29 Aprel 2026 08:40
134
SİYASƏT
A- A+
Ermənistandakı revanşist hərəkətlər sülhü təhdid edir

Ermənistandakı revanşist hərəkətlər sülhü təhdid edir


Aprelin 23-də İrəvanda Türkiyə bayrağının yandırılması və təhqir olunması erməni revanşistlərinin xəstə təfəkkürünün təzahürüdür. Sirr deyil ki, ermənilər uzun illər ərzində xəstə təxəyyüllə silahlanıblar, bunun onların beyinlərindən təmizlənməsi üçün hələ uzun illər lazım olacaq. 

Milli Məclisin deputatı Arzuxan Əlizadə qəzetimizə açıqlamasında deyib ki, baş verən hadisələr - İkinci Qarabağ savaşı, ondan sonrakı dönəmdə ermənilərin düşdükləri durum onları hələ də ayıltmayıb. Erməni cəmiyyətində revanşistlər var, olub, gələcəkdə də olacaq. Erməni xisləti bizim normal məntiqlə qəbul edə biləcəyimiz xislət deyil. "Biz onun fərqində olmalıyıq ki, 1905-ci ili unutduq deyə bu, 1918-ci il, daha sonra 1930-1940-cı illər, sovet dönəmi, deportasiyalar və ən nəhayət, 1988-ci ildəki faciələrə gətirib çıxardı. Ermənilərin başımıza gətirdiyi dəhşətləri, eyni zamanda Qarabağda törətdikləri vandalizm və vəhşilik aktlarını heç vaxt unutmamalıyıq", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, bu xislətdə olan ermənilər kifayət qədər çoxdur və bu, dayanıqlı sülhə ciddi maeələr törədə bilən amillərdəndir: "Azərbaycan məsələlərə humanizm prinsipi ilə yanaşır, regionun əsas söz və güc sahibi olaraq bölgədə dayanıqlı sülhə nail olunması üçün əlindən gələni edir. Ermənilərə qarşı münasibətdə də jestlər edirik. Çalışırıq ki, problemlər öz həllini tapsın və regionda sülh olsun. Bölgədə sabitliyin olmasının məsuliyyətini də dərk edirik. Təəssüf ki, ermənilərin müəyyən hissəsi Azərbaycana və Türkiyəyə qarşı düşmən mövqeyindən əl çəkməyib və yaxın müddətdə geri çəkilmələri də mümkün görünmür. Bu reallıqları olduğu kimi qəbul etməliyik, illüziyalar zamanı deyil". 

A.Əlizadə bildirib ki, erməniləri elə durumda saxlamaq lazımdır ki, başları üstündə "dəmir yumruğ"u daim hiss etsinlər: "Bunun müqabilində gələcəkdə Ermənistanla dövlətlərarası münasibətlərin normallaşması baş tuta bilər. Bunun üçün ilk növbədə Azərbaycanın həm hüquqi, həm də ədalətə söykənən haqlı tələbləri təmin olunmalıdır. Ermənistan konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını özündə əks etdirən müddəalar aradan qaldırılmalıdır. Demarkasiya və delimitasiya proseslərini və digər məsələlərdə üzərlərinə düşənləri ermənilər həyata keçirməlidirlər ki, Azərbaycanla yekun sülh müqaviləsi imzalansın. Bundan ən çox faydalanan da elə ermənilər olacaq". 

Deputat vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə, həmçinin Ermənistana da bu hüququ tanıyıb. Ermənistan hər zaman forpost, əlaltı, digər dövlətlərin boyunduruğu olub. Bu gün rəsmi İrəvan dövlətçiliyini, suverenliyini bərpa etmək imkanı qazanıb. Ermənistan iqtisadiyyatı çökmüş, digər ölkələrdən asılı vəziyyətdədir. "Ermənistan bu gün tranzit imkanlarını genişləndirə bilər. Ermənilər başa düşməlidirlər ki, kənar qüvvələrə arxalanmaqla heç nəyə nail ola bilməzlər. Onlar Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılmasını, dövlət olaraq ayaqda durmağı, nəhayət, boyunduruqdan çıxıb inkişaf etmək istəyirlərsə, iki ölkə ilə münasibətlərini normallaşdırmalıdırlar. Ermənilər yalançı soyqırımlarla, Azərbaycan və Türkiyəyə təhqir dolu çıxışlarla mövqe sərgiləməklə nəyəsə nail ola bilməzlər. Əksinə, ermənilər bu cür revanşist hisslərlə yaşayacaqlarsa, növbəti faciələrlə üzləşəcəklər. Yalnız ağıllarını başlarına yığmaqla suverenliklərini təmin edə bilərlər. Onlar bölgədə dayanıqlı sülhə nail olunması üçün Azərbaycanın atdığı humanist addımlara adekvat münasibət sərgiləməlidirlər", - deyə A.Əlizadə bildirib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Prezident Kuboku” beynəlxalq reqatasında yarışlara start verilir

09:36
29 Aprel

Keyfiyyətli yuxu sağlamlığın şərtlərindən biridir

09:30
29 Aprel

"Əsərlərimdə insanlara həyata başqa gözlə baxmağın mümkün olduğunu göstərmək istəyirəm"

09:25
29 Aprel

Mütəfəkkir sənətkar, vətənpərvər şair 

09:20
29 Aprel

Yurda dayaq, elə arxa

09:15
29 Aprel

Torpağı qanı bahasına Vətən etdi

09:10
29 Aprel

Tarixin dərsləri

09:05
29 Aprel

Qoşa qanadlı "Günəşli"

09:00
29 Aprel

Ömrünü neft geologiyasına həsr etdi, məşhurluq qazandı

08:55
29 Aprel

Neftçi, alim, pedaqoq

08:50
29 Aprel

İrəvanda bayraq təxribatı: sülh və revanşizm arasında ziddiyyət

08:45
29 Aprel

Ermənistandakı revanşist hərəkətlər sülhü təhdid edir

08:40
29 Aprel

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

08:35
29 Aprel

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığında nümunə

08:30
29 Aprel

Bakı və Praqa strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır

08:25
29 Aprel

Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələ

08:20
29 Aprel

Azərbaycanın yeni inkişaf mərhələsi - rəqəmsal gələcəyin yol xəritəsi

08:15
29 Aprel

Azərbaycan növbəti beynəlxalq tədbirə hazırlaşır

08:13
29 Aprel

Elektron hökumət mexanizmlərinin hüquqi əsasları daha da təkmilləşdirilir

08:10
29 Aprel

Bir ömrün işığında: insanlığa xidmətin ali nümunəsi

08:05
29 Aprel

Sülh və əməkdaşlıq yolunda liderlik nümunəsi

08:00
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!