09 Sentyabr 2026 11:13
2493
Səhiyyə
A- A+
Endokrinoloq: Diabet xəstələri payız meyvələrindən imtina etməməlidir 

Endokrinoloq: Diabet xəstələri payız meyvələrindən imtina etməməlidir 


Mövsümi meyvələrin düzgün seçilməsi və qəbul edilən miqdarın nəzarətdə saxlanılması şəkərli diabet xəstələrinin qidalanmasında mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, meyvənin qlikemik indeksinin aşağı olması onun tərkibindəki şəkərin və lifin miqdarı ilə yanaşı, ölçüsü və quruluşu ilə də əlaqəlidir.

Gəncə Şəhər Beynəlxalq Xəstəxanasının həkimi, endokrinoloq Şəhla Verdiyeva AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, daha sərt və liflə zəngin meyvələr, bir qayda olaraq, qanda şəkərin səviyyəsinin daha yavaş yüksəlməsinə səbəb olur.

Onun sözlərinə görə, meyvələrin qlikemik indeksini qiymətləndirərkən yalnız onların növü deyil, ölçüsü, tərkibindəki şəkər və lif miqdarı da nəzərə alınmalıdır. Mütəxəssis qeyd edib ki, eyni çəkidə olan müxtəlif meyvələrin qlikemik indeksi də eyni olmaya bilər: “Bir meyvənin qlikemik indeksi onun ölçüsü, tərkibindəki şəkərin və lifin miqdarı nəzərə alınaraq qiymətləndirilir. Daha sərt və liflə zəngin meyvələrdə qlikemik indeks aşağı olur. Məsələn, giləmeyvə ilə portağalın qlikemik indeksinin eyni olması mümkün deyil. Eyni çəkidə olsalar belə, portağalın qlikemik indeksi daha yüksək olduğuna görə qanda şəkərin səviyyəsini daha tez yüksəldə bilər”.

Endokrinoloq payız mövsümündə geniş istifadə olunan alma, armud, nar, üzüm və əncir kimi meyvələrin diabet xəstələrinin qidalanmasında da müəyyən miqdarda yer almasının mümkün olduğunu bildirib. Onun sözlərinə görə, mövsümə uyğun meyvələrin qəbulundan tamamilə imtina etmək lazım deyil. Əsas məsələ porsiyaya nəzarət etməkdir.

Şəhla Verdiyeva meyvələrin əsas yeməklərdən əvvəl və ya dərhal sonra deyil, iki əsas yeməyin arasında qəbul edilməsini tövsiyə edib. O bildirib ki, bu zaman bir porsiyadan artıq meyvə qəbul edilməməlidir.

“Mövsümə uyğun bütün meyvələrin istifadəsi miqdara nəzarət etmək şərti ilə vacib və faydalıdır. Meyvələr yeməkdən əvvəl və yeməkdən sonra deyil, iki yeməyin arasında qəbul olunmalı və bir porsiyanı keçməməlidir. Porsiyada iri meyvələrdən bir ədəd, orta ölçülü meyvələrdən iki ədəd, giləmeyvə və çox xırda meyvələrdən isə bir stəkan miqdarında istifadə etmək olar”- deyə həkim tövsiyə edib.

Mütəxəssis meyvələrin digər qidalarla birlikdə deyil, təkbaşına qəbul edilməsini daha məqsədəuyğun hesab edir. Onun sözlərinə görə, meyvə qəbul edilərkən insanın nə tam ac, nə də tam tox olması arzu olunandır.

Şəhla Verdiyeva, həmçinin daha sərt meyvələrin çeynənilərək qəbul edilməsinin qanda şəkərin səviyyəsinə təsir baxımından müəyyən üstünlüyə malik olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, liflə zəngin və sərt meyvələr qanda şəkərin səviyyəsinin daha mülayim yüksəlməsinə səbəb olduğundan diabet xəstələri üçün daha münasib seçim hesab edilə bilər.

Beləliklə, mütəxəssis payız mövsümündə meyvələrin şəkərli diabet xəstələrinin rasionundan tamamilə çıxarılmasının düzgün olmadığını, əsas diqqətin isə meyvənin növü, tərkibi, qlikemik indeksi və qəbul edilən porsiyanın ölçüsünə yönəldilməsinin vacibliyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!