13 Oktyabr 2026 08:40
274
İQTİSADİYYAT
A- A+
Sabaha uzanan polad magistral yollar

Sabaha uzanan polad magistral yollar


Dəmir yolları  polad relslər vasitəsilə  ölkələri birləşdirən, şəhərləri və bölgələri bir-birinə yaxınlaşdıran, iqtisadi əlaqələrə can verən, insanları mənzil başına, yükləri isə ünvanına çatdıran vacib və önəmli nəqliyyat damarlarıdır.

 Azərbaycanın nəqliyyat sistemində xüsusi yer tutan dəmir yolu ölkənin iqtisadi inkişafında, regionlararası əlaqələrin möhkəmləndirilməsində, sərnişin və yük daşımalarının təşkilində əvəzsiz rol oynayır. Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu əlverişli coğrafi mövqeyimiz isə Azərbaycan dəmir yollarına beynəlxalq nəqliyyat xəritəsində xüsusi əhəmiyyət qazandırır.

Zamanın sınağından keçən Azərbaycan dəmir yolları indi yeni inkişaf mərhələsini yaşayır. Tarixin izlərini daşıyan polad magistrallar müasir texnologiyalarla yenilənir, infrastruktur təkmilləşdirilir, daşımaların səmərəliliyinin artırılması və beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində ardıcıl addımlar ataraq, ölkənin iqtisadi gücünün artmasına, tranzit imkanlarının genişlənməsinə və Azərbaycanın beynəlxalq nəqliyyat sistemində mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Polad magistralların fasiləsiz fəaliyyətinin arxasında isə "Azərbaycan Dəmir Yolları" QSC-nin gündəlik əməyi, mürəkkəb texniki proseslər və minlərlə dəmiryolçunun peşəkarlığı dayanır. Hər bir qatarın vaxtında yola düşməsində, yükün təhlükəsiz daşınmasında, sərnişinin mənzil başına çatmasında dəqiqlik, məsuliyyət və peşəkarlıq çox böyük rol oynayır. 

Belə inkişafın real mənzərəsini rəsmi statistik göstəricilər daha aydın əks etdirir. Azərbaycan Dövlət Statistika Komitəsinin "Azərbaycanda nəqliyyat - 2025" statistik məcmuəsinə əsasən, 2024-cü ildə ölkənin dəmir yolu xətlərinin istismar uzunluğu 2142 kilometr, elektrikləşdirilmiş xətlərin uzunluğu isə 1150 kilometr olub. Rəqəmlər dəmir yolu infrastrukturunun mövcud miqyasını göstərməklə yanaşı, şəbəkənin müasirləşdirilməsi, enerji səmərəliliyinin yüksəldilməsi və daha dayanıqlı nəqliyyat sisteminin qurulması baxımından qarşıda duran vəzifələri  xatırladır.

Dəmir yollarının əhəmiyyəti daşınan yüklərin və sərnişinlərin sayında, hərəkətin davamlılığında, iqtisadi həyatın ritminə verdiyi töhfədə özünü göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 16,8 milyon ton yük və 10 milyon 267 min sərnişin daşınıb. Əvvəlki illə müqayisədə yük daşımalarının həcmi 9,4 faiz azalıb, sərnişin daşımalarında isə 20,4 faiz artım qeydə alınıb. Bu göstəricilər dəmir yolu nəqliyyatının müxtəlif istiqamətlərində baş verən dəyişiklikləri üzə çıxarır və daşımaların səmərəliliyinin artırılmasının, sərnişinlərə göstərilən xidmətlərin bir qədər də təkmilləşdirilməsinin əhəmiyyətini önə çəkir.

Azərbaycanın polad magistralları ölkə sərhədləri ilə məhdudlaşmır. Onlar beynəlxalq ticarət yollarına qoşularaq Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin inkişafına xidmət edir. Bu baxımdan tranzit daşımaları xüsusi əhəmiyyət daşıyır. Dövlət Statistika Komitəsinin 16 fevral 2026-cı il tarixli məlumatına əsasən, 2025-ci ildə nəqliyyat dəhlizləri üzrə dəmir yolu ilə 14 milyon 2614 min ton yük daşınıb. Bu həcmin 46,2 faizini tranzit yüklər təşkil edib. Ölkə üzrə ümumi dəmir yolu yükdaşımalarının 16,8 milyon ton olduğunu da nəzərə alsaq, aydın görünür ki, beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın dəmir yolu sisteminin fəaliyyətində mühüm istiqamətlərdən biridir.

Bakı -Tbilisi - Qars dəmir yolu xətti, Orta dəhliz və "Şimal - Cənub" nəqliyyat dəhlizi Azərbaycanın regional, eləcə də  beynəlxalq nəqliyyat əlaqələrində rolunu gücləndirən əsas istiqamətlərdir. Bu marşrutlar vasitəsilə yüklərin daha geniş coğrafiyada hərəkəti, ticarət əlaqələrinin inkişafı və ölkəmizin tranzit imkanlarının artırılması üçün yeni perspektivlər yaranır. Hər yeni əlaqə, hər təkmilləşdirilmiş xətt Azərbaycan dəmir yollarının gələcəyə uzanan inkişaf yolunda növbəti addımdır.

Bütün bu göstəricilər təsdiqləyir ki, dəmir yolu nəqliyyatı Azərbaycanın iqtisadi həyatında mühüm yer tutur. Onun inkişafı infrastrukturun yenilənməsi ilə yanaşı, insan əməyinə, peşəkarlığa, təhlükəsizliyə və müasir idarəetməyə əsaslanır. Qarşıda duran əsas məqsəd polad magistralların imkanlarını daha da genişləndirmək, daşımaların keyfiyyətini yüksəltmək və Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki mövqeyini möhkəmləndirməkdir.

Təbii ki, bu inkişafın arxasında dayanan ən böyük qüvvələrdən biri dəmir yollarında çalışan, polad magistralların ahəngini qoruyan  insanlardır. Məhz onların zəhməti, peşəkarlığı və yüksək məsuliyyəti qatarların fasiləsiz hərəkətini, daşımaların təhlükəsizliyini və dəmir yolu sisteminin etibarlı fəaliyyətini təmin edir. Bu baxımdan, hər il oktyabrın 13-də qeyd olunan Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı xüsusi məna daşıyır. Dəmiryolçuların peşə bayramı onların gündəlik əməyinə ehtiramın, bu çətin və məsuliyyətli peşəyə verilən dəyərin ifadəsidir. Qatarların hərəkətini idarə edən maşinistlərdən dəmir yolu xətlərinin sazlığını qoruyan mütəxəssislərə, dispetçerlərdən mühəndislərə, texniki heyətdən digər sahə əməkdaşlarınadək hər kəs bu böyük və mürəkkəb sistemin ayrılmaz hissəsidir. Sözsüz ki, qatarların fit səsində, relslərin ritmik ahəngində və mənzil başına vaxtında çatan sərnişinlərin sevincində görünməyən, lakin əvəzsiz bir əməyin izi var. 

Bu peşə dəqiqlik, intizam, dözümlülük və yüksək məsuliyyət tələb edir. Dəmir yolunda hər bir qərar,  texniki yoxlama və  hərəkət təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Dəmiryolçular ölkənin iqtisadi həyatının davamlılığının təmin olunmasında, bölgələrarası əlaqələrin möhkəmləndirilməsində və Azərbaycanın beynəlxalq nəqliyyat sistemində mövqeyinin güclənməsində mühüm rol oynayırlar. Çünki  müasir texnologiyaların tətbiq olunduğu, infrastrukturun yeniləndiyi və beynəlxalq nəqliyyat əlaqələrinin genişləndiyi bir dövrdə dəmiryolçuların bilik və bacarıqları  böyük əhəmiyyət qazanır. Çünki ən müasir texnologiyaların arxasında belə onları idarə edən insanın zəkası, təcrübəsi və məsuliyyəti dayanır.

Göründüyü kimi,  Azərbaycanın dəmir yolları zəngin tarixi, müasir inkişafı və gələcəyə yönələn hədəfləri ilə ölkənin iqtisadi həyatında önəmli  yer tutur. Bu inkişafın hər mərhələsində dəmiryolçuların zəhməti, peşəkarlığı və məsuliyyəti dayanır.  Dəmir yolu işçilərinin peşə bayramı isə polad magistrallara ömür verən, hər gün hərəkətin davamlılığını təmin edən insanların əməyinə ehtiramın ifadəsidir. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əsl Azərbaycan şəhəri - Xankəndi

09:00
13 Oktyabr

ZƏFƏR gündəliyi    

08:50
13 Oktyabr

Sabaha uzanan polad magistral yollar

08:40
13 Oktyabr

Azərbaycan beynəlxalq tədbirlərin fəal iştirakçısıdır

08:30
13 Oktyabr

Bu həm də qarşılıqlı etibar və etimad idi

08:20
13 Oktyabr

Azərbaycan-Kamboca əlaqələri dinamik inkişaf edir

08:10
13 Oktyabr

Heydər Əliyev siyasi irsi və milli ideologiyanın müasir mərhələsi

08:00
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında "Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş"ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol"un təsdiq edilməsi haqqında

01:33
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:32
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:31
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:30
13 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

01:29
13 Oktyabr

"Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "Gran Tierra Energy (Azerbaijan) GmbH" şirkəti və "SOCAR Quba Xəzəryanı" MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

01:27
13 Oktyabr

"Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:26
13 Oktyabr

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:24
13 Oktyabr

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

21:36
12 Oktyabr

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

19:59
12 Oktyabr

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

19:54
12 Oktyabr

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

19:01
12 Oktyabr

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib 

18:47
12 Oktyabr

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

18:33
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!