13 Yanvar 2019 00:33
2534
Mədəniyyət
A- A+
Dünyanın ilk musiqi aləti - QAVALDAŞ

Dünyanın ilk musiqi aləti - QAVALDAŞ


Ən qədim bəşər övladlarının məkanıdır Azərbaycan. Daşlaşmış abidələri bu ecazkar məmləkətin ilk sivilizasiya məskənlərindən biri olduğunu təsdiq edir. Tariximizin daş kitabəsi - Qobustan bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzini, məişətini, məşğuliyyətini, mədəniyyətini, incəsənətini əks etdirir.


Tarixin daş izləri


Ulu əcdadlarımızın minillər boyu necə yaşadıqları, həyat tərzi, məişəti, rəqsləri, kulinariyası, ovçuluğu, maldarlığı, eyni zamanda, düşüncələri, arzuları, xəyalları Qobustandakı qədim qayaüstü təsvirlərdə iz saldı. Həmin daş abidələr yalnız Azərbaycan üçün dəyərli deyil. Dünyanın ilk sivilizasiya mərkəzlərindən biri olduğu üçün Qobustan dünya miqyaslı, dünya əhəmiyyətli tarixi abidədir. Qobustanşünas Cəfərqulu Rüstəmov "Qobustan dünyası” əsərində yazır: "Qobustanda apardığımız arxeoloji qazıntı və tədqiqatların nəticələri göstərir ki, burada - Böyükdaş və Kiçikdaş dağları sahəsində qədim insanın yaşaması tarixi üst Paleolit dövrünün sonu, Mezolit (orta daş) dövrünün əvvəllərindən, ümumən 18 min il əvvəlki dövrdən başlayır. Ola bilsin ki, ondan da 3-4 min il əvvəl buraya insan ayağı dəyib və hələlik o dövrün düşərgəsi qayalıqların altında qalıb və ya sadəcə olaraq aşkar olunmayıb”. Tanınmış norveçli səyyah Tur Heyerdal isə bildirirdi: "Qobustan kökləri çox qədimlərə gedib çıxan və hətta Mesopotamiyadan daha qədim, doğru tarixi indiyədək öyrənilməyən mədəniyyət incisidir. Qobustan qədim insanın bacarıq və düşüncəsini rəsmlər vasitəsilə bizə çatdıran məkandır”.

Tarix və mədəniyyət üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq Qobustan qayalıqları 1966-cı il sentyabrın 9-da respublika Nazirlər Sovetinin 509 №-li qərarı ilə 4400 hektardan artıq ərazini əhatə edən Dövlət Tarixi-Bədii Qoruğu kimi qeydiyyata alındı. 2007-ci ildə Qobustan qoruğu "Qobustan qayaüstü rəsmləri mədəni landşaftı” adı ilə UNESCO-nun ümumdünya mədəni irsi abidələri siyahısına daxil edildi.

Qoruq əsasən üç dağın - Böyükdaş, Kiçikdaş və Cingirdağın yerləşdiyi böyük ərazini əhatə edir. Ümumilikdə 100 mindən çox arxeoloji materiallar toplanan bu ecazkar yerlərdə bəzi qaya parçaları da öz xüsusiyyətlərinə görə dünyadakı daşlardan fərqlənir.


Qəbilə daşı


Bu gün Qobustan Dövlət Tarix-Bədii Qoruğu Muzeyinin ən maraqlı abidələri sırasında qavaldaş da var. Bu böyük qaya parçası daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Səthinə zərblə vurulduqda qaval, dəf, nağara, təbil kimi səslənən həmin daşlar həm də musiqinin qədimliyindən xəbər verir.

Tədqiqatçıların fikrincə, dünyada ilk musiqi aləti qavaldaş olub. Qavaldaşın yaranma tarixi, mütəxəssislərin rəyinə görə, 1-1,5 milyon il əvvələ, yəni Daş dövrünə gedib çıxır. Tədqiqatçı Şakir Qabıssanlı qeyd edib ki, dünyada ilk musiqi sədaları 10 min il bundan əvvəl qavaldaş ətrafında yallı ilə başlayıb.

Adının mənasına gəlincə, araşdırmaçıların bir çoxu bu qənaətdədir ki, qavaldaş "qəbilə daşı” deməkdir. Əhəngdaşıdan əmələ gəlməsi və tərkibində çınqılların yaratdığı boşluqlar səbəbindən qavaldaşdan zərb alətlərinin səsi çıxır. Hələ Neolit dövründə bu daşın xüsusiyyətlərini bilən Qobustan ərazisinin sakinlərinin ondan musiqi aləti kimi istifadə etdikləri qayaüstü rəsmlərdə də əksini tapıb.

Cingirdağın toponimiyası ilə bağlı professor Qafar Kəndli Herisçi yazırdı: "Cingirdağ” sözünün qədim türk dilində ayin mərasimlərində şamanların istifadə etdiyi qaval mənasını verən "cingir” sözündən əmələ gəldiyi ehtimal edilir”. Tədqiqatçılar qədim zamanlarda qavalabənzər dınqır adlı alətimizin olduğunu bildiriblər. Musiqişünas Abasqulu Nəcəfov isə yazır: "Lakin cingir sözü dilimizdə başqa bir fikri də ifadə edir. Cingir - qızılquşun növlərindən biri olan alıcı kiçik quşun adıdır. Bəlkə də bu ərazilərdə (Cingirdağda) bir zamanlar cingir quşunun daha çox yayılması səbəbindən həmin yer Cingirdağ adlandırılıb”.

1939-cu ildə İshaq Cəfərzadə Qobustanda tədqiqatlara başladı. Ancaq Böyük Vətən müharibəsi illərində işləri davam etdirə bilmədi. Onun tələbəsi Cəfərqulu Rüstəmov qavaldaşın tapılması və çalğı aləti olduğunun müəyyənləşdirilməsi barədə bildirib: "Bu haqda İshaq müəllim belə nəql edirdi ki, 1947-ci ildə axtarışda olarkən bir dəfə, yazın istisində yorulub, Cingirdağ zonasında yaxınlıqdakı çoban dəyələrinə yaxınlaşıb su istəyir. Onu yorulmuş görüb alaçığa dəvət edirlər, kərəməz verirlər, içir, sonra oturub bir qədər dincəlmək istəyir. Düşərgədəkilər onun başına yığışıb işi ilə maraqlanırlar, söhbət edirlər. Bir azdan çobanların briqadiri yolda görünür (o, düşərgədə yox imiş) və yaxınlaşıb sürünün harada olduğunu soruşur. Çobanlardan biri cavab verir ki, "qaval çalan daşın yanındadır”. İshaq müəllim bu cümləni tutur və soruşur: "Sürü haradadır dediniz?” Çoban cavab verir ki, "qaval çalan daşın yanındadır”. İshaq müəllimi maraq götürür, çobanları o daş haqda sorğu-suala tutur. Deyirlər ki, bəli, Cingirdağın şimal-şərq ətəyində belə bir daş var ki, qaval kimi səslənir. Onu nağara kimi çalıb səsləndirmək olur. İshaq müəllim xahiş edir ki, daşı ona göstərsinlər. Bir nəfər gedib daşı göstərir. İshaq müəllim deyirdi ki, çoban daşı çaldı və daşdan elə bir məlahətli səs qopdu ki, az qalmışdı mən özüm də oynayam. Bir də deyirdi ki, mən maldarların çoxundan, qocasından da, cavanından da soruşanda ki siz nə bildiniz bu daş nağara kimi səs çıxarır və ona "qaval çalan daş” adını kim verib? - hamısı çiyinlərini çəkib deyirdilər: "Nə bilim, ata-babadan, gözümüzü açandan onu "qaval çalan daş” deyə eşidib tanımışıq”.


Birlik simvolu


Qobustanda bir neçə qavaldaş var. Lakin bunların arasında böyüklüyünə, səs tembrinə görə ikisi xüsusilə fərqlənir. Onlardan birincisi Cingirdağın şimal-şərq ətəyindədir və Yazılıtəpə qədim qayaüstü təsvirlər kolleksiyası üzrə 114 №-li daş kimi qeydə alınıb. Həmin daşın orta hissəsində qalınlıq 70 sm-dir. Şərqə doğru isə nazikləşir. Daşın ümumi uzunluğu 270 sm-dir.

Qavaldaşın özünəməxsus cəhətlərindən biri səsin çıxması üçün yerə təmas etməməsidir. Ona görə bu daşı müəyyən qədər torpaqdan yüksəkdə qoyurlar. Alt daşlarla üst daş arasında müəyyən boşluq var, dərə ilə cərəyan edən hava axını bu boşluqdan keçir.

Qavaldaş qədim insanlar üçün birlik simvolu idi. Onun ətrafına toplaşaraq dini və bayram mərasimləri keçiriblər. Ayrı-ayrı qəbilələrin üzvləri həm də ova çıxdıqları zaman müxtəlif musiqilər altında rəqs ediblər. Bu gün isə qavaldaş dəyərli abidədir. Cingirdağın ətəklərində on-on iki min il əvvəllərə aid edilən qaya rəsmləri ilə yanaşı, qavaldaş da tariximizdən soraq verir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!