28 Sentyabr 2025 09:45
12095
Səhiyyə
A- A+
Gözlərə işıq gətirən kəşflər

Gözlərə işıq gətirən kəşflər


Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə tibbin bütün sahələrində olduğu kimi, oftalmologiyada da inqilabi dəyişikliklər baş verir. Hər il təqdim olunan yeni nailiyyətlər ümidləri artırır, görmə qabiliyyətini qismən və ya tamam itirən insanlar yenidən dünyanı bütün rəngləri ilə görə biləcəklərinə inanırlar. 

Dünənə qədər əlçatmaz görünən imkanlar - müasir göz əməliyyatları, süni implantlar və yeni kəşflər bu gün milyonlarla insana işıq, aydınlıq və yeni həyat bəxş edir.

Bir zamanlar göz əməliyyatı deyəndə uzun bərpa müddəti, riskli prosedurlar və qeyri-müəyyən nəticələr ağıla gələrdi. Lakin lazer texnologiyalarının tətbiqi bu sahədə böyük dönüş yaratdı. Artıq qısa müddətdə aparılan əməliyyatlarla insanlar eynəklərdən və linzalardan xilas ola bilirlər. LASIK lazer əməliyyatları eksimer lazerdən istifadə edərək gözün buynuz qişasını yenidən formalaşdırmaqla görmə qüsurlarını düzəldən cərrahi prosedurdur. Lazer üsulu yalnız görməni yaxşılaşdırmaqla kifayətlənmir, həm də əməliyyatın ağrısız və təhlükəsiz keçirilməsini təmin edir.

Amerikalı alimlər görmə qabiliyyətini korreksiya edən yeni bir texnologiya üzərində çalışırlar. Yeni metod kəsiklər etmədən buynuz qişanın formasını dəyişmək üçün elektrik potensialından istifadə edir. Dovşanların göz bəbəklərində aparılan ilkin sınaqlar görmənin cəmi bir neçə dəqiqə ərzində bərpa olunduğunu göstərib. Buynuz qişa gözün işığı sındırmaq və görüntünü torlu qişada fokuslamaq funksiyasını yerinə yetirən şəffaf, qübbə formalı quruluşudur. Əgər o, deformasiyaya uğrayıbsa, işığı düzgün fokuslaya bilmir və bu da görüntünün bulanıq olmasına səbəb olur. LASIK prosedurunda cərrah buynuz qişanın əyriliyini dəyişmək üçün toxuma hissələrini lazerlə kəsir. Yeni texnologiya isə fərqli işləyir. Kollagen tərkibli bir çox toxumanın, o cümlədən buynuz qişanın forması əksyüklü molekulların qarşılıqlı təsiri ilə saxlanılır. Bu toxumalar çoxlu miqdarda su ehtiva etdiyinə görə, elektrik potensialı tətbiq edildikdə onların pH səviyyəsi azalır. Bu isə daxili sərt bağları zəiflədir və strukturu elastik hala gətirir. Buynuz qişa üçün eyni zamanda həm forma şablonu, həm də elektrod kimi xidmət edən platin linzalar hazırlanıb. Onlar gözün üzərinə, göz yaşlarını imitasiya edən duzlu məhlulda yerləşdirilir və bu zaman kiçik bir elektrik potensialı yaranır. Bu potensial buynuz qişanın pH səviyyəsini dəyişərək onu müvəqqəti olaraq elastikləşdirir. Daha sonra normal pH bərpa olunur və toxuma istənilən formaya düşür. Prosedur təxminən bir dəqiqə çəkir.

Son illərdə tibbin ən böyük nailiyyətlərindən digəri də göz implantlarıdır. Əvvəllər katarakta əməliyyatlarından sonra istifadə olunan süni linzalar bu gün daha inkişaf etmiş formaya malikdir. "Ağıllı implant"lar həm yaxın, həm uzaq məsafəni aydın göstərmə imkanı yaradır. Bəzən isə tamamilə görmə qabiliyyətini itirmiş xəstələr üçün biyonik göz sistemləri ümid mənbəyinə çevrilir. Dünyanın bir çox ölkəsində artıq belə cihazların kliniki tətbiqi sınaq mərhələsindədir. Bu texnologiya görmə sinirlərinə elektron siqnallar göndərərək beynin görmə mərkəzini aktivləşdirir və qaranlıqda işıq qığılcımları yaratmağa imkan verir. "Neuralink" şirkəti ötən il "Blindsight" adlı təcrübi göz implantını təqdim edib. İmplant beynin görmə qabiliyyətinə birbaşa cavabdeh olan görmə qabığına implantasiya olunmaq üçün nəzərdə tutulub. "Blindsight" zədələnmiş görmə sinirlərindən yan keçərək neyronları stimullaşdırmaqla vizual təsəvvürlər yaradaraq görmə qabiliyyətini doğuşdan və ya sonradan itirmiş insanların görməsinə imkan verəcək. İmplantın ilkin mərhələdə aşağı keyfiyyətli görüntü təqdim edəcəyi ehtimal edilir. Lakin zamanla bu texnologiya təkmilləşdirilərək təbii görmə qabiliyyətindən belə üstün vizual imkanlar təqdim edəcək. 2024-cü ilin sentyabrında ABŞ Qida və Dərman Admini-strasiyası (FDA) "Blindsight" cihazına "innovativ cihaz" statusu verib. Bu status, həyati təhlükə yaradan və ya geri dönməz dərəcədə zəiflədən vəziyyətlərin müalicəsi üçün mövcud alternativlərlə müqayisədə əhəmiyyətli üstünlüklər təklif edən tibbi cihazların hazırlanması və qiymətləndirilməsi prosesini sürətləndirmək məqsədi daşıyır.

Oftalmologiyada gündəmə gələn innovativ həllərdən biri də süni intellekt əsasında hazırlanan mobil cihazlardır. Cihaz gözün torlu qişasının təsvirlərini bir saniyədən az müddətdə mükəmməl dəqiqliklə yoxlayır və gözlərdə diabetin olub-olmamasını aşkarlayır. Yenilik iyul ayında San- Fransiskoda keçirilən "ENDO-2025" beynəlxalq konqresində təqdim edilib. Mütəxəssislərin ilkin rəyinə görə, bütün dünyada sürətli və ucuz qiymətə əlçatan olacaq smart texnologiya diabetik retinopatiya və digər göz xəstəliklərinin görmə qabiliyyətini qoruyan skrininq üçün böyük ümidlər vəd edir. Qarşısı alına bilən korluğun əsas səbəbi olan diabetik retinopatiya bütün dünyada 100 milyondan çox insana təsir göstərir. Çünki dünya əhalisinin şəkərli diabetə düçar olması günbəgün daha sürətli və daha geniş miqyasda müşahidə olunur. Müxtəlif beynəlxalq səhiyyə təşkilatlarını təmsil edən mütəxəssislər süni intellekt əsaslı bu mobil cihazın etibarlılığını və istifadəsinin asanlığını təsdiqləyiblər. Eyni zamanda onun qlobal səviyyədə istifadəsinin uğurlu nəticələrə yol açacağını vurğulayıblar. Cihaz sadə smartfonlar da daxil olmaqla, internetə qoşulan bütün cihazlarda retinal təsvirləri sürətli və dəqiq təhlil etmək üçün qabaqcıl dərin öyrənmə alqoritmlərindən istifadə edir. Ən əsası isə odur ki, bütün bu yeni nailiyyətlər insanlığa xidmət edərək görmə qabiliyyətini itirmək riski daşıyan milyonlarla insana yeni ümidlər verir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşüb  

12:57
21 Sentyabr

Növrəs Cəfərov: Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikintisi sürətlə davam edir

12:57
21 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot

12:39
21 Sentyabr

Cəlilabadda fövqəladə halların xəbərdarlıq edilməsi mövzusunda müşavirə keçirilib  

12:37
21 Sentyabr

ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib

12:34
21 Sentyabr

Fransanın dövlət borcu rekord həddə çata bilər

12:26
21 Sentyabr

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – QRAFİK

11:51
21 Sentyabr

Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb

11:50
21 Sentyabr

DSMF: Yanvar-avqust aylarında 1 milyon 100 min şəxsə müavinət və təqaüd ödənilib

11:49
21 Sentyabr

Havanın çirklənməsi hər il dünya iqtisadiyyatına 7,12 trilyon avro ziyan vurur

11:47
21 Sentyabr

Ötən iki gündə 76 cinayətin açılması təmin olunub

11:42
21 Sentyabr

Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT

11:40
21 Sentyabr

Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək

11:38
21 Sentyabr

Şəhər günlərinin böyük siyasi-mənəvi əhəmiyyəti var  

11:03
21 Sentyabr

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis idarəsinin ƏİK bölüyünün ön əməliyyat bazasında olub  

10:20
21 Sentyabr

Qızıl və gümüş ucuzlaşıb

10:14
21 Sentyabr

Neft ucuzlaşır

10:06
21 Sentyabr

“Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb  

09:37
21 Sentyabr

Bu gün Beynəlxalq Sülh Günüdür  

09:03
21 Sentyabr

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı

22:34
20 Sentyabr

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

21:37
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!