29 Aprel 2026 08:35
139
CƏMİYYƏT
A- A+
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Səməd Vurğun adına Sağlamlıq Mərkəzində "Təhlükəsiz əmək səmərəli fəaliyyətin əsasıdır" mövzusunda konfrans təşkil edilib.

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilən və dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə iştirakçılar əməyin mühafizəsi vasitələrindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Æilber Hunqbonun əməyin mühafizəsi ilə bağlı videomüraciəti izlənilib. Tədbir iştirakçılarını salamlayan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov əməyin mühafizəsinin işçilərin sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin təmin olunması və insan kapitalının davamlı inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial inkişaf strategiyasına uyğun olaraq, əmək münasibətlərinin tənzimlənməsi istiqamətində sistemli yanaşma formalaşdırılıb. Hazırda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində iş yerlərində təhlükəsizlik standartları daha da təkmilləşdirilir, layiqli əmək şəraiti yaradılır.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bu sahədə gördüyü işlər barədə də məlumat verilib. Bildirilib ki, 2025-ci il ərzində bu sahədə digər tədbirlərlə yanaşı, həmkarlar ittifaqları tərəfindən müəssisələrdə əməyin mühafizəsi üzrə 567 monitorinq aparılıb, aşkar olunan çatışmazlıqlarla bağlı müvafiq tövsiyələr verilib. Ötən il bu sahədə təşkil olunmuş 36 təlimdə 2400-dən çox işçi iştirak edib. Konfederasiya sədri çıxışında BƏT ilə əməkdaşlıq və qurumun ölkəmizdə ratifikasiya olunmuş "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" Konvensiyanın önəmini qeyd edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, konfederasiyanın Layiqli Əmək Səfiri Musa Quliyev ölkədə əməyin mühafizəsinə dair qanunvericilik bazasının müasir çağırışlara uyğun təkmilləşdirildiyini, normativ-hüquqi aktların işçilərin sağlamlığının qorunmasına və istehsalat risklərinin minimuma endirilməsinə xidmət etdiyini vurğulayıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu nəzərə çatdırıb, istehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısının alınması tədbirləri, iş yerlərində təhlükəsizlik standartlarının tətbiqi və nəzarət mexanizmləri barədə məlumat verib.

İslam Əməkdaşlıq Təşkilatı Əmək Mərkəzinin baş direktoru Azər Bayramov və BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev əmək bazarında baş verən dəyişikliklər, rəqəmsallaşma və yeni istehsal modelləri fonunda preventiv və innovativ yanaşmalara diqqət çəkib, sosial dialoqun, eləcə də beynəlxalq əmək standartlarının tətbiqinin iş prosesində təhlükəsizliyin yüksəldilməsində rolunu qeyd ediblər. 

Tədbir çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında sahibkarlar üçün əməyin təhlükəsizliyi və mühafizəsi sahəsində (IOSH) təlimlərin təşkilinə dair Anlaşma Memorandumu imzalanıb.

Konfransda əməyin mühafizəsi və bu istiqamətdə Azərbaycan həmkarlar ittifaqları tərəfindən görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub.

Sonda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında fərqlənən müəssisə və təşkilatlar mükafatlandırılıb.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Prezident Kuboku” beynəlxalq reqatasında yarışlara start verilir

09:36
29 Aprel

Keyfiyyətli yuxu sağlamlığın şərtlərindən biridir

09:30
29 Aprel

"Əsərlərimdə insanlara həyata başqa gözlə baxmağın mümkün olduğunu göstərmək istəyirəm"

09:25
29 Aprel

Mütəfəkkir sənətkar, vətənpərvər şair 

09:20
29 Aprel

Yurda dayaq, elə arxa

09:15
29 Aprel

Torpağı qanı bahasına Vətən etdi

09:10
29 Aprel

Tarixin dərsləri

09:05
29 Aprel

Qoşa qanadlı "Günəşli"

09:00
29 Aprel

Ömrünü neft geologiyasına həsr etdi, məşhurluq qazandı

08:55
29 Aprel

Neftçi, alim, pedaqoq

08:50
29 Aprel

İrəvanda bayraq təxribatı: sülh və revanşizm arasında ziddiyyət

08:45
29 Aprel

Ermənistandakı revanşist hərəkətlər sülhü təhdid edir

08:40
29 Aprel

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

08:35
29 Aprel

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığında nümunə

08:30
29 Aprel

Bakı və Praqa strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır

08:25
29 Aprel

Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələ

08:20
29 Aprel

Azərbaycanın yeni inkişaf mərhələsi - rəqəmsal gələcəyin yol xəritəsi

08:15
29 Aprel

Azərbaycan növbəti beynəlxalq tədbirə hazırlaşır

08:13
29 Aprel

Elektron hökumət mexanizmlərinin hüquqi əsasları daha da təkmilləşdirilir

08:10
29 Aprel

Bir ömrün işığında: insanlığa xidmətin ali nümunəsi

08:05
29 Aprel

Sülh və əməkdaşlıq yolunda liderlik nümunəsi

08:00
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!