17 Sentyabr 2026 09:40
157
Mədəniyyət
A- A+
Bütün zamanlarda xatırlanan bəstəkar

Bütün zamanlarda xatırlanan bəstəkar


Azərbaycan musiqi mədəniyyətinin inkişafına böyük töhfələr vermiş, bəstələdiyi simfonik və bir-birindən maraqlı digər səhnə əsərləri ilə xalqın sevgi və hörmətini qazanmış görkəmli bəstəkar Nazim Ağalar oğlu Əliverdibəyov 1926-cı il avqustun 24-də Bakıda musiqiçi ailəsində dünyaya göz açıb. Bəstəkarın atası Ağalar Əliverdibəyov dövrünün seçilən qabaqcıl ziyalısı, muğam sənətinin mahir bilicisi və həm də ifaçısı olub. O illərin görkəmli xanəndələri, sazəndələri, musiqisevərləri Əliverdibəyovların evində tez-tez toplaşarmışlar. Onların evlərinin pəncərəsindən daim dalğa-dalğa musiqi sədaları yayılarmış.

Böyük sənətkarın ailəsində doğulması, kiçik yaşlarından musiqinin sədaları altında böyüməsi, necə deyərlər, onunla nəfəs alması Nazim Əliverdibəyovun gələcək həyat yolunu müəyyənləşdirməyə müsbət təsir göstərib. Eşitdiyi bənzərsiz musiqilər, ifalar hələ uşaqlıq illərindən onu sehrləyib. Nazim Əliverdibəyov bu sehrin təsir dairəsinə düşüb. Zaman keçdikcə onun qəlbində musiqiyə böyük sevgi və məhəbbət yaranıb. Bu sevgi, bu məhəbbət onu özü də hiss etmədən musiqi dünyasına gətirib.  

Gələcəyin görkəmli bəstəkarı olaraq Nazim Əliverdibəyov onillik musiqi məktəbinin buraxılış imtahanı zamanı özünün bəstələdiyi ilk pyeslərindən birini ifa edib. İmtahanı qəbul edən Üzeyir Hacıbəyli onu böyük maraqla sonadək dinləyib. Əsər dahi sənətkarın çox xoşuna gəlib. Üzeyir bəy şagirdin bacarığını layiqincə qiymətləndirərək Azərbaycan Dövlət Konservatoriyasına qəbul olmağı məsləhət bilib. Nazim Əliverdibəyov konservatoriyaya qəbul olandan sonra həyatının ən gözəl illərini yaşamağa başlayıb. Musiqinin sirlərini dərindən mənimsəyən Nazim Əliverdibəyov violonçeldə ifa etməyi isə sevimli müəllimi A.Şvartsdan, sonralar isə İ.Turindən öyrənib. 

Bəstəkar Nazim Əliverdibəyov konservatoriyada dahi Üzeyir Hacıbəylinin sinfində dərs alıb. Yavaş-yavaş ötüb keçən illər onu  musiqiçi kimi formalaşdırıb. Sonrakı illər o, simli alətlər fakültəsində təhsilini yarımçıq qoyaraq bəstəkarlığa meyil göstərib. Nazim Əliverdibəyov Üzeyir Hacıbəylinin sevimli şagirdlərindən biri olub. O, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində görkəmli bəstəkar, professor Cövdət Hacıyevin də sinfini uğurla başa vurub.

 Yaradıcılıq yollarına 1940-cı illərin sonlarında başlayan bəstəkar Nazim Əliverdibəyov 30 il ərzində Azərbaycan musiqisini  daha da zənginləşdirmək üçün bir-birindən maraqlı əsərlər bəstələyib. Bəstələdiyi bu əsərlər onun şöhrətini daha da artırıb, xalqa sevdirib. 

Bəstəkarlıqla yanaşı, Nazim Əliverdibəyov həm də pedaqoji fəaliyyətlə də məşğul olub. Bülbül adına Orta İxtisas Məktəbində Azərbaycan musiqisini sevə-sevə gələcəyin sənətçilərinə tədris edib. Bacarığını, bilik və təcrübəsini nəzərə alaraq Nazim Əliverdibəyova yüksək etimad göstərilib. Görkəmli bəstəkar 1964-1985-ci illərdə Bülbül adına Orta İxtisas Məktəbində direktor işləyib. Eyni zamanda illər əvvəl Üzeyir Hacıbəylinin Azərbaycan Dövlət Konservatoriyasında böyük əziyyətlər bahasına yaratdığı və tədris etdiyi "Azərbaycan xalq musiqisinin əsasları" fənnindən gələcəyin musiqiçilərinə dərs deyib. Neçə-neçə musiqiçinin formalaşmasında, hazırlanmasında gərgin əmək sərf edib, onlara yol göstərib, dəyərli məsləhətlər verib. Nazim Əliverdibəyov həm də Azərbaycan Dövlət Konservatoriyasının dosenti olub. Çalışdığı illər ərzində peşəkar mütəxəssis kimi böyük hörmət və şöhrət qazanıb.

Xalq musiqisinin, xalq yaradıcılığının kök və üslubunu dərindən bilən, həssaslıqla duyan, onu daim ürəyində və qəlbində hiss edən görkəmli bəstəkar Nazim Əliverdibəyov Bülbül adına Orta İxtisas Məktəbində direktor işlədiyi illərdə tədrisdə bir sıra mühüm və uğurlu islahatlar aparıb. Onun təşəbbüsü və rəhbərliyi ilə bünövrəsi 1960-cı ildə qoyulmuş Xalq çalğı alətləri şöbəsi xeyli genişləndirilib. 1980-ci ildə isə daha uğurlu addım atılıb, şöbədə xanəndə bölməsi açılıb. Bundan sonra xalq musiqisinin və yaradıcılığının tədrisi istiqamətində imkanlar daha da artıb. Dövrünün ustad sənətkarları olan Şövkət Ələkbərova, İslam Rzayev, Arif Babayev, Əlibaba Məmmədov və başqaları məktəbdə dərs deməyə dəvət ediliblər. Hazırda xalq arasında sevilən məşhur ifaçı və xanəndələr bir zamanlar bu şöbədə təhsli alıblar. 

Bəstəkar Nazim Əliverdibəyovun yaradıcılığında opera və simfoniya bəstələmələri, kino musiqisi, kamera-instrumental və vokal, uşaqlar üçün yazılmış əsərlər də mühüm yer tutur. İllərdən bəri zamanla ayaqlaşan bu əsərlər daha çox səmimiliyi, emosional ifadəliliyi ilə diqqəti cəlb edir və sevilir. Həmin əsərlərdən "Qəhrəmanlıq uvertürası", "Mingəçevir" simfonik poeması, "Cırtdan" uşaq operası, "Muğam" xoreoqrafiya lövhəsi, "Bayatı  Şiraz" xoru və başqaları bu gün də sevilə-sevilə ifa olunur və dinlənilir.

Nazim Əliverdibəyov dahi bəstəkar Üzeyir Hacıbəylinin "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirib. O, Üzeyir Hacıbəylinin nəşr edilmiş "Leyli və  Məcnun", "Koroğlu" operalarının partituralarının redaktoru və tərtibçisi də olub.  Görkəmli bəstəkar Nazim Əliverdibəyov "Bayatı-Şiraz" muğamı əsasında kapella xoru üçün əsər də yaradıb. Bir müddətdən sonra isə onu orqan aləti üçün də işləyib. Böyük sevgi ilə bəslənən əsər bu gün də həm xor kapellasının, həm də orqan ifaçılarının konsert repertuarında əsas yerlərdən birini tutur.

Bütün zamanlarda xatırlanan və sevilən bəstəkar Nazim Əliverdibəyovun musiqi mədəniyyətimizə verdiyi töhfələr dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Görkəmli musiqiçi 1959-cu ildə "Əməkdə fərqlənməyə görə" medalına layiq görülüb.

Tanınmış bəstəkar, pedaqoq Nazim Əliverdibəyov 16 fevral 1986-cı ildə Bakıda vəfat edib.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 122 dollara satılır

10:22
17 Sentyabr

Qazaxın kəndlərində aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib

10:19
17 Sentyabr

Kosovonun keçmiş prezidenti müharibə cinayətlərinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib

10:00
17 Sentyabr

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini təsdiqləyib

09:59
17 Sentyabr

Şəhid kapitanın anası xəstəxanada ziyarət edilib

09:50
17 Sentyabr

2027-ci il üçün dövlət büdcəsi xərclərinin prioritet istiqamətləri üzrə proqnozları açıqlanıb

09:47
17 Sentyabr

Bütün zamanlarda xatırlanan bəstəkar

09:40
17 Sentyabr

“Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətində əvəzsiz məktəb formalaşdırıb”

09:30
17 Sentyabr

Everest zirvəsinə qalxmış Vəfa Musayevanın həyatından bəhs edən filmin təqdimatı keçirilib

09:20
17 Sentyabr

Sözün əbədiyyəti

09:10
17 Sentyabr

Azərbaycanda sahibkarlığın inkişafı: yeni imkanlar və müasir çağırışlar

09:00
17 Sentyabr

Azərbaycan-İsveçrə iqtisadi əlaqələri daha da inkişaf edəcək

08:50
17 Sentyabr

Çobankərəli Saleh kişi

08:40
17 Sentyabr

“TÜRKPOL hüquq-mühafizə sahəsində əməkdaşlığı daha da institusionallaşdıracaq”

08:30
17 Sentyabr

“Prezident İlham Əliyev Qərb mediasında saxta narrativlərin necə formalaşdırıldığını faktlarla göstərir”

08:20
17 Sentyabr

Prezident İlham Əliyevin geosiyasətin etikası barədə mühüm mesajları

08:10
17 Sentyabr

Diplomatların səfərinə revanşistlərin reaksiyası

08:00
17 Sentyabr

Ağ Ev: FED-in faiz dərəcələrini artırmaq qərarı təəssüf doğurur

07:53
17 Sentyabr

Tramp: Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq

07:52
17 Sentyabr

2027-ci ildə dövlət büdcəsinin kəsiri ilə bağlı proqnoz bəlli olub

07:46
17 Sentyabr

Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

03:25
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!