28 Sentyabr 2022 01:06
4101
İQTİSADİYYAT
A- A+
Doğulan uşaqların sayı azalır

Doğulan uşaqların sayı azalır

 

Bu problemdir, yoxsa günün tələbi?

 

Son illərdə dünyada demoqrafık qocalma tendensiyası müşahidə edilir. Əhalinin qocalması həm də yeni doğulanların sayının azalması ilə əlaqədardır. Ölkəmizə gəldikdə, 2021-ci ildə doğulan körpələrin sayı 112 min 284 nəfər olub. Bu, son 30 ilin ən aşağı doğum göstəricisidir. Ötən il 18 yaşa qədər uşaqların ümumi əhalidə payı 2005-ci ilin statistikası ilə müqayisədə 31,8 faizdən 25,7 faizə düşüb.
Xatırladaq ki, Azərbaycanda son 50 ildə ən yüksək doğum göstəricisi 1990-ci ildə qeydə alınıb. Həmin ildə ölkədə 183 minə yaxın körpə doğulub. 1970-cı ildə ölkə əhalisinin sayı 5,1 milyon olduğu halda, 2021-ci ildə bu göstərici 10 milyonu ötüb. Bu müddətdə ölkə əhalisi iki dəfə artsa da, yaşı 18-dək olan əhali sayında və körpə doğumlarında xeyli azalma müşahidə edilir. Görünən odur ki, Azərbaycanda uşaqların sayı ilbəil azalır.
Vaxtilə ölkədə 6, 8, hətta 10, 12 uşaqlı ailələr də vardı. Müasir dövrdə isə hər bir azərbaycanlı ailəsində maksimum 2 və ya 3 uşaq olur. Bu, bir tərəfdən sosial-iqtisadi vəziyyətlə əlaqələndirilsə də, həm də müasir ailə planlaşdırmasının reallığıdır.

 

Dünya üzrə doğumun səviyyəsi aşağı düşüb 

 

Dünyada əhalinin demoqrafiyası heç bir tarixi dövrdə sabit olmayıb. Son statistikaya əsasən, Yer kürəsində əhali sayı artıq 8 milyarda çatıb. BMT Baş katibinin hesabatında bildirilir ki, bu göstərici 2050-ci ildə 9,7 milyard ola bilər.
Demoqrafik göstəricilər kontekstində yaşı 18-dək olan uşaqların sayı ilə bağlı təhlil apardıqda dünya üzrə də doğumun səviyyəsinin azaldığını müşahidə etmək olar. Hazırda ölkəmizdə orta statistik göstəricilərə əsasən, doğulanların sayı hər ailə üzrə 2-dən çoxdur. Lakin Avropa ölkələrinin əksəriyyətində bu rəqəm 1-2 arasındadır. 
Onu da qeyd edək ki, Avropa üzrə ən aşağı ümumi nəsilvermə əmsalı olan ölkələrdən biri 1,35 faiz göstərici ilə qonşu Rusiyadır.

 

Sosial şərait və mədəni həyat ailə planlamasına təsir göstərir

 

Mövzu ilə bağlı suallarımızı cavablandıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, bu gün bütün dünyada demoqrafik eniş baş verir. COVID-19 pandemiyası da demoqrafik göstəricilərə təsirsiz ötüşməyib. Pandemiya dövründə xəstələnənlərin və ölənlərin sayı çoxaldığı halda, nikahların sayında xeyli azalma müşahidə edilib. Komitə sədrinin sözlərinə görə, yaşı 18-dək olan əhali sayının azalmasının digər səbəblərindən biri də sonsuzluq faktoru, ailələrin evlilikdən sonra, adətən, iki-üç il ərzində övlad sahibi ola bilməmələridir. Bu faktorlar il ərzində doğulan körpələrin sayının azalmasına səbəb olur. Həmçinin son illərdə evlənənlərin sayının azalmasını, vətəndaşlarımızın daha gec yaşlarda ailə qurmağa üstünlük vermələrini də nəzərə almaq lazımdır. Gənclər karyeralarını qurub stabil iş yerinə sahib olduqdan və mənzil-məişət şəraitlərini yaxşılaşdırdıqdan sonra evlənmək istəyirlər. 
Bununla belə, Musa Quliyev narahatlığa əsas görmür: "Hazırda müşahidə edilən azalma tendensiyası bizi bir o qədər narahat etmir, çünki doğulanların sayı ölənlərin sayından çoxdur. Bu tendensiya belə davam edərsə, hətta ölkə əhalisinin gəncləşməsinə səbəb olacaq. İstənilən halda demoqrafik məsələlər Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Lazım gələrsə, bu istiqamətdə stimullaşdırıcı addımlar atıla bilər". 
 Musa Quliyev əlavə edib ki, normal şəraitli ailələrdə iki və ya üç uşağın olması məqsədəuyğun hesab edilir: "Ata və ana dünyasını dəyişəndə statistik olaraq iki uşaq valideynlərini əvəz edərsə, digər bir nəfər də ölkə əhalisinin demoqrafik artımını təmin edə bilər. Amma təbii ki, hər şey bizim arzuladığımız kimi olmur. Sosial şərait və mədəni həyat ailə planlamasına təsir göstərir. Müasir dövrdə insanlar ömürlərinin çox hissəsini şəxsi inkişaf, mədəni həyat və sosial güzəranlarını yaxşılaşdırmağa sərf etmək istəyirlər. Əvvəllər çoxuşaqlılığı tələb edən elə həyatın özü idi. Xüsusən kənd yerlərində təsərrüfatların idarə olunması üçün çox işçi qüvvəsinə ehtiyac var idi. İndi kənd yerlərində də vəziyyət dəyişib, çünki texnologiya oralara da gedib çatıb. Ona görə də dünya üzrə ailələrin əksəriyyəti daha az uşaq sahibi olmağa meyillidirlər. Hər ailədə 2-3 uşağın olması orta statistik göstərici kimi müsbət qiymətləndirilə bilər".

 

Uşaqların sayı ailə institutumuzun ümumi mənzərəsini göstərir

 

Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi Etibar Bədəlov bildirir ki, əhalinin təbii artımı ölkədə baş verən əsas proseslərin "güzgüsü"dür. Onun sözlərinə görə, Azərbaycanın 90-cı illərdə çətin siyasi və iqtisadi dövr keçirməsinə baxmayaraq, təbii artım yüksək səviyyədə olub. 2016-cı ildən sonra isə artım sürətlə azalmağa başlayıb və nəhayət, 2020-ci ildə təbii artım hər 1000 nəfər üçün 5 nəfərə enib. Beləliklə, təbii artımın azalması uşaqların sayının da enməsinə səbəbdir. Ona görə də bu azalma məhz həmin dövrdən sonra davamlı xarakter alıb. 
E.Bədəlov deyir ki, qlobal iqtisadi böhranlar Azərbaycanda uşaqların sayının azalmasına təsir göstərib. Ailələrdə sosial-iqtisadi vəziyyətə görə gənclər evliliklərini təxirə salırlar. Yeri gəlmişkən, ölkədə nikaha daxil olmaq üçün orta yaş həddinin artması da uşaqların sayının azalmasına təsir edən faktorlardandır. Problemdən çıxış yolu demoqrafik siyasəti gücləndirməkdir.

 

Ailələrdə uşaq sayının azlığı dövrün tələbidir

 

Sosioloq Asif Bayramov qeyd edir ki, cəmiyyətimizin sosial sferalarında gedən proseslər Qərb həyat standartlarının xalqımızın demoqrafik vəziyyəti, mənəvi dəyərlər sistemi və ailə institutuna təsirsiz ötüşmədiyini göstərir: "Ölkə əhalisinin demoqrafik artımının fonunda uşaqların sayının azalması mənəvi-ideoloji və maddi-iqtisadi faktorlarla bağlıdır. Mənəvi-ideoloji faktor dedikdə, Azərbaycan cəmiyyətinə başqa cəmiyyətlərdən ötürülən ideya və ideologiyalar nəzərdə tutulur. Yəni müxtəlif ideyaların təsiri nəticəsində xalqımızın çoxəsrlik ailə institutunda müəyyən dəyişikliklər, yeni tendensiyalar müşahidə edilir. Beləliklə, hazırda əksər ailələr daha çox uşaq sahibi olmağı planlaşdırmır, onlar bir və ya iki övladla kifayətlənirlər. Gənclərin bu fikirdə olmasının maddi-iqtisadi səbəbləri ilə yanaşı, mənəvi-ideoloji tərəfləri də çoxdur". 
Ekspert son illər respublikada boşanmaların sayının çox artmasının, hər il orta hesabla 30 min körpənin valideyn qayğısından məhrum olduğunu da xatırladır. Onun fikrincə, bu hal cəmiyyət üçün yararlı şəxsiyyətlərin yetişdirilməsi baxımından ciddi narahatlıq yaradır: "Ona görə də cəmiyyətimizə ötürülən zərərli ideya axınının qarşısını almaq üçün müvafiq mexanizm hazırlanmalıdır. Ölkəmizin informasiya məkanını sərhədlərimiz qədər ayıq-sayıq qorumalıyıq. Artmaqda olan boşanmalar ölkədə demoqrafik göstəricilərdə xoşagəlməz dəyişikliklərə, xüsusən də uşaqların sayının  azalmasına səbəb olan əsas amildir". 
A.Bayramovun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin böyük əksəriyyəti demoqrafik tendensiyanı artırmaq üçün müxtəlif həvəsləndirici və stimullaşdırıcı proqramlar tətbiq edir. Sosioloq qeyd edib ki, həmin proqramların hesabına demoqrafik artımı lazımi səviyyədə saxlamaq mümkün olur. Ona görə də proqressiv ölkələrin təcrübəsindən yararlanmaq lazımdır. Əslində, bu, çox bəsit məsələdir. Ölkədə cəmiyyətin sosial müdafiəsi üçün hazırlanmış normativ-hüquqi baza kifayət qədər mükəmməldir. Həmin qanunvericilik əsasında işlək mexanizmin yaradılması problemin həlli üçün faydalıdır. 

 

İndi bir və ya iki uşaqla kifayətlənmək ən uyğun seçimdir

 

Bir övlad sahibi olan ictimai fəal Nigar Köçərli ailələrin çoxuşaqlı olmasına müsbət yanaşsa da, hesab edir ki, bu, müasir dövrdə real görünmür: "Lakin maddi durumu yaxşı olan ailələrdə neçə uşaq olmasından asılı olmayaraq, onların hər birinə lazımi diqqət və qayğını göstərmək mümkündür. Fikrimcə, uşaqların çox olduğu ailələr daha xoşbəxt olurlar. Hətta dörd və ya beş övladı olan valideynlər də maddi durumları yaxşı olduqları halda özlərini inkişaf etdirə bilərlər. Əslində, çoxuşaqlılıq vaxtilə yalnız Azərbaycana deyil, elə bəzi Avropa ölkələrinə də xas olub". 
Ölkədə uşaqların sayının artırılması üçün xüsusilə təhsilin və səhiyyənin keyfiyyətinin inkişaf etdirilməsini vacib sayan N.Köçərli hesab edir ki, belə olan halda ailədə az və ya çox uşaq olmasına baxmayaraq, onların hər birinin təhsil səviyyəsi və sağlamlığı ürəkaçan olar. "İndiki şəraitdə isə bir və ya iki uşaqla kifayətlənmək orta statistik azərbaycanlı ailəsi üçün daha uyğun seçimdir", - deyə o bildirir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən mövzu ilə bağlı bildirilib ki, hazırda ölkədə uşaqların sayı ilə bağlı müşahidə edilən azalma təhlükəli deyil. 
Göründüyü kimi, uşaqların sayının azalması bir neçə faktorla əlaqəlidir. Bəzi ailələr maddi durumu əsas gətirərək çox uşaq sahibi olmaqdan imtina etdiyi halda, bəziləri ailə planlamasına müasir çağırışlar prizmasından yanaşırlar. Ona görə də hazırda ölkədə 4 və ya 5 uşaqlı ailələrə rast gəlmək təəccüb doğurur. İstənilən halda ailədə olan uşaqların sayından asılı olmayaraq, valideynlər övladlarının hər birinə diqqət və qayğı ilə yanaşmalı, onları layiqli vətəndaş kimi böyütməli, yüksək təhsil və tərbiyə verməlidirlər. Unutmaq olmaz ki, uşaqlar sabahın qurucularıdırlar. Ulu Öndər Heydər Əliyev deyirdi: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır".

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi"ndə və 2022-ci il 26 iyul tarixli 1764 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin bəzi hərbi qulluqçularının pul təminatının tənzimlənməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:29
04 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:28
04 İyun

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib  

23:58
03 İyun

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

22:12
03 İyun

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

21:39
03 İyun

Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib  

21:09
03 İyun

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir

20:43
03 İyun

Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü olub  

20:36
03 İyun

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar

20:17
03 İyun

AHİK nümayəndə heyəti Cenevrədə BƏT-in növbəti illik Konfransında iştirak edir  

20:03
03 İyun

Sankt-Peterburqda MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib  

19:58
03 İyun

Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini nazirə təqdim edib  

19:41
03 İyun

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb 

19:23
03 İyun

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır

19:22
03 İyun

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

19:21
03 İyun

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

19:20
03 İyun

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib  

19:18
03 İyun

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb  

19:18
03 İyun

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

19:16
03 İyun

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

19:07
03 İyun

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans

19:06
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!