02 Sentyabr 2026 17:02
1035
SİYASƏT
A- A+
Deputat: Bişkek sammiti Prezident İlham Əliyevin xarici siyasət xəttinin mühüm xüsusiyyətini bir daha ortaya qoyub

Deputat: Bişkek sammiti Prezident İlham Əliyevin xarici siyasət xəttinin mühüm xüsusiyyətini bir daha ortaya qoyub


Prezident İlham Əliyevin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakını dövlətimizin başçısının növbəti çoxtərəfli platformada təmsil olunmasından daha geniş kontekstdə qiymətləndirmək lazımdır. Səfərin ilk günlərindən etibarən keçirilən intensiv siyasi təmaslar göstərib ki, Azərbaycan bu gün müxtəlif güc mərkəzləri ilə eyni vaxtda məzmunlu dialoq aparmağı bacaran, onlardan biri ilə əməkdaşlığı digərləri ilə münasibətlərə alternativə çevirməyən dövlətlər sırasındadır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

O qeyd edib ki, Azərbaycan sərt geosiyasi konstruksiyalara daxil olmağa çalışmır, Şərqlə Qərb arasında seçim məntiqindən uzaq durur. Bunun əvəzinə dövlətimiz, ilk növbədə, öz milli maraqlarını rəhbər tutaraq ikitərəfli və çoxtərəfli əlaqələr şəbəkəsini ardıcıl şəkildə genişləndirir.

“Bu gün rəsmi Bakı Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə strateji əməkdaşlığı inkişaf etdirir, Çinlə münasibətləri dərinləşdirir, Rusiya və İranla dialoqu davam etdirir, eyni zamanda, Avropa və ABŞ ilə mühüm siyasi və iqtisadi əlaqələrini qoruyub saxlayır. ŞƏT-in Bişkek sammiti məhz bu modelin əyani təzahürünə çevrilib. Sammit çərçivəsində Prezident İlham Əliyev bir sıra dövlətlərin rəhbərləri, o cümlədən Türkiyə, Qazaxıstan, İran, Belarus prezidentləri, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlər keçirib. İkitərəfli gündəliklərin fərqli olmasına baxmayaraq, bütün bu təmasları bir mühüm məqam birləşdirir. Belə ki, Azərbaycan regional təhlükəsizlikdən nəqliyyata, ticarətdən siyasi əməkdaşlığa qədər geniş spektrdə dialoq aparmaq qabiliyyətinə malik müstəqil və tələb olunan tərəfdaş kimi qəbul edilir.

Azərbaycanın ŞƏT ilə qarşılıqlı fəaliyyət formatı da xüsusi əhəmiyyət daşıyır. Bakı 2015-ci ildən təşkilatın dialoq üzrə tərəfdaşıdır, 2022-ci ildən isə Prezident İlham Əliyevin ŞƏT sammitlərində iştirakı müntəzəm xarakter alıb. Dövlətimizin başçısı Səmərqənddən sonra Astana, Tiencin və indi də Bişkekdə keçirilən sammitlərdə iştirak edib. Bu ardıcıllıq artıq epizodik maraqdan deyil, davamlı siyasi istiqamətin formalaşmasından xəbər verir”,- deyə deputat bildirib.

Sevinc Fətəliyeva bildirib ki, ŞƏT ölkələri ilə münasibətlər abstrakt xarakter daşımır, möhkəm ikitərəfli təmələ söykənir. Bişkekdə Prezident İlham Əliyevlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında keçirilən görüş bu baxımdan səciyyəvidir. Dövlət başçıları strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin uğurlu inkişafını, nəqliyyat-logistika məsələlərini və Orta Dəhlizin perspektivlərini müzakirə ediblər. Yəni, siyasi dialoq birbaşa iqtisadi layihələrə və infrastruktur qarşılıqlı asılılığına transformasiya olunur.

“İran Prezidenti Məsud Pezeşkianla görüş də az əhəmiyyət daşımır. Prezident İlham Əliyev İran ətrafında yaranan vəziyyətin sülh yolu və danışıqlar vasitəsilə həllinin tərəfdarı kimi Azərbaycanın mövqeyini bir daha vurğulayıb. Mövcud beynəlxalq şəraitdə bu yanaşma Azərbaycan diplomatiyasının fundamental prinsiplərindən birini — siyasi dialoqa üstünlük verilməsini və regionun qarşıdurma məkanına çevrilməsinin qəbuledilməzliyini əks etdirir.

Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş də eyni dərəcədə əhəmiyyətli idi. Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Sammitinin və Azərbaycan ilə Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.

Beləliklə, Bişkek sammiti Prezident İlham Əliyevin xarici siyasət xəttinin mühüm xüsusiyyətini bir daha ortaya qoyub. Azərbaycan tərəfdaşlarının dairəsini genişləndirir, lakin öz manevr imkanlarını məhdudlaşdırmır. Böyük dövlətlərlə münasibətləri dərinləşdirir, lakin müstəqil siyasətindən imtina etmir. Müxtəlif beynəlxalq formatlarda iştirak edir, lakin onlardan birini digərinə qarşı qoymur. Dünya siyasətində ayırıcı xətlərin getdikcə daha çox önə çıxdığı bir dövrdə belə model əlavə əhəmiyyət qazanır. Bu yanaşma Azərbaycana yalnız dəyişən beynəlxalq münasibətlər sisteminə uyğunlaşmaq deyil, həm də baş verən transformasiyadan öz mövqelərini möhkəmləndirmək üçün istifadə etmək imkanı yaradır”, - deyə deputat vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

Fəlakət zonalarının kiborq xilasediciləri

11:05
05 Sentyabr

Bilmək istəyirəm

11:00
05 Sentyabr

Şirxanın son arzusu

10:55
05 Sentyabr

Vətən müharibəsi veteranı: "Hər kəs Şuşanın tarixi simasının qorunmasına öz töhfəsini verməlidir"

10:50
05 Sentyabr

Şəmkirin "sonbeşik" şəhidi 

10:45
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!