02 Sentyabr 2026 13:35
508
SİYASƏT
A- A+
Gürcü politoloq: Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafı regiona müsbət təsir göstərəcək

Gürcü politoloq: Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafı regiona müsbət təsir göstərəcək


Azərbaycan bizim üçün sadəcə qonşu və dost ölkə deyil, ən etibarlı strateji tərəfdaşdır. Əgər Azərbaycanla birlikdə regional və beynəlxalq layihələri həyata keçirsək, əlbəttə, bu, ölkəmiz üçün faydalı olacaq. Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, dünya arenasında mühüm rol oynayan dövlətdir. Bu baxımdan Azərbaycan Prezidentinin bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirakını yüksək qiymətlındiririk. Prezident İlham Əliyevin bu tədbirdə iştirakı, keçirdiyi görüşlər və qaldırdığı məsələlər təkcə Azərbaycan və ya Cənubi Qafqaz üçün deyil, bütövlükdə qlobal miqyasda mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü analitik, professor, “Vahid Neytral Gürcüstan” partiyasının regional katibi Levan Nikoleişvili söyləyib.

Onun sözlərinə görə, ŞƏT bir sıra vacib layihələrin reallaşmasında, eləcə də bir sıra məsələlərin, o cümlədən təhlükəsizlik məsələlərinin həllində mühüm rol oynayır: “Əlbəttə, bu, mühüm amildir və biz Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın tərəfdarıyıq. Əgər bütün bunlar Gürcüstanın və Cənubi Qafqazın maraqlarına xidmət edirsə, təbii ki, bunu müsbət qarşılayırıq".

Politoloq qeyd edib ki, ŞƏT çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü də mühüm əhəmiyyət kəsb edir. Bu görüş regionda uzun illər mövcud olan münaqişənin tamamilə aradan qalxması istiqamətində növbəti addımdır. Münasibətlər isə sülh yolu ilə inkişaf edir.

"Bu münasibətlər Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın və inkişafın daha yüksək səviyyəyə qalxması üçün əsas yaradır. Bu isə, əlbəttə, Gürcüstana və bütövlükdə Cənubi Qafqaz regionuna da müsbət təsir göstərəcək. Azərbaycan, Ermənistan və Gürcüstan arasında münasibətlərin daha da yaxınlaşması hər üç ölkəyə daha böyük iqtisadi uğurlar gətirə bilər", - deyə L.Nikoleişvili bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi haqqında

00:30
12 Sentyabr

"Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında

00:28
12 Sentyabr

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi" publik hüquqi şəxsin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

00:27
12 Sentyabr

Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı  

00:25
12 Sentyabr

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 609 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:24
12 Sentyabr

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 375-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:22
12 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 14 mart tarixli 58 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və onlar üçün ehtiyat hissələrinin komisyon satışı Qaydaları”nda dəyişiklik edilməsi haqqında

00:20
12 Sentyabr

Əhali kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına xərcləri 33,4 faiz artırıb

19:43
11 Sentyabr

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 faizədək artıb

19:30
11 Sentyabr

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib

19:13
11 Sentyabr

Qafqaz romantizminin nakam şairi: Nikoloz Barataşvili və Azərbaycan

19:10
11 Sentyabr

ABŞ-də 11 sentyabr terror aktlarının 25-ci ildönümü qeyd olunur

19:07
11 Sentyabr

Diplomatik korpusun nümayəndələri Şuşada YENİLƏNİB 

19:00
11 Sentyabr

Azərbaycan komandası çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirinə qələbə ilə başlayıb

18:55
11 Sentyabr

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib

18:47
11 Sentyabr

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

18:30
11 Sentyabr

SOCAR Bakı İqlim Fəaliyyəti Həftəsində metan emissiyalarının azaldılması strategiyasını təqdim edib

18:23
11 Sentyabr

Azərbaycan muzeylərinin nadir eksponatları: Devis kvadrantı – əsrlər əvvəl dənizçilər Günəşə əsasən yolu necə tapırdılar?

18:15
11 Sentyabr

Ermənistanın mina xəritələrini təqdim etməməsi müharibə fəsadlarının aradan qaldırılmasını çətinləşdirir 

17:49
11 Sentyabr

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

15:11
11 Sentyabr

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!