06 İyun 2026 08:50
133
CƏMİYYƏT
A- A+
Gəncədə "Heydər Əliyev məktəbi" layihəsinə start verilib

Gəncədə "Heydər Əliyev məktəbi" layihəsinə start verilib


Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə  "Heydər Əliyev məktəbi" layihəsinə start verilmişdir.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Sonra Göygöl rayonu ərazisində yerləşən "Xan Yurdu" etnoqəsəbəsində layihənin açılış mərasimi olmuşdur. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirələri birdəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov açmışdır. Qeyd olunmuşdur ki, "Heydər Əliyev məktəbi"nin keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsini və ideyalarını partiya üzvlərinə daha əhatəli çatdırmaqdır. Layihə çərçivəsində gənclərin sosial fəallığının artırılması, liderlik bacarıqlarının inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili üçün "dəyirmi masa"lar, maarifləndirici görüşlər, intellektual oyunlar, müxtəlif əyləncəli proqramlar və ekskursiyalar təşkil olunacaq.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasəti nəticəsində ölkədə vətənpərvər, milli dəyərlərə bağlı və müasir düşüncəli gənc nəsil formalaşıb: "Azərbaycan gəncləri bu gün həm müasir elmi biliklərə yiyələnir, həm də milli-mənəvi dəyərlərə sadiqliyini qoruyub saxlayırlar. Ölkədə gənclərin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlar onların peşəkar bilik və bacarıqlarının artırmalarına, beynəlxalq təcrübə qazanmalarına və müxtəlif sahələrdə uğurlar əldə etmələrinə hər cür şərait yaradılıb".

Tədbirdə  çıxış edən digər natiqlər layihənin əhəmiyyətindən bəhs edərək bu cür təşəbbüslərin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, dövlətçilik ənənələrinin öyrənilməsinə və ictimai fəallıqlarının artırılmasına mühüm töhfələr verdiyini qeyd etmişlər.

Açılış mərasimindən sonra gənclər arasında komanda şəklində idman yarışları keçirilmiş, əyləncəli proqramlar təşkil olunmuşdur.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!