22 İyul 2026 21:10
157
Mədəniyyət
A- A+
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqlarla bağlı qurumlararası iclas təşkil olunub  

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqlarla bağlı qurumlararası iclas təşkil olunub  


Mədəniyyət Nazirliyində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlığına həsr olunmuş qurumlararası iclas keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda dövlət qurumlarının rəhbər səviyyəli nümayəndələri, o cümlədən Xarici İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Dövlət Turizm Agentliyinin, Medianın İnkişafı Agentliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və ADA Universitetinin təmsilçiləri iştirak ediblər.

İclasda mədəniyyət naziri Adil Kərimli “Bakı Prosesi”nin müntəzəm platforması olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 2011-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başladığını xatırladıb və platformanın qlobal müstəvidə gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir müavini Fərid Cəfərov isə builki Forumun proqramı, hazırlıq işləri, keçiriləcəyi məkanlar və nəzərdə tutulan tədbirlər barədə ətraflı təqdimat edib.

İclas iştirakçıları Forumun müxtəlif istiqamətləri üzrə təkliflərini bölüşüblər. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli elm təşkilatlarının nümayəndələrinin Foruma cəlb edilməsini təklif edib. Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Quba Olimpiya Kompleksində keçiriləcək Gənclər Forumunun hazırlıq işlərinin davam etdiyini bildirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov beynəlxalq dəvətlərin əlaqəli qaydada göndərilməsi barədə məlumat verib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Forum çərçivəsində multikulturalizm mövzusunda yan tədbirin keçirilməsini təklif edib. Xarici İşlər Nazirliyinin nümayəndəsi Elməddin Mehdiyev Bakıda yerləşən beynəlxalq gənclər təşkilatlarının Gənclər Forumuna cəlb edilməsini, həmçinin iqlim dəyişikliyi mövzusunda ayrıca panelin təşkilini təklif edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qadın və ailə mövzusunun Forum proqramına daxil edilməsini müzakirəyə gətirib, bu istiqamətdə “UN Women” ilə birgə xüsusi sessiyanın keçirilməsi razılaşdırılıb.

İclasın yekununda mədəniyyət naziri Adil Kərimli deyib: "VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ümumilikdə 3000-ə yaxın qonağın, o cümlədən 500 xarici iştirakçının iştirakı nəzərdə tutulur. “Bakı Prosesi”nin bu mötəbər platforması beynəlxalq mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdə davam edəcək".

Qeyd edək ki, “Bakı Prosesi” 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş beynəlxalq dialoq platformasıdır. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu prosesin müntəzəm keçirilən əsas tədbiridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Konfrans Liqası: "Neftçi" Belarus klubuna uduzub

22:18
22 İyul

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqlarla bağlı qurumlararası iclas təşkil olunub  

21:10
22 İyul

Bakıda Milli Mətbuat Günü qeyd olunub

20:15
22 İyul

Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb

19:56
22 İyul

Çex Respublikasının “Agrofert” Şirkətlər Qrupu ilə əməkdaşlıq imkanları müzakirə edilib

19:23
22 İyul

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri beynəlxalq medianın diqqət mərkəzində qalmaqdadır

19:07
22 İyul

Rəsmi Berlin Almaniyanın nüvə silahı hazırlaması ilə bağlı Rusiyanın iddialarını rədd edib

17:51
22 İyul

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana ekstradisiya edilib

17:36
22 İyul

Prezident Kitabxanasında Milli Mətbuat Günü münasibətilə kitab sərgisi açılıb

17:26
22 İyul

Agentlik: 121 mindən çox uşağın 1-ci sinfə qəbulu rəsmiləşdirilib

17:13
22 İyul

Beynəlxalq axtarışda olan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib

17:09
22 İyul

Milli Məclisin sədri ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib

16:51
22 İyul

SOCAR və “Wood Mackenzie” qlobal enerji gündəliyinə dair fikir mübadiləsi aparıb

16:48
22 İyul

Özbəkistanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb

16:14
22 İyul

Azərbaycanda uşaq mallarının təhlükəsizlik göstəricilərinə nəzarət gücləndiriləcək

16:00
22 İyul

Almaniya XİN ikitərəfli tərəfdaşlıqla bağlı Birgə Bəyannaməni mühüm addım kimi qiymətləndirib

15:29
22 İyul

Dünya bazarında taxılın qiyməti artıb

15:13
22 İyul

Serbiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub

14:20
22 İyul

Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur  

14:01
22 İyul

Azərbaycanın bəzi yerlərində temperaturun 41 dərəcəyədək yüksələcəyi gözlənilir - XƏBƏRDARLIQ  

13:59
22 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb  

13:48
22 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!