02 Sentyabr 2026 09:10
469
İQTİSADİYYAT
A- A+
Gədəbəy heyvandarlığın inkişafı üçün əlverişli regiondur

Gədəbəy heyvandarlığın inkişafı üçün əlverişli regiondur


Yerli fermerlər bu imkandan maksimum yararlanmağa çalışırlar


Özünün  füsunkar və əsrarəngiz təbiəti ilə maraq doğuran Gədəbəy Azərbaycanın sevilib-seçilən rayonlarındandır. Burada dağ yamaclarının zirvəsinə qalxdıqca  göz oxşayan mənzərələr adamı valeh edir. Yuxarıdan aşağı tamaşa etdikcə elə bil Gədəbəy ayağının altındadır. 

Sanki bu yerlər misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. İlboyu zirvəsi qarla örtülü olan dağlar, yamyaşıl sərin yaylaqlar, təkrarolunmaz gözəlliyə malik göllər, gur axan çaylar, eləcə də insan əli ilə salınmış əkin sahələri insana zövq verir. 

Gədəbəy Aqrar İnkişaf Mərkəzinin direktoru Asəf Nağıyevlə söhbət edirik. Deyir ki, bu yerlərin insanları çox işgüzardır. Yaz gələndən qış aylarına kimi hamını çöldə görmək olar. Onlar kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlığın inkişafı üçün əllərindən gələni əsirgəmirlər. Bunun üçün rayonun təbii şəraiti də əlverişlidir. Gədəbəy kimi bölgədə heyvandarlığın  inkişaf etdirilməsinə heç bir bəhanə ilə bəraət vermək mümkün deyil. Gədəbəyin yaşıl örpəyə bürünən dağ yamacları, axar dağ çayları əraziyə gözəllik bəxş etməklə yanaşı, heyvandarlığın inkişafı üçün də geniş imkanlar yaradır. 

Söhbət zamanı öyrəndik ki, hazırda rayonda 41 min başdan çox qaramal, 210 min başdan çox davar var. Təkcə keçən il rayon diri çəkidə 69 min 984 ton ət, 486 min 340 sentner süd təhvil vermişdir. Son ayların göstəriciləri onu deməyə əsas verir ki, bu il keçənilkindən çox heyvandarlıq məhsulları istehsal olunacaq. 

Rayonda heyvanlar əsasən Ceyrançol yaylağında saxlanılır. Bu il havaların yağmurlu keçməsi fermerlərin üzünü güldürür. Ərazi qoyunçuluq üçün vacib olan ot örtüyünə bürünmüşdür. Demək olar ki, yem sarıdan heç bir problem yoxdur. Düzlərə səpələnmiş qoyun-quzulara baxdıqca adamın ürəyi dağa dönür. Burada rayonun 100-dən artıq təsərrüfatı yerləşmişdir. Ən böyük təsərrüfat Fərman Çobanoğluna məxsusdur. Fermer təsərrüfatda 2000 baş heyvan saxlayır. Bundan başqa, fermer Mehman Kamayev 1200, Qəşəm Məmmədov 1800 baş qaramala qulluq edir. Qəşəm Məmmədov ildə hər 100 qoyundan 80 baş bala alır.

Fermerlərlə görüşüb söhbət etdik. Qəşəm Məmmədov dedi ki, qədimdən bu ərazi Azərbaycanın qərb bölgəsində heyvandarlıqla məşğul olan insanların həm qış, həm də yaylaq  yeri olub. Ucu-bucağı görünməyən və barlı-bərəkətli bu çöllər öz qoynunda bəslədiyi heyvanlarla az qala bütün regionu ət və süd məhsulları ilə təmin edib. Burada bitən yovşanla bəslənən qoyun-quzu ətinin dadı da bir başqadır. 

Onu da dedilər ki, elə bir ciddi çətinlikləri yoxdur. Bu yaxınlarda ölkə qəbul edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində bəzi mövcud problemlərinin həll ediləcəyinə inanırlar. O problemlərdən biri Çeyrançöldə sovetlər birliyi dövründə çəkilmiş su xəttinin yararsız hala düşməsidir. "Neçə illərdir heyvanları sulamaq üçün su maşınlarından istifadə edirik ki, bu da büdcəmizə xeyli ziyan vurur. Hər dəfə su daşınanda 2-3 heyvan sataraq suyun pulunu ödəyirik. Bandan başqa, bizə yaxın rayonlarda əvvəllər fəaliyyət göstərən heyvan satışı bazarları bağlanıb. Odur ki, heyvanları satmaq üçün uzaq rayonlara aparmalı oluruq ki, bu da xeyli vaxt və pul itkisidir. Yaxşı olardı ki, Gədəbəyin özündə heyvan satışı bazarı yaradılsın", - deyə bildirdilər. 

Fermerlər onu da dedilər ki, hər il qoyunlardan qırxılan yunun satışında da problemlərlə üzləşirlər. Yaxşı olardı ki, regionda yun və dəri emalı müəssisəsi fəaliyyət göstərsin. Bundan başqa, şikayətləndilər ki, heyvandarlıq dərmanları keyfiyyətsiz olduğundan təsir göstərmir.

Fermerlər cari ildə ət və süd məhsulları istehsalını artırmağı qarşılarına məqsəd qoymuşlar. Onlar yeni dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsi üçün əllərindən gələni əsigəməyəcəklərinə, bütün imkanlardan maksimum istifadə edəcəklərinə söz veriblər. 


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:38
09 Sentyabr

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında idxalı əlavə dəyər vergisindən azad olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə Siyahısı”nın təsdiq edilməsi haqqında

00:36
09 Sentyabr

Azərbaycanın xarici işlər nazirinin müavini ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə görüşüb

22:02
08 Sentyabr

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

18:50
08 Sentyabr

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

18:39
08 Sentyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

17:55
08 Sentyabr

“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub

17:40
08 Sentyabr

Xüsusi nümayəndə: Kəlbəcərdəki özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılmasıdır

17:35
08 Sentyabr

DİN: İntensiv yağıntılarla əlaqədar xidmətə əlavə polis naryadları cəlb olunub

17:30
08 Sentyabr

YAP və ÇKP arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

17:20
08 Sentyabr

YAP və ÇKP nümayəndələri Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

17:10
08 Sentyabr

Milli Məclisdə Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub

17:00
08 Sentyabr

Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

16:50
08 Sentyabr

Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü ilə görüşüb

16:40
08 Sentyabr

BCAW2026: "Öhdəliklərdən icraya: COP31-ə doğru" mövzusunda yüksəksəviyyəli dəyirmi masa təşkil olunub

16:35
08 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşa şəhərində - YENİLƏNİB

16:30
08 Sentyabr

Biləsuvarda şəhidlərin xatirə turnirində 300-dən çox güləşçi mübarizə aparıb

16:25
08 Sentyabr

“Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” - panel sessiya YENİLƏNİB 

16:20
08 Sentyabr

Cibə qayıdan milyonlar

16:17
08 Sentyabr

Britaniyanın texnologiya nəhənginin rəhbəri: Süni intellekt xərçəngin dərmanını tapacaq

16:15
08 Sentyabr

Mayami Beynəlxalq Hava Limanında qəzaya uğrayan "Amazon" yük təyyarəsinin qara qutuları tapılıb

16:10
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!