17 Sentyabr 2026 09:50
148
CƏMİYYƏT
A- A+
Şəhid kapitanın anası xəstəxanada ziyarət edilib

Şəhid kapitanın anası xəstəxanada ziyarət edilib


Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov səhhəti ilə əlaqadar Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquq Şəxsdə müalicə alan şəhid anası Şirinova Könül Vəkil qızını ziyarət edib. İcra başçısı ziyarət zamanı şəhid anasının sağlamlıq durumu və qayğıları ilə maraqlanıb, şəfa diləyib, hər zaman şəhid ailələrinin yanında olduğunu bildirib.

Görüşdə RİH başçısı Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə anaya təşəkkür edib. Hazırda səhhətinin yaxşılığa doğru dəyişdiyini söyləyən ana, şəhid ailələrinin üzvlərinin sağlamlığının daim diqqətdə saxlanılmasını, onların sosial müdafiəsinin  davamlı olaraq gücləndirilməsini hər kəsin təqdirəlayiq hal kimi qiymətləndirdiyini bildirib və buna görə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib. Qeyd edək ki, Könül Şirinova Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan kapitan Kamil Şirinovun anasıdır. 

Kamil Əliş oğlu Şirinov 1991-ci il aprelin 9-da Salyan rayonunun Çuxanlı kəndində hərbçi ailəsində dünyaya göz açıb. Atası Əliş Şirinov I Qarabağ müharibəsinin iştirakçısıdır. 

Kamil Şirinov 2006-cı ildə orta təhsilini, 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2013-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Türkiyədə, Pakistanda hərbi təlimlərdə iştirak edib. 7 il xüsusi əməliyyat qrupunun baş kəşfiyyatçısı və həmin qrupun komandiri olub. Dostları onu zarafatla "Sarı komutan" çağırırdılar. 2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanlarından idi. "Hərbi xidmətdə fərqlənməyə görə" medalını ona şəxsən Prezident İlham Əliyev təqdim etmişdi. 

2020-ci il sentyabrın 29-da Füzuli uğrunda gedən qızğın döyüşlərdən birində qəhrəmancasına döyüşərək şəhid olub. Döyüş yoldaşının həyatını xilas edib, lakin bu vaxt düşmən snayperinin namərd gülləsinə tuş gəlib. Sinəsində daşıdığı Azərbaycan bayrağını döyüş yoldaşına verərək: "Bunu oğlum Türkaya çatdırın,"- deyib. 

Kapitan Kamil Şirinov "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medalları, "Qarabağ" ordeni ilə təltif olunub (ölümündən sonra). 2 övladı yadigar qalıb. Hər il ad günü, anım günü xüsusi hörmətlə qeyd edilir. Bu xalq nəinki şəhidləri, onları boya-başa çatdıran valideynləri də əziz tutur. Dövlətimiz isə şəhidləri yetişdirən ata-analara xüsusi qayğı göstərir. Şəhidlər ölmür, onlar qəlbimizdə əbədi yaşayır. Necə deyərlər, heç nə yaddan çıxmır, heç kəs unudulmur.


Seyran CAVADOV,

 "Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 122 dollara satılır

10:22
17 Sentyabr

Qazaxın kəndlərində aqroparka və iri fermer təsərrüfatlarına baxış keçirilib

10:19
17 Sentyabr

Kosovonun keçmiş prezidenti müharibə cinayətlərinə görə 25 il müddətinə azadlıqdan məhrum edilib

10:00
17 Sentyabr

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini təsdiqləyib

09:59
17 Sentyabr

Şəhid kapitanın anası xəstəxanada ziyarət edilib

09:50
17 Sentyabr

2027-ci il üçün dövlət büdcəsi xərclərinin prioritet istiqamətləri üzrə proqnozları açıqlanıb

09:47
17 Sentyabr

Bütün zamanlarda xatırlanan bəstəkar

09:40
17 Sentyabr

“Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətində əvəzsiz məktəb formalaşdırıb”

09:30
17 Sentyabr

Everest zirvəsinə qalxmış Vəfa Musayevanın həyatından bəhs edən filmin təqdimatı keçirilib

09:20
17 Sentyabr

Sözün əbədiyyəti

09:10
17 Sentyabr

Azərbaycanda sahibkarlığın inkişafı: yeni imkanlar və müasir çağırışlar

09:00
17 Sentyabr

Azərbaycan-İsveçrə iqtisadi əlaqələri daha da inkişaf edəcək

08:50
17 Sentyabr

Çobankərəli Saleh kişi

08:40
17 Sentyabr

“TÜRKPOL hüquq-mühafizə sahəsində əməkdaşlığı daha da institusionallaşdıracaq”

08:30
17 Sentyabr

“Prezident İlham Əliyev Qərb mediasında saxta narrativlərin necə formalaşdırıldığını faktlarla göstərir”

08:20
17 Sentyabr

Prezident İlham Əliyevin geosiyasətin etikası barədə mühüm mesajları

08:10
17 Sentyabr

Diplomatların səfərinə revanşistlərin reaksiyası

08:00
17 Sentyabr

Ağ Ev: FED-in faiz dərəcələrini artırmaq qərarı təəssüf doğurur

07:53
17 Sentyabr

Tramp: Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq

07:52
17 Sentyabr

2027-ci ildə dövlət büdcəsinin kəsiri ilə bağlı proqnoz bəlli olub

07:46
17 Sentyabr

Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

03:25
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!