02 Sentyabr 2026 16:34
62
DÜNYA
A- A+
Prezident Ərdoğan: Türkiyənin beynəlxalq müstəvidə mövqeyini daha da gücləndirmək istəyirik

Prezident Ərdoğan: Türkiyənin beynəlxalq müstəvidə mövqeyini daha da gücləndirmək istəyirik

Türkiyənin ŞƏT-ə üzvlük perspektivinin Qərbə arxa çevirmək anlamına gəlmir. Məqsəd 360 dərəcəlik baxışla Türkiyənin beynəlxalq müstəvidə mövqeyini daha da gücləndirməkdir.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Zirvə toplantısında iştirak etmək üçün Qırğızıstana səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.

Rusiya ilə Ukrayna arasındakı müharibəyə toxunan Ərdoğan bu münaqişənin mümkün qədər tez sülhlə başa çatmasının həm Türkiyənin, həm də Rusiya Prezidenti Vladimir Putinin gözləntisi olduğunu deyib, Qara dənizdə mülki dəniz daşımalarının təhlükəsizliyinin vacibliyini vurğulayıb.

Ərdoğan, xüsusilə Afrika qitəsində taxıl böhranının yenidən gündəmə gəldiyini bildirərək problemin daha da böyüməsindən əvvəl təşəbbüs göstərilməsinin vacibliyini diqqətə çatdırıb.

F-35 proqramı barəsində danışan ölkə başçısı Türkiyənin bu proqrama yenidən daxil olması ilə bağlı danışıqların davam etdiyini bildirərək, ABŞ-dəki proseslərin tamamlanmasından sonra məsələnin geridə qalacağını deyib.

O, Türkiyənin KAAN qırıcı təyyarəsinin hazırlanmasından və milli hava hücumundan müdafiə sistemlərinin inkişaf etdirilməsindən imtina etməyəcəyini vurğulayıb: “Türkiyənin seçimlərini artırırıq. Güclü Türkiyənin yol xəritəsi budur”.

Məkkə Müdafiə İttifaqından bəhs edən Ərdoğan bu birliyin regionda sabitlik və təhlükəsizliyin təmin olunması məqsədilə yaradıldığını bildirib.

Yunanıstanla bağlı məsələlərə də toxunan Türkiyə Prezidenti ölkəsinin heç kimin torpağında gözü olmadığını, lakin öz hüquqlarının pozulmasına da imkan verməyəcəyini bildirib.

Prezident “Terrorsuz Türkiyə” prosesini yalnız təqvim deyil, məqsəd məsələsi kimi qiymətləndirdiklərini bildirib. Dövlət olaraq yol xəritəsinin, planın və təqvimləndirmənin mövcud olduğunu deyən Ərdoğan çərçivə qanununun tətbiqi üçün terror təşkilatının faktiki olaraq silahı yerə qoymasının və ləğv edilməsinin zəruri olduğunu vurğulayıb.

O, prosesin silahların təhvil verilməsi ilə bağlı müəyyənləşdirmə və təsdiqləmə mexanizmləri əsasında mərhələli şəkildə irəlilədiyini qeyd edib.

O, Türkiyədə milli həmrəyliyi zəiflədən və terrorun keçmişdə yaratdığı parçalanma xətlərini yenidən hərəkətə gətirə biləcək yanaşmaların qəbul edilməyəcəyini bildirib.

Suriya Demokratik Qüvvələrinin (SDG) ləğvi məsələsinə toxunan Ərdoğan Suriyanın bütün ünsürləri ilə vahid və bütöv olmasını ən çox Türkiyənin arzuladığını bildirib. Onun sözlərinə görə, bu, Suriyada davamlı inkişafın və potensialın artırılmasının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ərdoğan hesab edir ki, bu proses bütün region üçün yeni dövrün başlanmasına şərait yarada bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə

16:48
02 Sentyabr

Ermənistanda sabiq nazir həbs edildi – məhkəməyə xərəkdə gətirildi

16:43
02 Sentyabr

Əməkhaqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir

16:41
02 Sentyabr

Kəlbəcərin SES-ləri 64,7 milyon kilovat-saat elektrik istehsal edib

16:39
02 Sentyabr

72 mindən çox tibb işçisinin maaşı artırılır

16:35
02 Sentyabr

Prezident Ərdoğan: Türkiyənin beynəlxalq müstəvidə mövqeyini daha da gücləndirmək istəyirik

16:34
02 Sentyabr

UNEC Qırğızıstanın ali təhsil müəssisələri ilə əlaqələrini inkişaf etdirir

16:27
02 Sentyabr

Azərbaycan Rəssamlar İttifaqında Əli Seyran İmanzadənin əsərləri nümayiş olunur

16:20
02 Sentyabr

Dəmir Yolları saxta biletlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib

16:13
02 Sentyabr

Mina fəsadlarının aradan qaldırılması üçün lazım olan bilik və təcrübə sərhədlər daxilində məhdudlaşmamalıdır

16:06
02 Sentyabr

Qaiser Navab: Azərbaycan Avrasiyanın yeni bağlantı xəritəsinin mərkəzinə çevrilr

15:59
02 Sentyabr

Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Qlobal investorlar üçün strateji platforma

15:52
02 Sentyabr

İş axtaranlara hansı peşələr öyrədilir?

14:57
02 Sentyabr

6 startap, bir böyük fürsət: yol Silikon Vadisinədir

14:55
02 Sentyabr

Tengiz Txilava: Azərbaycanın ŞƏT+ formatında iştirakı əldə etdiyi siyasi və iqtisadi uğurların nəticəsidir

14:50
02 Sentyabr

10 nömrənin yeni hekayəsi: Messidən sonra Niko

14:49
02 Sentyabr

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

14:44
02 Sentyabr

ANAMA ilə ARMAC arasında Anlaşma Memorandumu imzalanıb

14:40
02 Sentyabr

BDU və Qırğızıstan alimlərinin 50-dən çox birgə elmi məqaləsi dərc olunub

14:35
02 Sentyabr

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

14:30
02 Sentyabr

“Daşınmaz əmlakın dövlət kadastrının aparılması Qaydaları” təsdiqlənib

14:25
02 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!