17 Sentyabr 2026 09:20
187
Mədəniyyət
A- A+
Everest zirvəsinə qalxmış Vəfa Musayevanın həyatından bəhs edən filmin təqdimatı keçirilib

Everest zirvəsinə qalxmış Vəfa Musayevanın həyatından bəhs edən filmin təqdimatı keçirilib


Everest zirvəsinə qalxmış Azərbaycanın qadın alpinisti Vəfa Musayevaya həsr olunmuş "Sıfırı bir etdim" sənədli filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Vəfa Musayevanın Azərbaycan qadınının gücünü hər kəsə göstərdiyini bildirib.

Nazir qeyd edib ki, film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanıb. O, idmançılar və gənclərə nümunə olan insanlar haqqında bir neçə filmin artıq çəkildiyini diqqətə çatdırıb.

F.Qayıbov Vəfa Musayevanın Everest zirvəsini fəth etməklə onlarla, yüzlərlə Azərbaycan gənc qadınına nümunə olduğunu vurğulayıb: "Filmdə də görəcəksiniz ki, bu, heç də asan bir iş deyil. Amma Vəfa xanım bu nümunəsi ilə onlarla, yüzlərlə Azərbaycan gənc qadınına nümunə oldu və olacaq".

Nazir bildirib ki, Gənclər və İdman Nazirliyi belə idmançılara hər zaman dəstək olur və bundan sonra da dəstəyini davam etdirəcək. O, Vəfa Musayevanın ötən il "Tərəqqi" medalı ilə təltif olunduğunu da xatırladıb.

Filmdə Vəfa Musayeva uşaqlıq xatirələrindən, Cəbrayıl rayonunun Balyand kəndində keçirdiyi illərdən danışıb. O, uşaqlıqdan yüksək yerlərdə olmağa xüsusi maraq göstərdiyini qeyd edib. Alpinist bildirib ki, kənddə digər qızlar evcik oynayarkən, o, qayaların üzərində oturaraq ətrafı və kəndi müşahidə etməyi sevib: "Uşaqlıqda bütün uşaqlar, əslində, mənim kimi qızlar kəndin evə daha yaxın olan tərəflərində öz gəlincikləri ilə oynayanda, onların saçlarını hörəndə mən çox yaxşı xatırlayıram ki, həmin qayanın üzərində otururdum və dağların, təpələrin arasında yerləşən kəndimizə baxırdım. O yüksəklikdə olmaq mənə o qədər xoş idi ki, çünki mən oradan hər şeyi görə bilirdim".

O, yaxın zamanda Cəbrayıla və Balyand kəndinə səfəri zamanı uşaqlıqda üzərində oturduğu qayaya yenidən qalxdığını deyib. V.Musayeva filmdə alpinist olmağın çətinliklərindən də bəhs edib. O, dağlarda olarkən özünü daha azad və sərbəst hiss etdiyini, yüksəkliklərin onun üçün xüsusi anlam daşıdığını diqqətə çatdırıb.

Filmdə alpinistin uşaqlıqdan formalaşan xarakterinin və dağlara olan marağının sonrakı həyat yoluna təsiri də əksini tapıb.

Filmin təqdimatından sonra Azərbaycan Alpinizm Federasiyasının İdarə Heyətinin üzvü Çingiz Tağızadə Vəfa Musayevanın Everest zirvəsinə qalxmasının təkcə onun şəxsi uğuru deyil, Azərbaycan alpinizmi və idmanı üçün də böyük əhəmiyyət daşıdığını söyləyib.

O qeyd edib ki, Everestə qalxmaq böyük fiziki hazırlıqla yanaşı, güclü iradə, səbir, cəsarət və məsuliyyət tələb edir. O, V.Musayevaya çətin və şərəfli yolda uğurlar arzulayıb və Azərbaycan bayrağının dünyanın ən yüksək zirvəsində dalğalandırılacağına inandığını deyib.

Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev isə V.Musayeva haqqında fikirlərini bölüşməyi özü üçün mənəvi öhdəlik hesab etdiyini bildirib. 

Filmin ssenaristi və rejissoru Rüstəm Babazadə hündürlükdən qorxduğunu, lakin filmin montajı zamanı bu fobiyasının aradan qalxdığını deyib. Rejissor V.Musayevanın Everestə getməsi və zirvəni fəth etməsinin onun üçün də xüsusi təəssürat yaratdığını vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 122 dollara satılır

10:22
17 Sentyabr

Qazaxın kəndlərində aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib

10:19
17 Sentyabr

Kosovonun keçmiş prezidenti müharibə cinayətlərinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib

10:00
17 Sentyabr

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini təsdiqləyib

09:59
17 Sentyabr

Şəhid kapitanın anası xəstəxanada ziyarət edilib

09:50
17 Sentyabr

2027-ci il üçün dövlət büdcəsi xərclərinin prioritet istiqamətləri üzrə proqnozları açıqlanıb

09:47
17 Sentyabr

Bütün zamanlarda xatırlanan bəstəkar

09:40
17 Sentyabr

“Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətində əvəzsiz məktəb formalaşdırıb”

09:30
17 Sentyabr

Everest zirvəsinə qalxmış Vəfa Musayevanın həyatından bəhs edən filmin təqdimatı keçirilib

09:20
17 Sentyabr

Sözün əbədiyyəti

09:10
17 Sentyabr

Azərbaycanda sahibkarlığın inkişafı: yeni imkanlar və müasir çağırışlar

09:00
17 Sentyabr

Azərbaycan-İsveçrə iqtisadi əlaqələri daha da inkişaf edəcək

08:50
17 Sentyabr

Çobankərəli Saleh kişi

08:40
17 Sentyabr

“TÜRKPOL hüquq-mühafizə sahəsində əməkdaşlığı daha da institusionallaşdıracaq”

08:30
17 Sentyabr

“Prezident İlham Əliyev Qərb mediasında saxta narrativlərin necə formalaşdırıldığını faktlarla göstərir”

08:20
17 Sentyabr

Prezident İlham Əliyevin geosiyasətin etikası barədə mühüm mesajları

08:10
17 Sentyabr

Diplomatların səfərinə revanşistlərin reaksiyası

08:00
17 Sentyabr

Ağ Ev: FED-in faiz dərəcələrini artırmaq qərarı təəssüf doğurur

07:53
17 Sentyabr

Tramp: Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq

07:52
17 Sentyabr

2027-ci ildə dövlət büdcəsinin kəsiri ilə bağlı proqnoz bəlli olub

07:46
17 Sentyabr

Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

03:25
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!