02 Sentyabr 2026 15:59
101
SİYASƏT
A- A+
Qaiser Navab: Azərbaycan Avrasiyanın yeni bağlantı xəritəsinin mərkəzinə çevrilr

Qaiser Navab: Azərbaycan Avrasiyanın yeni bağlantı xəritəsinin mərkəzinə çevrilr

Hazırda Avrasiyanın coğrafiyası dəyişir. Etibarlı nəqliyyat dəhlizləri, enerji bağlantıları, ticarətin asanlaşdırılması, investisiya platformaları və siyasi dialoq imkanları yaradan ölkələrin strateji əhəmiyyəti artır. Azərbaycanın Xəzər dənizinin qərb sahilində yerləşməsi, müasir infrastrukturu, enerji resursları və Mərkəzi Asiya istiqamətində fəallaşan diplomatiyası bu transformasiyadan faydalanmaq üçün əlverişli şərait yaradır. Artan siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər və iqtisadi əməkdaşlıq göstərir ki, Bakı Mərkəzi Asiyanı ayrı-ayrı ikitərəfli münasibətlər toplusu kimi deyil, daha geniş Avrasiya strateji məkanının tərkib hissəsi kimi nəzərdən keçirir.

Bu fikirləri Dayanıqlı İnkişaf üçün Kəmər və Yol Təşəbbüsünün (BRISD) sədri, pakistanlı ekspert Qaiser Navab AZƏRTAC-a açıqlamasında deyib.

Qaiser Navab hesab edir ki, Avrasiyanın gələcək bağlantılarını yalnız Şərq–Qərb xətti üzrə nəzərdən keçirmək düzgün olmaz. Şimal–Cənub, eləcə də Mərkəzi Asiya–Cənubi Asiya istiqamətləri getdikcə daha böyük əhəmiyyət qazanır. Pakistan Mərkəzi Asiya ilə iqtisadi və strateji əlaqələrin genişləndirilməsində maraqlıdır. Ölkənin coğrafi mövqeyi Mərkəzi Asiya dövlətlərinə Ərəbistan dənizinə və bununla mühüm dəniz ticarət marşrutlarına və dünya bazarlarına çıxış imkanı yaradır. Bu vəziyyət Azərbaycan üçün yeni imkanlar açır. Azərbaycan Xəzər, Cənubi Qafqaz və Türkiyə-Avropa nəqliyyat şəbəkələrinə çıxış imkanlarına, Pakistan isə Cənubi Asiya və Ərəbistan dənizinə çıxışa malikdir. Mərkəzi Asiya dövlətləri isə coğrafi baxımdan bu müxtəlif məkanların arasında yerləşir. Bu, Mərkəzi Asiya–Cənubi Qafqaz–Türkiyə–Avropa və Mərkəzi Asiya–Cənubi Asiya istiqamətlərini birləşdirən daha geniş bağlantı sisteminin formalaşmasına imkan yaradır.

Qaiser Navab Azərbaycan–Pakistan münasibətlərinin bu geniş geoiqtisadi mənzərə çərçivəsində daha dərindən nəzərdən keçirilməsinin vacib olduğunu bildirib. “İki ölkə arasında münasibətlərin güclü siyasi təməli mövcuddur, lakin iqtisadi və bağlantı potensialından daha geniş istifadə etmək mümkündür. İnvestisiya, logistika, turizm, enerji, kənd təsərrüfatı, texnologiya, təhsil və insan kapitalının inkişafı kimi sahələrdə böyük imkanlar mövcuddur. Əsas məsələ bu istiqamətləri ayrı-ayrılıqda deyil, bir-birini tamamlayan vahid iqtisadi sistem kimi inkişaf etdirməkdir”, – deyə ekspert vurğulayıb.

Ekspert Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığının da bu prosesə mühüm əlavə ölçü gətirdiyini bildirib. ŞƏT nəqliyyat bağlantıları, ticarətin asanlaşdırılması, enerji təhlükəsizliyi, rəqəmsallaşma, regional sabitlik və iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə edildiyi geniş Avrasiya platformasıdır. Təşkilatın Çin, Hindistan, Pakistan, İran və Mərkəzi Asiya dövlətləri kimi mühüm ölkələri birləşdirməsi Azərbaycanın daha geniş coğrafiya və bazarlarla əlaqələrini inkişaf etdirməsi üçün əlavə imkanlar yaradır.

“Azərbaycanın əsas strateji üstünlüyü yalnız coğrafi mövqeyi ilə bağlı deyil. Coğrafiya imkan yaradır, lakin həmin imkanın təsir və dayanıqlı inkişafa çevrilməsini infrastruktur, diplomatiya, siyasi sabitlik, institusional imkanlar və düzgün iqtisadi strategiya müəyyənləşdirir”, - deyə Qaiser Navab vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Rəssamlar İttifaqında Əli Seyran İmanzadənin əsərləri nümayiş olunur

16:20
02 Sentyabr

Dəmir Yolları saxta biletlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib

16:13
02 Sentyabr

Mina fəsadlarının aradan qaldırılması üçün lazım olan bilik və təcrübə sərhədlər daxilində məhdudlaşmamalıdır

16:06
02 Sentyabr

Qaiser Navab: Azərbaycan Avrasiyanın yeni bağlantı xəritəsinin mərkəzinə çevrilr

15:59
02 Sentyabr

Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Qlobal investorlar üçün strateji platforma

15:52
02 Sentyabr

İş axtaranlara hansı peşələr öyrədilir?

14:57
02 Sentyabr

6 startap, bir böyük fürsət: yol Silikon Vadisinədir

14:55
02 Sentyabr

Tengiz Txilava: Azərbaycanın ŞƏT+ formatında iştirakı əldə etdiyi siyasi və iqtisadi uğurların nəticəsidir

14:50
02 Sentyabr

10 nömrənin yeni hekayəsi: Messidən sonra Niko

14:49
02 Sentyabr

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

14:44
02 Sentyabr

ANAMA ilə ARMAC arasında Anlaşma Memorandumu imzalanıb

14:40
02 Sentyabr

BDU və Qırğızıstan alimlərinin 50-dən çox birgə elmi məqaləsi dərc olunub

14:35
02 Sentyabr

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

14:30
02 Sentyabr

“Daşınmaz əmlakın dövlət kadastrının aparılması Qaydaları” təsdiqlənib

14:25
02 Sentyabr

Statistika Komitəsi ilə Qırğızıstanın Milli Statistika Komitəsinin əməkdaşlığına dair Anlaşma Memorandumu təsdiqlənib

14:19
02 Sentyabr

Səmada nadir təbiət hadisəsi baş verəcək: Bakıdan necə izləməli? 

14:17
02 Sentyabr

Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

14:14
02 Sentyabr

Qoşulmama Hərəkatından ŞƏT-ə: Azərbaycanın çoxtərəfli diplomatiya strategiyası

13:58
02 Sentyabr

Qırğız ekspert: “ŞƏT+” Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyənin təbii şəkildə inteqrasiyası üçün platformaya çevrilir

13:55
02 Sentyabr

Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

13:52
02 Sentyabr

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə

13:49
02 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!