23 İyul 2026 09:15
208
CƏMİYYƏT
A- A+
Xocalının qədim Seyidbəyli kəndi yeni həyata qayıdır

Xocalının qədim Seyidbəyli kəndi yeni həyata qayıdır


Dağların qoynunda yerləşən Xocalı rayonunun Seyidbəyli kəndində həyat yenidən öz axarına qayıdır. AZƏRTAC xəbər verir ki, "Böyük qayıdış" proqramı çərçivəsində doğma yurdlarına dönən sakinlər illərlə həsrətini çəkdikləri torpaqlarda təsərrüfat qurur, ata-baba ənənələrini yaşadırlar.

Ələkbərovlar ailəsi də Böyük qayıdışın sevincini yaşayan, kənddə öz təsərrüfatını quran ilk sakinlərdəndir.

Ötən ilin sentyabrında doğma kəndinə qayıdan ailəyə Dövlət Məşğulluq Agentliyi tərəfindən 21 baş qoyun təqdim edilib. Bu dəstək ailənin heyvandarlıq fəaliyyətini yenidən bərpa etməsinə imkan yaradıb.

Ələkbərovlarla kəndin otlaq sahəsində, heyvanları otararkən həmsöhbət olduq. Əvvəllər də heyvandarlıqla məşğul olduqlarını bildirən Tahirə xanım 30 illik həsrətin bitməsindən böyük qürurla danışır: "Köçkünlük illərində Şəki və Bərdə rayonlarında məskunlaşmışdıq, həmişə qoyun saxlayırdıq. Seyidbəyli kəndinə köçdükdən sonra dövlətimiz tərəfindən bizə 21 baş qoyun verildi. İndi qoyunları kəndin otlaqlarında otarırıq. Neçə il bu torpaqların həsrətində olmuşuq. Bura gələndən sonra rahat nəfəs alırıq, buz kimi bulaqlardan su içirik. Kəklikotu, gülxətmi, dazıotu, qırxbuğum kimi çiçəkləri yığırıq. 30 il bu dağ çiçəklərini yığmağın, qoxlamağın, dəmləməyin həsrətini çəkmişdik. Şükür ki, indi qovuşmuşuq".

Axşamüstü otlaqdan kəndə qayıdan heyvanlar arxaca salınır. Təsərrüfat sahibi qeyd edir ki, kəndə gələndən sonra qoyunlardan 4-ü doğub, üstəlik, əlavə 5 baş keçi də alaraq təsərrüfatı böyüdüblər. Məqsəd heyvandarlığı daha da inkişaf etdirməkdir.

Evdə çay süfrəsi arxasında davam edən söhbət zamanı ailə illərin həsrətindən sonra doğma yurda qayıdışın yaratdığı sevinc və qürur hissini bölüşür. Ailə başçısı Rasim Ələkbərov 1992-ci ildən başlayan çətin köçkünlük illərini, çadır şəhərciklərində çəkilən əziyyətləri xatırlayır. Deyir ki, Seyidbəyliyə qayıdan ilk sakinlərdən biridir: "Şükür bu günümüzə ki, bu torpaqlarda ailəmizlə birlikdə yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Müzəffər Ali Baş Komandanımıza, dövlətimizə minnətdarıq. 30 il çox çətinliklər çəkmişik. İnşallah, bu gündən sonra xoş günlər yaşayacağıq. Qarabağımızda rahat nəfəs alırıq. Həsrətini çəkdiyimiz torpaqlarımızda yaşayırıq. Dövlətimizin başçısı evimizin açarlarını bizə şəxsən təqdim edib, qonağımız olub. Bu, bizim üçün unudulmaz bir qürurdur".

Ələkbərovlar ailəsinin ən böyük sevinci isə Seyidbəylidə dünyaya gələn ilk körpənin elə bu ocaqda doğulmasıdır. Masa arxasında oturan 3 nəvəsindən ən balacasını göstərən Rasim kişi böyük ümidlə əlavə edir: "Kəndə qayıtdıqdan sonra ilk dünyaya gələn uşaq mənim nəvəm oldu. İnşallah, kəndimiz daha da böyüyər, əhalimiz çoxalar, bu torpaqlarda uşaq səsləri heç vaxt əskik olmaz".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Günəşdən gələn təhlükə

10:20
23 İyul

Ölkələrin tarif siyasəti qlobal inflyasiyanı sürətləndirirmi?

10:15
23 İyul

3 ildir küçəmizdə kanalizasiya sistemi normal işləmir

10:10
23 İyul

Azərbaycan paraüzgüçülüyünün parlayan ulduzua

10:05
23 İyul

Müalicə də var, istirahət də

10:00
23 İyul

Əraziyə baxış keçirilmiş, Nazirlər Kabinetinə məktub göndərilmişdir

09:57
23 İyul

Müasir parklar yay tətili günlərində uşaqların sevimli əyləncə məkanıdır

09:55
23 İyul

Kəndə dönmək vaxtıdır

09:50
23 İyul

Qazaxın sərhəd kəndi olan Cəfərlinin sosial problemləri həll edilir

09:45
23 İyul

Həm kövrəldim, həm də qürur hissi keçirdim

09:40
23 İyul

Şeir bayramı - Vaqif Poeziya Günləri 

09:35
23 İyul

Qusar Dövlət Ləzgi Dram Teatrı tətilə çıxdı

09:30
23 İyul

"Göylərə baş çəkir Göyəzən dağı"

09:25
23 İyul

"Ələkbər əmi"nin həyat səhnəsindəki sonuncu rolu

09:20
23 İyul

Neftçalada sudan səmərəli istifadə məsələləri müzakirə olunub

09:17
23 İyul

Xocalının qədim Seyidbəyli kəndi yeni həyata qayıdır

09:15
23 İyul

Naftalanın sağlamlıq mərkəzlərinin qapıları şəhid ailələrinin üzvlərinə və qazilərə daim açıqdır

09:10
23 İyul

Şəmkirdə kənd təsərrüfatının inkişafına dair iş planı hazırlanır

09:05
23 İyul

Hacıqabul Sənaye Parkında avtomobil istehsalı artır

09:00
23 İyul

Qazaxda biçin başa çatmaq üzrədir

08:55
23 İyul

Məhsuldarlıq ötən ildəkindən çoxdur

08:53
23 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!