29 Aprel 2026 08:10
523
PARLAMENT
A- A+
Elektron hökumət mexanizmlərinin hüquqi əsasları daha da təkmilləşdirilir

Elektron hökumət mexanizmlərinin hüquqi əsasları daha da təkmilləşdirilir


Aprelin 28-də Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan komitə sədri Zahid Oruc gündəliyə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini söyləyib. 

Məsələ barədə məlumat verən komitə sədri bildirib ki, qanun layihəsində edilən dəyişikliklərin əsas məqsədi elektron hökumət mexanizmlərinin hüquqi əsaslarını daha da təkmilləşdirmək, dövlət idarəçiliyində operativliyi və səmərəliliyi artırmaqdır. Layihə vətəndaş müraciətlərinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən daha çevik və şəffaf idarə olunmasını, xidmət keyfiyyətinin yüksəldilməsini və rəqəmsallaşma prosesinin gücləndirilməsini nəzərdə tutur. Eyni zamanda qanun layihəsində edilən dəyişikliklər təkrar xarakterli müddəaların aradan qaldırılmasına və prosedurların optimallaşdırılması ilə dövlət tənzimlənməsinin daha effektiv həyata keçirilməsinə xidmət edəcək.

Müzakirələrdə komitənin üzvləri Naqif Həmzəyev, Azər Allahverənov, Hikmət Məmmədov, Mübariz Qurbanlı, Vüqar Rəhimzadə, Sevil Mikayılova və Elman Nəsirov çıxış edərək qanun layihəsinə dair fikirlərini səsləndiriblər, qeyd və təkliflərini irəli sürüblər. 

Müzakirələrdən sonra onlayn iclasın gündəliyində olan qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Təhminə VERDİYEVA,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiyevə hava zərbələrindən ölənlərin sayı 24 nəfərə çatıb

09:32
15 May

Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç yola salınıb

09:31
15 May

ABŞ Prezidenti: İran ya razılığa gələcək, ya da məhv olacaq

09:29
15 May

ABŞ hələ də Dünya Kuboku öncəsi İran futbolçularına viza verməyib

09:28
15 May

Dünyanın üçüncü ən kiçik dövləti adını dəyişmək istəyir

09:26
15 May

Azərbaycan təmsilçisi “Avroviziya-2026”nın ikinci yarımfinalında çıxış edib

09:23
15 May

Fransa millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

09:21
15 May

Ağalı kəndində əmək yarmarkasında vakansiyalar təqdim edilib

09:20
15 May

Neftçi-musiqiçi

09:15
15 May

Şöhrət onu dəyişə bilmədi

09:10
15 May

Hantavirus düşünüldüyü qədər qorxuludurmu?

09:05
15 May

Sivil cəmiyyətin məhək daşı

09:00
15 May

Şərqi Zəngəzurun "yaşıl enerji" ilə təminatında daha bir addım

08:55
15 May

Üç tərəfdaş, bir layihə

08:50
15 May

Kürdə gursululuq nə qədər davam edəcək?

08:45
15 May

Süni intellekt erası: Azərbaycan üçün yeni inkişaf mərhələsi

08:40
15 May

Regionda yeni təhlükəsizlik arxitekturasını Azərbaycan formalaşdırır

08:35
15 May

Konstitusiya dövlətin siyasi, iqtisadi və sosial inkişafı üçün hüquqi baza yaradır

08:30
15 May

İnkişaf ritmi və estetika

08:25
15 May

Ölkəmizin diktə etdiyi geosiyasi reallıqlar

08:20
15 May

Cənubi Qafqazda geosiyasi maraqlar, ikili standartlar, Azərbaycanın strateji xətti

08:15
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!