11 Oktyabr 2023 10:30
1739
Mədəniyyət
A- A+
Cəbrayılın erməni işğalından azad olmuş qədim abidələri

Cəbrayılın erməni işğalından azad olmuş qədim abidələri

 

Çox zaman nə tarix kitablarını vərəqləməyə ehtiyac qalır, nə də arxivləri araşdırmağa. Abidələr həmin yerlərin keçmişi barədə məlumatlar verir. Çünki ayrı-ayrı dövrlərdə yaşamış sakinlərin həyatı, məişəti, eləcə də fikirləri, düşüncələri, arzuları, xəyalları həmin abidələrdə tarixiləşib. Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Cəbrayıl rayonunun tarixi haqqında da mötəbər mənbələrdən biri qədim abidələridir.
1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənədək rayonun ərazisində qədim yaşayış məskənləri, kurqanlar, məscid, hamam, dairəvi və səkkizguşəli türbələr, Xudafərin körpüsü və digər çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri mövcud idi.
Cəbrayıl rayonunun köhnə qəbiristanlığında aşkarlanan qədim yazıların yazıldığı lövhə parçası, həmin yerdə, yolun qırağında olan iki başdaşı tədqiqatçılara dəyərli faktlar verib. Belə ki, başdaşıların yuxarı hissəsində heyvan təsvirləri - dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif tamqalar əksini tapıb. Məlumata görə, Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik qəbirdaşları olub, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi rayonlarındakı abidələrin analogiyası hesab edilib.
2020-ci ilin payızına, Ermənistan silahlı qüvvələrinin əsarətindən qurtulanadək Şərqi Zəngəzurun və Qarabağın bütün əraziləri kimi, Cəbrayıl rayonu da dağıntılara məruz qaldı. Erməni vandalları işğal müddətində müasir və tarixi əhəmiyyətli bütün tikililəri talan etdilər, uçurdular, dağıtdılar.
İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə - 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək Cəbrayıl şəhəri və rayonun 90 kəndi qəhrəman Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu. Müharibədə nail olduğu möhtəşəm Zəfər xalqımıza misilsiz sevinc, iftixar hissləri bəxş etdi. İşğaldan azad edilmiş ərazilərimizin qəsbkar ermənilər tərəfindən xarabalığa çevrilməsi isə hər bir azərbaycanlını həm kədərləndirdi, həm də hiddətləndirdi. Azərbaycan tarixini məhv etmək, saxtalaşdırmaq üçün təcavüzkar düşmən yerli və dünya əhəmiyyətli abidələrə divan tutmuşdu. Cəbrayıl rayonunda bir çox abidə də erməni vandalizminə məruz qalmışdı. Onlardan biri "Başıkəsik günbəz"di. Üstü açıq olduğuna görə "Başıkəsik günbəz" adlandırılan bu abidə XIII-XIV əsrlərə aid edilir. Günbəz işğaldan qabaq bərpa olunmuşdu. İşğal müddətində divarları bir neçə yerdən dağıdılmışdı. Günbəzin yerləşdiyi Dağ Tumas kəndi 2020-ci il 23 oktyabrda işğaldan azad olunmuşdu. 
Həmin il oktyabrın 30-da işğalına son qoyulan Xubyarlı kəndi qədim türbələri ilə tanınırdı. XV əsrə aid "Dairəvi" türbə, XVI əsrə aid Səkkizguşəli türbə də xüsusi təmir-bərpa briqadası tərəfindən Cəbrayıl rayonunun işğalından əvvəl tam bərpa edilmişdi. Bu abidələr də sonradan işğalçılar tərəfindən dağıdılmışdı.
Erməni vandalizminə məruz qalan daha bir abidə isə Cəbrayıl rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən Şıxlar türbəsidir. XIV əsrdə inşa olunmuş bu türbənin günbəzinin yuxarı hissəsi işğal zamanı dağıdılmışdı. Şıxlar kəndi 2020-ci il oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmişdir.
Rayonun başqa bir kəndi - Çələbilər isə həmin ilin 26 oktyabrında azadlığına qovuşdu. Bu kənddə XVI əsrə aid olan, Məhəmməd İbn Hacı Qaraman Əhmədli tərəfindən hicri 1088, miladi 1678-ci ildə tikilən məscid-mədrəsə yerləşir. Məscid kompleksi ərazisində xüsusi otaqlar, hücrələr mövcud olub. Həmin hücrələrdə şagirdlərə dini və dünyəvi elmlər tədris edilib. Kənd 1993-cü ildə erməni işğalına məruz qalanadək məscid-mədrəsə kompleksi yüksək səviyyədə bərpa edilərək ilkin formasını almışdı. 
1980-ci il dekabrın 8-də yaradılan Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyində rayonun tarixi ilə bağlı 19 minə yaxın eksponat toplanmışdı. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin hücumları zamanı muzeyin təxminən 16 minə yaxın eksponatını xilas etmək mümkün oldu. Muzeydə daşınması çətin olan bir sıra əşyaları, ümumilikdə 2 mindən artıq eksponatı ermənilər işğal dövründə məhv etmişdilər. 
Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı kimi 1985-ci ildə yaradılan Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun xatirə muzeyində eksponatların sayı 800-ə çatdırılmışdı. Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər Cəmil Əhmədovun xatirə muzeyindən çox az sayda eksponat Bakıya gətirilərək Muzey Mərkəzinə təhvil verilmişdi və İstiqlal muzeyində qapalı şəraitdə saxlanılmışdı.
Cəbrayıl rayonu Xudafərin körpüləri ilə də məşhurdur. Körpü Cənubi Azərbaycanla Şimali Azərbaycanın Orta əsr şəhərlərini birləşdirən karvan yolunun üstündə inşa olunub. Böyük İpək yolu üzərində yerləşib. Ümumiyyətlə, bu körpülər həm ölkədaxili və ölkələrarası, həm də qitələrarası əlaqələrdə faydalı idi. Xudafərin körpüsü eyni zamanda hərbi-strateji əhəmiyyətə malik olub.
Əsrlər boyu Araz çayı üzərində çox körpülər salınıb. Onlardan ikisi Cəbrayıl rayonu ərazisində dövrümüzədək qalıb. Aralarında 750 metr məsafə olan bu körpülər çay yatağının ən əlverişli keçidlərindən olan Xudafərin dərəsində salınıb. İri qayalardan körpü tağları üçün möhkəm təməl kimi istifadə edilib.
Körpülərin böyüyü on beş aşırımlı olub, bişmiş kərpic və çaydaşından tikilib. Digəri - on bir aşırımlı körpü isə daşdan inşa olunub, yonulmuş daş lövhələrlə üzlənib. Tədqiqatçıların qənaətincə, bu körpü antik körpü qalıqları üzərində yenidən inşa edilib. El arasında "Sınıq körpü" adı ilə məşhurlaşmasının səbəbi on bir aşırımlı Xudafərin körpüsünün yalnız üç orta tağının salamat qalmasıdır.
1993-cü ildən 2020-ci ilədək Xudafərin körpüləri erməni əsirliyində qalıb. 2020-ci ilin 18 oktyabrında Ermənistan silahlı qüvvələrinin əsarəti sona yetib. Tarixi hadisələrin şahidi olan, vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsündə indi Azərbaycanın müstəqilliyinin rəmzi - üçrəngli, ay-ulduzlu bayrağı qürurla dalğalanır.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev İranın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib  

12:55
08 Dekabr

Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi keçirilir  

12:54
08 Dekabr

Yanvar-noyabr ayları üzrə icmal və dövlət büdcəsinin gəlirləri açıqlanıb  

12:53
08 Dekabr

Türk politoloq: ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycan mərkəzli yeni bir regional sülh modelinin başlanğıcıdır  

12:35
08 Dekabr

Parlamentdə Azərbaycan dilinin inkişaf strategiyasına həsr olunmuş konfrans keçirilir  

11:50
08 Dekabr

DGK sədri: Gömrükdə fiziki yoxlamaların sayı 22 faiz azaldılıb  

11:35
08 Dekabr

Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı iştirakçı sayı ilə rekord qırıb  

11:23
08 Dekabr

“Solo gənclik” layihəsi çərçivəsində gənc vokal ifaçısı Altun Süleymanov konsert proqramı ilə çıxış edib

11:17
08 Dekabr

Şahmar Mövsümov: Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb  

11:02
08 Dekabr

Azərbaycan Prezidentinin köməkçisi: Vicdanlı sahibkarlara hərtərəfli dəstək və xüsusi diqqət göstərilməlidir  

11:01
08 Dekabr

DİN: Son iki gündə 53 cinayətin açılması təmin edilib  

11:00
08 Dekabr

Vətəndaşlar qaz təchizatı ilə bağlı müayinə aktlarına “mygov” platformasında baxa biləcəklər  

10:59
08 Dekabr

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

10:58
08 Dekabr

Tailand Kamboca ilə qarşıdurmaya döyüş təyyarələri cəlb edib  

10:57
08 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

10:56
08 Dekabr

Qərbi Azərbaycan İcması ötən üç ildə hansı hədəflərinə nail olub?  

10:51
08 Dekabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində zərərli vərdişlərlə mübarizəyə həsr olunan tədbir keçirilib  

10:37
08 Dekabr

Maqnit qasırğası gözlənilir

10:15
08 Dekabr

Çin Yaponiyanın təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib  

09:44
08 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək  

09:40
08 Dekabr

Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

09:39
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!