02 Dekabr 2025 08:35
293
Mədəniyyət
A- A+
Dilimizin saflığını qoruyaq

Dilimizin saflığını qoruyaq


"Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm..." Bu müdrik sözlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə məxsusdur. Bütün həyatını doğma xalqının, Vətəninin inkişafına, intibahına həsr edən, bu yolda misilsiz tarixi uğurlar qazanan Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirib, tükənməz övlad məhəbbəti, xüsusi qayğı göstərib.


Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan dilinin son əsrin 


30 ildəki inkişafı, öncə, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu illərin, təxminən, üçdəiki hissəsi Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrə düşür. Ulu Öndərin Azərbaycan dili və ümumiyyətlə, dil siyasəti, əsasən üç prinsip üzərində qurulmuşdur: demokratiklik, dəqiqlik və uzaqgörənlik, obyektivlik. Bundan başqa, Ulu Öndərin dil siyasəti iki istiqamətdə özünü qabarıq şəkildə göstərir. Birincisi, milli dil sahəsindəki siyasət ilk gündən ana dilinin inkişafı, dövlət dili səviyyəsinə yüksəlməsi, dünya meridianlarına çıxması ideyaları ilə bağlı olmuşdur. İkincisi, Heydər Əliyevin başqa dillərə münasibətdə yürütdüyü dil siyasəti öz demokratikliyi, uzaqgörənliyi və obyektivliyi ilə fərqlənir. 

Ümummilli Lider dilimizin saflığını, zənginliyini qorumağın vacibliyini çıxışlarında hər zaman vurğulayır, cəmiyyətin bütün imkanlarını ana dilinin inkişafını təmin etməyə səfərbər edirdi. 

Azərbaycan dilinə tarixi xidmət bu gün, müstəqillik dövründə daha böyük miqyasda davam etdirilir. Bunu hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan Prezidenti, Ali Baş Komandan 

İlham Əliyevin müxtəlif tədbirlərdə söylədiyi çıxışlarında daha parlaq əks olunduğunu görürük. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2023-cü il sərəncamı ilə  ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi əlamətdar hadisələrdən biridir. Bu sərəncam ölkəmizin rəhbərinin dövlətçiliyimizin inkişafına verdiyi yüksək dəyərin göstəricisidir. 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması həm də Ulu Öndərin dil siyasətinin öyrənilməsi baxımından da çox vacibdir. Bu məsələdə Heydər Əliyevin mövqeyi aydındır və qətidir: "Öz dilini sevməyən adam, öz tarixini yaxşı bilə bilməz". 

Təsadüfü deyildir ki, bu il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışı, mahiyyətcə, dövlətin gələcək inkişaf fəlsəfəsi haqqında strateji manifest idi. Prezidentin səsləndirdiyi fikirlər bugünkü dəyişkən mühitdə  Azərbaycanın yeni siyasi və iqtisadi modelinin ideoloji əsaslarını formalaşdırır. Çıxışda açıq şəkildə görünür ki, Azərbaycanın gələcəyi elm, bilik və milli ruh üzərində qurulmalıdır. Prioritet sahələrdən biri isə Azərbaycan dilinə qayğı, onun yad ünsürlərdən qorunması, milli kimliyimizə hörmət edilməsidir.

Dövlət başçısı İlham Əliyevin məruzəsindən irəli gələn vəzifələrə uyğun olaraq, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədlinin başçılığı altında müvafiq strukturlarda operativ tədbirlər keçirildi. İnstitutda təşkil edilən "Milli dilçilik elmi və Azərbaycan dövlətinin dil siyasəti" adlı toplantı isə daha böyük maraq doğurdu. Toplantıda, əsasən, dövlətimizin başçısının məruzəsindən irəli gələn vəzifələrə cavab olaraq müxtəlif təkliflər irəli sürüldü. Bu təkliflərin bəzilərinin qeyd edilməsini məqsədəuyğun sayırıq. 

İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmlinin təklifi belə oldu: "Müasir Azərbaycan dilində işlək olan ərəb, fars, rus, ingilis mənşəli sözləri klassik ədəbiyyatımızdakı Azərbaycan türkcəsi qarşılıqları ilə əvəz etmək. Məsələn, XIII əsrə aid İbn Mühənna lüğətində alcuğ, müasir Türkiyə türkcəsində alçı sözləri işlənir. Bu iki sözdən birini müasir dilimizə gətirmək olar".

Baba Məhərrəmli diqqətə çatdırdı ki, klassik ədəbiyyatda alim "bilgə", elm "bilim" , kitab "bitik", nəticə "sonuc", təcrübə "sına -sınıq", qanun "törə, yasaq" və sairə kimi sözləri seçib təkliflər planı şəklində təqdim etmək üçün 3 cildlik "Türk mənşəli arxaizmlər lüğəti"ndən  istifadə oluna bilər. 

Beynəlxalq əlaqələr şöbəsinin müdiri Vəfa Abdullayeva-Nəbiyeva Azərbaycan dilinin funksional potensialını beynəlxalq akademik məkanlarda tanıtmaq məqsədilə beynəlxalq qurumlarla elmi-kommunikativ əməkdaşlıq layihələri hazırlamaq və xarici dillərdə aparılan dilçilik tədqiqatlarına Azərbaycan dilinə dair modulların daxil edilməsi üçün ortaq elmi proqramlar və mübadilə mexanizmləri hazırlamaq təklifləri ilə çıxış etdi.

Azərbaycan dili tarixi şöbəsinin müdiri Xədicə Heydərovanın isə təklifləri belə oldu: "Nitq mədəniyyətinin formalaşdırılması: gənc nəslin ədəbi və düzgün danışıq bacarıqlarının inkişaf etdirilməsi, nitq mədəniyyətinə diqqətin artırılması.

Dilin saflığının qorunması, yad leksik elementlərin təsirinin elmi əsaslarla təhlili və milli söz yaradıcılığının təşviqi".

Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri İlhami Cəfərsoy həmin şöbənin bu sahədə həyata keçiriləsi vacib planları olduğunu bildirdi: "İlk növbədə Ön Asiyanın mixi yazı mənbələrinin türkoloji leksikası elmi tədqiqat obyektinə çevrilməlidir. Bu istiqamətdə Urartu mixi yazılı mətnlərinin, şumer gil lövhələrinin dili haqqında məqalələr çap etdirilməlidir. Xatti, Assur dillərinin prototürk leksikası öyrənilməlidir". 

Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqov yaranan terminlər dilin qrammatik qaydalarına uyğun olmaqla bərabər, anlayışı da məntiqi cəhətdən düzgün təyin edilməli olduğuna diqqət çəkdi. O qeyd etdi ki, Terminoloji fondun yaradılması üçün müxtəlif sahələrə aid terminoloji lüğətlərin tərtibi vacibdir.

Sayalı Sadıqov vurğuladı ki, teleradio kanallarında və digər kütləvi informasiya vasitələrində materiallar digər tələblərlə yanaşı, ədəbi dil normalarına cavab verməlidir: "Müasir şəraitdə Dil Komissiyasının fəaliyyəti məhz bu tələblər nəzərə alınmaqla qurulmalı, alınma sözlərin dilimizin tələblərinə uyğunlaşdırılması prinsipləri hazırlanmalıdır.

Avropa dillərindən daxil olan terminlərin izahlı lüğətini hazırlamaq üçün Azərbaycan dilində orfoqrafiya prinsipləri təkmilləşdirilməlidir". 

Elmi katib, filologiya elmləri doktoru Aynel Məşədiyeva Azərbaycan dilinin terminoloji müasirliyi və qlobal elmi diskursa inteqrasiyası üçün "Azərbaycan dili qlobal elmi kommunikasiya müstəvisində" adlı beynəlxalq konfransın təşkili; Xarici dillərdə aparılan dilçilik tədqiqatlarına Azərbaycan dilinə dair modulların daxil edilməsi üçün ortaq elmi proqramlar və mübadilə mexanizmləri hazırlamaq; Prezidentin "Azərbaycan elminin dünya elminə inteqrasiyası milli inkişafın mühüm şərtidir" fikrinə əsaslanaraq, Azərbaycan dilinin elmi dil statusunun gücləndirilməsi üçün beynəlxalq jurnallarda ikidilli nəşrlərin təşviqi; Azərbaycan Dil Mərkəzi brendi altında yeni elmi platformanın yaradılması təkliflərini irəli sürdü.

Hind-Avropa dilləri şöbəsinin müdiri Lalə Qurbanova nəzərə çatdırdı ki, Azərbaycan dili linqvistik təhlillə yanaşı, ekstralinqvistik təhlil edilməli, dilin mənimsənilməsi eksperimental tədqiqata cəlb olunmalıdır. Lalə Qurbanova onu da vurğuladı ki, Azərbaycan dilinə gələn yeni sözlər dil qaydalarının bütün səviyyələrindən keçərək işlədilməli, Azərbaycan dili və xarici dillər üzrə mütəxəssislər qarşılıqlı təhlillər aparmalıdırlar.

Süni intellekt və kompüter dilçiliyi şöbəsinin müdiri Məsud Mahmudov növbəti əhəmiyyətli təkliflərlə çıxış etdi: "Sosial şəbəkələrdə, müxtəlif saytlarda dilimizin qaydalarının pozulması hallarına yol verməmək, bununla bağlı sayt rəhbərlərinə məktublarla müraciət etmək; Kütləvi informasiya vasitələrində Azərbaycan dilinin saflığının qorunması ilə bağlı müzakirələrdə fəal iştirak etmək; Elmi-tədqiqat planlarının və məqalələrin yazılışı prosesində lüzumsuz olaraq xarici terminlərin istifadəsini məhdudlaşdırmaq və ana dilimizin daxili imkanları hesabına yaradılmış terminlərdən istifadəyə nail olmaq".

Qərbi Azərbaycan toponimlərinin izahlı lüğətinin 2-ci cildinin, işğaldan azad olunmuş rayonların toponimlərinin izahlı lüğətinin, Azərbaycan coğrafiyasının və türk dünyasının areal toponimlərinin izahlı lüğətinin hazırlanmalı olduğunu qeyd edən Toponimika şöbəsinin müdiri Elçin İsmayılovun digər təklifi isə Azərbaycan toponimlərinin qorunması və yer adlarının düzgün işlədilməsi məqsədilə mətbuatda, saytlarda və televiziya proqramlarında maarifləndirici çıxışların təşkili oldu.

Tətbiqi dilçilik şöbəsinin müdiri İsmayıl Məmmədli "Dilimizdə yanlış işlənən sözlərin siyahısını hazırlayıb təkmilləşdirmə işləri apararaq Azərbaycan dilinin Orfoqrafiya Lüğətini tərtib etmək; Təhsil ocaqlarında və ictimai yerlərdə düzgün danışıq mövzusunda seminarlar, vebinarlar keçirmək, lüğətlərin əhəmiyyətini izah etmək; Azərbaycan dilinin Böyük İzahlı Lüğətini hazırlamaq" təkliflərini səsləndirdi.

Müasir Azərbaycan dili şöbəsinin müdiri Nərgiz Hacıyeva yad kəlmələri dilimizdən uzaqlaşdıraraq bir çox sözü xalq dilindən, dialektlərdən alıb lüğət tərkibinə salmağı əhəmiyyətli hesab etdi. Onu da qeyd etdi ki, müstəqillik dövründə uşaq yazıçılarının əsərlərində yeni, uydurma, fantastik alınma adlarla yanaşı, milli adlara çox üstünlük verilməlidir. 

Prezident İlham Əliyevin alimlərimizin qarşısında qoyduğu məsələlər, problemlər cəmiyyətin və elmi mühitin yeni inkişaf meyarlarını müəyyənləşdirmək baxımından olduqca əhəmiyyətlidir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğu haqqında ideya istiqaməti bu gün də dövlət siyasətinin tərkib hissəsi kimi müasir siyasi baxışlara uyğun səviyyədə aparılır. "Hər bir millət,  hər bir xalq üçün onun ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır" çağırışı dövlətin dil siyasətinin manifestidir. Cənab Prezidentin ana dilinin geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi qətiyyət, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə xidmət edir.


Fizuli MUSTAFAYEV, 

 filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin Sədri Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib

08:05
05 Dekabr

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ABŞ-da bayraqlar yarıya qədər endirilib  

21:05
04 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb  

21:03
04 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:57
04 Dekabr

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

20:56
04 Dekabr

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb  

20:54
04 Dekabr

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

20:53
04 Dekabr

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

20:51
04 Dekabr

Rumın ekspert: Rusiyanın hibrid taktikası Qərbi çətin duruma yönəldir  

20:50
04 Dekabr

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib VİDEO  

20:47
04 Dekabr

Azərbaycan və Şimali Kipr arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq müzakirə olunub  

18:51
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!