29 Aprel 2026 08:00
252
SİYASƏT
A- A+
Sülh və əməkdaşlıq yolunda liderlik nümunəsi

Sülh və əməkdaşlıq yolunda liderlik nümunəsi


Ölkəmizin sülhün, sabitliyin bərqərar olması istiqamətində atdığı addımlar öz bəhrəsini verir. Bu gün Cənubi Qafqazda barışa, təhlükəsizliyə regionun lider dövlətinin - Azərbaycanın böyük səyləri və təşəbbüsləri nəticəsiz qalmır. Artıq bütün dünya ölkəmizin bu istiqamətdə gördüyü işləri görür və təqdir edir.

Azərbaycan beynəlxalq aləmdə sülhün, sabitliyin və regionda əməkdaşlığın təminatçısı kimi tanınır. Dövlətimizin diplomatik fəaliyyəti, iqtisadi və humanitar təşəbbüsləri, sərhəd və təhlükəsizlik məsələlərində göstərdiyi məsuliyyət etibarlı tərəfdaş kimi mövqeyimizi möhkəmləndirir. Bu istiqamətdə atılan hər bir addım həm ölkəmizin, həm də regionun gələcəyi üçün əhəmiyyətli nəticələr doğurur.

Azərbaycan Prezidenti İlham Əliyevin sülh təşəbbüsləri, regionda barışın möhkəmləndirilməsi, beynəlxalq arenada əməkdaşlıq istiqamətində davamlı, məqsədyönlü və uğurlu fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Dövlətimizin başçısının Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi bunun bariz nümunəsidir. Xatırladaq ki, bu ilin fevralında Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı mükafatı" da sülh və regional barışığa töhfə verdiyinə görə təqdim olunmuşdu. 

Prezident İlham Əliyevin "Sülh və Barışıq üçün Gernika mükafatı"nın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində qeyd olunub ki,  Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyük şərəfdir.

Tarixdə elə hadisələr olur ki, illər ötsə də xatırlanır. Gernika faciəsi də ötən əsrdə dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli və qanlı hadisələrdən biri kimi yaddaşlara həkk olunub. 1937-ci il aprelin 26-da İspaniyanın Gernika şəhəri hava hücumuna məruz qalıb. Yüzlərlə insan həyatını itirib, minlərlə sakin yaralanıb. Bu hücum mülki əhaliyə qarşı yönəlmiş genişmiqyaslı bombardmanlardan biri kimi tarixə düşüb.

Gernika faciəsi beynəlxalq ictimaiyyətdə böyük sarsıntı yaradıb və müharibənin qəddarlığını simvolizə edən hadisəyə çevrilib. Hadisə yalnız hərbi yox, həm də mənəvi və mədəni baxımdan böyük itki sayılır. Bu faciə sonradan sənət və ədəbiyyatda da əks olunub, xüsusilə məşhur rəssam Pablo Pikassonun 1937-ci ildə yaratdığı eyniadlı əsəri yaddaşlarda dərin iz buraxıb. Bu gün də Gernika bombardmanı müharibənin dəhşətlərini xatırladan və sülhün əhəmiyyətini vurğulayan tarixi bir xəbərdarlıq kimi səslənir. Hər il Gernika qurbanları anım günündə ehtiramla yad edilir.

Prezident İlham Əliyevin "Sülh və Barışıq üçün Gernika mükafatı"nın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində bildirilib: "Bu mükafatın 26 aprel - Gernika qurbanlarının anım günündə təqdim olunması xüsusi rəmzi məna daşıyır. 89 il əvvəl Gernikada dinc əhaliyə qarşı törədilmiş amansız cinayət ötən əsrin ən dəhşətli və qanlı səhifələrindən biridir. Hesab edirəm ki, dinc insanlara qarşı istənilən cinayət bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlir. Gernika şəhərinin bu ağrı-acısını bölüşür, qurbanların əziz xatirəsini dərin ehtiramla yad edirəm".

"Sülh və Barışıq üçün Gernika mükafatı" müharibə və zorakılığa qarşı mübarizə aparan sülh, insan haqları və tolerantlıq sahəsində fəaliyyətləri yüksək qiymətləndirilən şəxslərə və təşkilatlara verilir. Əsas məqsəd yalnız nailiyyətləri tanımaq deyil, həm də dünyada sülh mədəniyyətini təşviq etmək, zorakılığa qarşı alternativ yolların mümkünlüyünü göstərməkdir. Belə təşəbbüslər Gernika adını yalnız faciədən doğan bir xəbərdarlıqla yanaşı, ümid və barışıq simvoluna çevirir.

Dövlətimizin başçısının müraciətində Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajının bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanaraq diqqətə çatdırılıb ki, müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır. 

Azərbaycan müharibədən ən çox zərər çəkən ölkələrdən biridir. Odur ki, xalqımıza müharibələrdən, soyqırımlardan, işğallardan əziyyət çəkmiş, böyük faciələr yaşamış insanların dərdləri, ağrı-acıları yaxşı tanışdır. Dövlətimizin başçısının vurğuladığı kimi: "30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı da sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir. Bu, bizim üçün yeni və qeyri-adi bir hissdir. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq".

Ötən ilin avqustunda Vaşinqtonda baş tutmuş tarixi Zirvə görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflandığını, eyni zamanda Birgə Bəyannamə imzalandığını qeyd edən Prezident İlham Əliyev nəzərə çatdırıb ki, bununla da üç onillik ərzində davam edən münaqişə tamamilə sona çatmış, xalqlarımız üçün sülhün, barışığın, qarşılıqlı tərəfdaşlıq dövrünün əsası qoyulmuşdur: "Hazırda Azərbaycan bu yeni reallığa və sülh mühitində yaşamağa uyğunlaşır. Ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Biz eyni zamanda sülhü möhkəmləndirmək və onu əməli fəaliyyətə çevirmək üçün addımlar atırıq və artıq hər iki cəmiyyətimiz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Bu gün artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir".

Qeyd etdiyimiz kimi, bu gün Azərbaycan Prezidentinin sülh və əməkdaşlıq uğrunda gördüyü səylər təkcə regional deyil, qlobal miqyasda da nümunə kimi qəbul olunur.  Dövlətimizin atdığı addımlar regionda davamlı sülhün təmin olunmasına zəmin yaradır. Azərbaycan həm də iqtisadi və humanitar əməkdaşlıq layihələri ilə xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir. Bu uğurlar ölkəmizin beynəlxalq nüfuzunu artırır və digər dövlətlər üçün sülhün mümkünlüyü nümunəsini göstərir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mütəfəkkir sənətkar, vətənpərvər şair 

09:20
29 Aprel

Yurda dayaq, elə arxa

09:15
29 Aprel

Torpağı qanı bahasına Vətən etdi

09:10
29 Aprel

Tarixin dərsləri

09:05
29 Aprel

Qoşa qanadlı "Günəşli"

09:00
29 Aprel

Ömrünü neft geologiyasına həsr etdi, məşhurluq qazandı

08:55
29 Aprel

Neftçi, alim, pedaqoq

08:50
29 Aprel

İrəvanda bayraq təxribatı: sülh və revanşizm arasında ziddiyyət

08:45
29 Aprel

Ermənistandakı revanşist hərəkətlər sülhü təhdid edir

08:40
29 Aprel

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

08:35
29 Aprel

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığında nümunə

08:30
29 Aprel

Bakı və Praqa strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır

08:25
29 Aprel

Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələ

08:20
29 Aprel

Azərbaycanın yeni inkişaf mərhələsi - rəqəmsal gələcəyin yol xəritəsi

08:15
29 Aprel

Azərbaycan növbəti beynəlxalq tədbirə hazırlaşır

08:13
29 Aprel

Elektron hökumət mexanizmlərinin hüquqi əsasları daha da təkmilləşdirilir

08:10
29 Aprel

Bir ömrün işığında: insanlığa xidmətin ali nümunəsi

08:05
29 Aprel

Sülh və əməkdaşlıq yolunda liderlik nümunəsi

08:00
29 Aprel

"Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:16
29 Aprel

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:15
29 Aprel

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 384-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

01:14
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!