14 Sentyabr 2026 15:28
187
İQTİSADİYYAT
A- A+
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstana işgüzar səfər çərçivəsində “Altynken” qızıl mədəni və “Kyrgyzaltyn” şirkətinin Kara-Balta şəhərində yerləşən affinaj zavodunu ziyarət edib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti Qırğızıstanın Çuy vilayətində yerləşən “Altynken” mədəninin fəaliyyəti, istehsalat infrastrukturu və qızıl hasilatının əsas mərhələləri ilə tanış olub. Mütəxəssislər filizin şaxta üsulu ilə karxanadan istehsal sahələrinə daşınması, emalı və digər texnoloji proseslər barədə məlumat veriblər. Qeyd edilib ki, “Altynken” qızıl mədəni Qırğızıstanın “Kyrgyzaltyn” şirkəti ilə Çinin iri mədənçilik korporasiyası “Zijin Mining” arasında yaradılmış birgə müəssisə tərəfindən 2016-cı ildən etibarən istismar olunur.

Səfər zamanı istehsal sahələrinə baxış keçirilib, filizin emalı texnologiyası, tətbiq edilən texniki həllər və sənaye təhlükəsizliyi standartları ilə tanışlıq olub. Tərəflər arasında mədən sənayesi, qızıl hasilatı və istehsal prosesləri üzrə təcrübə mübadiləsi aparılıb, müasir texnologiyaların tətbiqi və gələcək əməkdaşlıq imkanları ilə bağlı müzakirələr keçirilib.

Daha sonra nümayəndə heyəti Kara-Balta şəhərində yerləşən affinaj zavoduna baş çəkib. Burada istehsal infrastrukturu və texnoloji proseslər, laboratoriya və keyfiyyətə nəzarət sistemləri, təhlükəsizlik standartları, eləcə də ekoloji və istehsalat tələbləri barədə məlumat verilib. Qonaqlar qızıl külçələrin istehsal sahəsinə baxış keçirərək məhsulların hazırlanması prosesi ilə tanış olublar. Mütəxəssislər qızıl məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun təmin edilməsi, həmçinin istehsal prosesinin əsas mərhələləri barədə məlumat veriblər.

Səfər çərçivəsində tərəflər qızıl sənayesində istehsal texnologiyalarının tətbiqi, qabaqcıl təcrübələrin öyrənilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, səfər “AzerGold” QSC ilə “Kyrgyzaltyn” ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında imzalanmış memorandum çərçivəsində həyata keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu il 356 mindən çox məzun attestat və diplomunu elektron formada alıb

16:06
14 Sentyabr

Türkiyənin XİN rəhbəri Azərbaycana səfər edəcək

16:04
14 Sentyabr

QMİ-nin sədri: Azərbaycan sivilizasiyalar, mədəniyyətlərarası dialoq və əməkdaşlıq platformaları ilə dünyanın gündəmindədir

16:03
14 Sentyabr

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının XI hesabat konfransı keçirilib

15:53
14 Sentyabr

Allahşükür Paşazadə: Seyyid Yəhya Bakuvinin fəlsəfi görüşləri milyonlarla insana təsir göstərib

15:47
14 Sentyabr

Yeni tədris ili başlamazdan əvvəl 7 milyondan çox dərslik çap olunaraq məktəblərə çatdırılıb

15:43
14 Sentyabr

“Böyük Qayıdış” çərçivəsində yeni tədris ilində daha 15 təhsil müəssisəsi fəaliyyətə başlayır

15:31
14 Sentyabr

2026–2027-ci tədris ilində təqribən 2,2 milyon nəfər təhsil alacaq

15:31
14 Sentyabr

Gürcüstan və Ermənistan rəsmiləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

15:30
14 Sentyabr

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub

15:28
14 Sentyabr

Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb

15:25
14 Sentyabr

Himalay buzlaqları sürətlə əriyir

15:10
14 Sentyabr

Alimlər qocalmanın sirrini tapıblar

15:00
14 Sentyabr

İndoneziyada gəmi aşıb: 6 nəfər ölüb, 130 nəfər itkin düşüb

14:58
14 Sentyabr

Azərbaycan-Qırğızıstan münasibətlərinə dair qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub

14:23
14 Sentyabr

Xırdalan-Bakı qatarlarının yolda olma müddəti 35 dəqiqəyə endirilir

14:22
14 Sentyabr

Gömrük nəzarətindən gizlədilən dərman vasitələri və siqaretlər aşkarlanıb

14:11
14 Sentyabr

Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahibləri üçün viza rejimi ləğv edilir

14:09
14 Sentyabr

Hakan Moral: Bakı görüşündə gənclər və ailə ilə bağlı mühüm məsələlər müzakirə olundu

14:08
14 Sentyabr

Müdriklik işığı

14:05
14 Sentyabr

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

13:32
14 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!