12 Noyabr 2026 19:51
117
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib  

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib  


Noyabrın 12-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays və Avropa və Mərkəzi Asiya regionunda rifah məsələləri üzrə regional praktika direktoru Abebe Aduqnanın daxil olduğu nümayəndə heyətini qəbul edib.

Maliyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, makroiqtisadi sabitlik və fiskal dayanıqlılıq, iqtisadiyyatın şaxələndirilməsi, dövlət maliyyəsinin idarə edilməsi və dövlət müəssisələrində aparılan islahatlar, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Nazir Sahil Babayev Azərbaycanın Dünya Bankı ilə uzunmüddətli tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, Bankın ölkəmizin iqtisadi inkişafına, institusional islahatlara və dövlət sektorunun modernləşdirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsinin iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafı, məhsuldarlığın artırılması və dayanıqlı iqtisadi artım istiqamətində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını qeyd edib.

Makroiqtisadi sabitliyin qorunması və fiskal dayanıqlılığın gücləndirilməsinin hökumətin əsas prioritetləri sırasında olduğunu bildirən S.Babayev dövlət maliyyəsinin səmərəli idarə edilməsi, fiskal intizamın möhkəmləndirilməsi, büdcə xərclərinin səmərəliliyinin artırılması və neft-qaz gəlirlərindən asılılığın mərhələli şəkildə azaldılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Qeyri-neft sektorunun inkişafı, özəl investisiyaların təşviqi və ixrac potensialının genişləndirilməsinin uzunmüddətli iqtisadi artım baxımından əhəmiyyəti vurğulanıb.

Dövlət maliyyəsinin idarə edilməsi sahəsində aparılan islahatlara toxunan S.Babayev büdcə planlaşdırılması, icrası, xəzinədarlıq əməliyyatları və maliyyə hesabatlılığının vahid rəqəmsal mühitdə inteqrasiyasını nəzərdə tutan “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) yaradılması, proqram və nəticə əsaslı büdcə mexanizmlərinin əhatə dairəsinin genişləndirilməsi, eləcə də dövlət satınalmalarının rəqəmsallaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Bu sahələrdə Dünya Bankı ilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Görüşdə dövlət müəssisələrinin maliyyə idarəetməsi və nəzarəti sahəsində həyata keçirilən islahatlar da diqqət mərkəzində olub. Dövlət müəssisələrinin maliyyə intizamının, korporativ idarəetməsinin və dividend siyasətinin təkmilləşdirilməsi, habelə potensial fiskal risklərin idarə olunması istiqamətində Dünya Bankı ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Bu kontekstdə Dünya Bankı Qrupu ilə birgə 2027-ci il aprel ayında Bakıda keçirilməsi planlaşdırılan Dövlət Müəssisələri üzrə Qlobal Konfransa hazırlıq məsələlərinə də toxunulub. Konfransın dövlət müəssisələrinin idarə olunması və maliyyə dayanıqlılığının gücləndirilməsi sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma olacağı bildirilib.

Tərəflər, həmçinin Dünya Bankının dəstəyi ilə hazırlanmış mühasibat uçotu və audit sahəsində Standartlara və Məcəllələrə Riayət Olunmasının Qiymətləndirilməsi (ROSC) üzrə hesabat layihəsini və onun tövsiyələrini nəzərdən keçiriblər. Müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, maliyyə hesabatlarının keyfiyyətinin və şəffaflığının artırılması, auditə nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də əlavə müzakirə tələb edən məsələlər üzrə dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə Dünya Bankının iqtisadi artım və şaxələndirmə üzrə analitik fəaliyyətinin növbəti mərhələsi, habelə kənd təsərrüfatı, su ehtiyatlarının idarə edilməsi, nəqliyyat və şəhər infrastrukturu sahələrində perspektiv investisiya layihələri ətrafında da fikir mübadiləsi aparılıb.

Dünya Bankının nümayəndələri Azərbaycan ilə tərəfdaşlığın inkişafını yüksək qiymətləndirərək ölkəmizin iqtisadi və institusional islahatlarının dəstəklənməsi, dövlət maliyyəsinin idarə edilməsi və dövlət müəssisələri sahəsində texniki, analitik və maliyyə əməkdaşlığının davam etdirilməsinə maraqlarını ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞI ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ HAQQINDA BİRGƏ BƏYANNAMƏ

23:05
12 Noyabr

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb  

22:20
12 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub  

22:06
12 Noyabr

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub  

21:54
12 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB 

21:01
12 Noyabr

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçubla

20:32
12 Noyabr

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb  

20:09
12 Noyabr

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib  

19:51
12 Noyabr

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  

19:43
12 Noyabr

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

19:31
12 Noyabr

1700 illik sümük qalıqlarının sirri açıldı: onları yırtıcı quşlar gətirib  

19:30
12 Noyabr

Qol kralının həyatla ölüm arasındakı oyunu  

19:21
12 Noyabr

COP31 çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında ətraf mühit məsələləri barədə müzakirələr aparılıb  

19:15
12 Noyabr

Kim nə qədər qazanır? 

19:09
12 Noyabr

Sahibkarların elektrikə qoşulma xərcinə dövlət ortaq olur  

18:53
12 Noyabr

Sümük sınıqları riskini azaltmağın yolu 

18:41
12 Noyabr

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

18:36
12 Noyabr

Əhalinin gəlirləri 81 milyard manatı keçib: maaşlar artır, inflyasiya isə zəifləyir

18:29
12 Noyabr

Suyu cəmi beş dəqiqəyə təmizləyən mikrokapsullar hazırlanıb  

18:26
12 Noyabr

İspaniyada mənzil böhranına görə ümummilli tətil keçirilib  

18:24
12 Noyabr

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB  

18:24
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!