik və mətbuat tarixində mühüm yer tutduğu vurğulanıb. Qeyd edilib ki, ADA Universitetində Hafiz Paşayevin rəhbərliyi ilə "Azərbaycan" qəzetinin 1918-1920-ci illərdə ərəb qrafikası ilə çap edilmiş saylarının transliterasiya edilərək nəşr olunması bu zəngin irsin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Vurğulanıb ki, sovet dövründə mövcud senzura şəraitinə baxmayaraq, Azərbaycan mətbuatı milli dilin saflığının qorunmasında mühüm rol oynayıb. Xüsusilə qeyd edilib ki, senzura və Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin müstəqillik illərində - 1998-ci ilin avqustunda Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə ləğv edilməsi ölkə mətbuatının inkişafında yeni mərhələnin əsasını qoyub və bu siyasət, mətbuata diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Media sahəsində həyata keçirilən islahatların, "Media haqqında" Qanunun qəbulunun, yeni idarəetmə mexanizmlərinin yaradılması informasiya mühitinin inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Günəşdən gələn təhlükə

10:20
23 İyul

Ölkələrin tarif siyasəti qlobal inflyasiyanı sürətləndirirmi?

10:15
23 İyul

3 ildir küçəmizdə kanalizasiya sistemi normal işləmir

10:10
23 İyul

Azərbaycan paraüzgüçülüyünün parlayan ulduzua

10:05
23 İyul

Müalicə də var, istirahət də

10:00
23 İyul

Əraziyə baxış keçirilmiş, Nazirlər Kabinetinə məktub göndərilmişdir

09:57
23 İyul

Müasir parklar yay tətili günlərində uşaqların sevimli əyləncə məkanıdır

09:55
23 İyul

Kəndə dönmək vaxtıdır

09:50
23 İyul

Qazaxın sərhəd kəndi olan Cəfərlinin sosial problemləri həll edilir

09:45
23 İyul

Həm kövrəldim, həm də qürur hissi keçirdim

09:40
23 İyul

Şeir bayramı - Vaqif Poeziya Günləri 

09:35
23 İyul

Qusar Dövlət Ləzgi Dram Teatrı tətilə çıxdı

09:30
23 İyul

"Göylərə baş çəkir Göyəzən dağı"

09:25
23 İyul

"Ələkbər əmi"nin həyat səhnəsindəki sonuncu rolu

09:20
23 İyul

Neftçalada sudan səmərəli istifadə məsələləri müzakirə olunub

09:17
23 İyul

Xocalının qədim Seyidbəyli kəndi yeni həyata qayıdır

09:15
23 İyul

Naftalanın sağlamlıq mərkəzlərinin qapıları şəhid ailələrinin üzvlərinə və qazilərə daim açıqdır

09:10
23 İyul

Şəmkirdə kənd təsərrüfatının inkişafına dair iş planı hazırlanır

09:05
23 İyul

Hacıqabul Sənaye Parkında avtomobil istehsalı artır

09:00
23 İyul

Qazaxda biçin başa çatmaq üzrədir

08:55
23 İyul

Məhsuldarlıq ötən ildəkindən çoxdur

08:53
23 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!