28 Aprel 2026 15:08
273
SİYASƏT
A- A+
Qəbələ görüşü Azərbaycan-Çexiya strateji tərəfdaşlığının yeni yol xəritəsidir

Qəbələ görüşü Azərbaycan-Çexiya strateji tərəfdaşlığının yeni yol xəritəsidir


Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu və Cənubi Qafqazın yeni reallıqları fonunda, Bakının xarici siyasət kursu daha geniş coğrafiyalarda strateji əhəmiyyət kəsb etməkdədir. Bu diplomatik fəallığın bariz nümunəsi kimi Azərbaycan-Çexiya münasibətlərinin müasir mərhələsini xüsusi qeyd etmək lazımdır. Son dövrlərdə Avropa ölkələrinin yüksəksəviyyəli nümayəndələrinin Bakıya intensivləşən səfərləri Azərbaycanın artıq təkcə enerji tərəfdaşı deyil, həm də qitənin təhlükəsizlik və dialoq mərkəzi kimi qəbul olunduğunu təsdiqləyir.

Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan və Çexiya arasındakı əlaqələr hər iki tərəfin milli maraqlarına söykənən strateji tərəfdaşlıq xarakteri daşıyır. Bakının təqdim etdiyi etibarlı platforma Avropa dövlətləri, o cümlədən Çexiya üçün regionda sabitliyin təmin olunması və eneri təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Xüsusilə yeni nəqliyyat-kommunikasiya dəhlizlərinin inkişafı və “Orta Dəhliz" layihəsinin artan rolu hər iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün geniş imkanlar açır. “Bu münasibətlərin müasir mərhələsi sadəcə ikitərəfli mübadilələrlə məhdudlaşmır. Bu, həm də Azərbaycanın Avropanın enerji xəritəsindəki həlledici mövqeyinin və çoxtərəfli təşəbbüslərdəki liderliyinin göstəricisidir. Çexiya ilə qurulan sıx dialoq göstərir ki, Azərbaycanın müəyyən etdiyi yeni regional nizam qlobal miqyasda maraqla izlənilir və dəstəklənir. Beləliklə, Bakı və Praqa arasındakı münasibətlər ortaq maraqlar və qarşılıqlı etimad əsasında inkişaf edərək, Avrasiya məkanında səmərəli əməkdaşlığın uğurlu nümunəsinə çevrilir”, - deyə o əlavə edib.

Deputat qeyd edib ki, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə sadiqlik üzərində qurulan bu tərəfdaşlıq son illərdə həm siyasi dialoqun güclənməsi, həm də iqtisadi əməkdaşlığın genişlənməsi ilə xarakterizə olunur. Bu diplomatik yaxınlaşmanın ən mühüm mərhələlərindən biri kimi 2026-cı il aprelin 27-də Qəbələdə baş tutan yüksəksəviyyəli görüşü qeyd etmək olar. Azərbaycan Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri arasında keçirilən bu görüş ikitərəfli münasibətlərin gələcək yol xəritəsini müəyyən edib. Prezident İlham Əliyev mətbuata bəyanatında tərəflər arasındakı bu təmasın olduqca məhsuldar keçdiyini və genişspektrli məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıldığını xüsusi vurğulayıb. Dövlət başçısı Çexiyanın Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət etdiyini xatırladaraq, bu səfərin reallaşmasını iki ölkə arasındakı əlaqələrin dinamik inkişafının bariz təsdiqi kimi qiymətləndirib. “Bizim indi çox fəal siyasi dialoqumuz var",  deyən Prezident, müzakirələrin həm regional, həm ikitərəfli, həm də qlobal xarakterli məsələləri əhatə etdiyini diqqətə çatdırıb. Bu görüş bir daha nümayiş etdirdi ki, Bakı və Praqa arasında formalaşan yeni əməkdaşlıq mühiti təkcə iki ölkənin deyil, həm də Avrasiya məkanının ümumi sabitlik və rifah sisteminə mühüm töhfədir.

K.Bayramov əlavə edib ki, Qəbələ görüşü Azərbaycan və Çexiya arasındakı iqtisadi əlaqələrin praktiki müstəviyə keçməsi baxımından həlledici xarakter daşıyıb: “Danışıqlar zamanı iqtisadi tərəfdaşlığın genişləndirilməsi ilə bağlı konkret təkliflər irəli sürülüb, xüsusilə energetika sahəsindəki əməkdaşlığın strateji əhəmiyyəti ön plana çəkilib. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji xəritəsindəki həlledici rolunu rəqəmlərlə diqqətə çatdıraraq qeyd edib ki, hazırda ölkəmiz öz təbii qazını 16 ölkəyə ixrac edir və bu dövlətlərin 10-u məhz Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemindəki mühüm yerini göstərməklə yanaşı, Çexiya ilə bu istiqamətdə əməkdaşlıq üçün yeni və geniş potensial yaradır. İkitərəfli münasibətlərin digər vacib sütunu kimi müdafiə sənayesi sahəsindəki tərəfdaşlıq xüsusi vurğulanıb. Görüşdə bu sahədə qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Eyni zamanda nəqliyyat, sənaye və innovasiya kimi sektorlarda əlaqələrin inkişafı üçün kifayət qədər geniş perspektivlərin olduğu qeyd edilib”.

Deputat bildirib ki, bu istiqamətlər üzrə əldə olunan razılaşmalar hər iki ölkə iqtisadiyyatının modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması məqsədinə xidmət edir. Göründüyü kimi, Prezident İlham Əliyev və Baş nazir Andrey Babiş arasında keçirilmiş görüş və səsləndirilən bəyanatlar Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni və daha yüksək mərhələyə daxil olduğunu bir daha təsdiqləyir. Mövcud fəal siyasi dialoq, qarşılıqlı etimad və iqtisadi maraqların vəhdəti iki ölkə arasındakı strateji bağların gələcəkdə daha da sarsılmaz olacağına və hər iki xalqın rifahına töhfə verəcəyinə möhkəm zəmin yaradır.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qastronomiyanın rəngarəng səhnəsi: Şuşada dad və mədəniyyət günü

16:41
28 Aprel

 Ayda yeni minerallar kəşf edilib

16:38
28 Aprel

Bakıda və Abşeron yarımadasında yaz mövsümündə ekstremal yağıntılar qeydə alınıb  

16:37
28 Aprel

Nyu-Yorkda elektrikli hava taksilərinin sınaq uçuşları keçirilib

16:36
28 Aprel

İranda əhaliyə ərzaq yardımının artırılması nəzərdən keçirilir

16:25
28 Aprel

22 buddist rahib 112 kiloqram kannabislə həbs edilib  

16:15
28 Aprel

Əli Zeydi İraqın Baş naziri vəzifəsinə namizəd göstərilib

16:04
28 Aprel

Bu ilin I rübü ərzində dövlət istiqrazları üzrə ödənişlərin məbləği açıqlanıb  

16:02
28 Aprel

"Prezident Kuboku": 16 ölkənin avarçəkənləri paraddan keçib

16:01
28 Aprel

Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır  

16:00
28 Aprel

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

16:00
28 Aprel

Dövlət zəmanətli borcun məbləği 6,7 milyard manatı ötüb  

15:59
28 Aprel

Xocavənddə daha 68 ailəyə evlərinin açarları təqdim olunub  

15:57
28 Aprel

Xarici dövlət borcunun yeni tərkibi açıqlanıb  

15:42
28 Aprel

Azərbaycanın dövlət borcu ÜDM-in 18,7 faizini təşkil edir

15:40
28 Aprel

Ağdam Sənaye Parkının rezidenti əmtəə nişanını Avropa İttifaqında rəsmi qeydiyyatdan keçirib  

15:38
28 Aprel

Dövlət Xidməti: Aprel çağırışının uğurla icra edilməsi məqsədilə zəruri işlər görülür

15:33
28 Aprel

Azərbaycan “Nəsillərarası istedadın üzə çıxarılması” mövzusunda Bacarıqlar Sammitində təmsil olunur  

15:28
28 Aprel

Alimlərin yeni kəşfi: Kvant kimyası hesablamaları üzrə ilk səhvsiz metod hazırlanıb

15:24
28 Aprel

Qəbələ görüşü Azərbaycan-Çexiya strateji tərəfdaşlığının yeni yol xəritəsidir

15:08
28 Aprel

Azərbaycanın müstəqil və balanslaşdırılmış siyasəti onu diplomatik mərkəzə çevirib 

14:54
28 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!