12 Oktyabr 2026 19:59
220
SİYASƏT
A- A+
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Azərbaycanın Pakistanda yeni təyin olunmuş səfiri İrfan Davudov etimadnaməsini bu ölkənin Prezidenti Asif Əli Zərdariyə təqdim edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, təqdimetmə mərasimindən sonra keçirilən görüşdə səfir İrfan Davudov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Pakistan Prezidentinə çatdırıb.

Səfiri təyinatı münasibətilə təbrik edən Prezident Asif Əli Zərdari Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirib və onun da səmimi salamlarını və yüksək ehtiramını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Pakistan Prezidenti iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsini vurğulayıb. O, siyasi əlaqələrin iqtisadi əməkdaşlıqla daha da möhkəmləndirilməsinin, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılmasının vacibliyini qeyd edib.

Prezident Asif Əli Zərdari enerji, regional bağlantılar və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib, müdafiə sənayesi sahəsində əldə olunan irəliləyişi alqışlayıb. Həmçinin birbaşa hava əlaqələrinin turizmin inkişafına və xalqlar arasında təmasların genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

İrfan Davudov Pakistanda səfir kimi təyin olunmasından şərəf hissi duyduğunu bildirərək, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycan ilə Pakistan arasındakı münasibətlərin cari vəziyyətinin yüksək olmasında hər iki ölkə Prezidentinin rolunu xüsusi vurğulayıb.

Səfir Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəklədiyini vurğulayaraq, Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi diqqətə çatdırıb, bu ölkənin hökumətinə və xalqına təşəkkürünü ifadə edib.

Görüşdə, həmçinin yüksəksəviyyəli siyasi münasibətlərə uyğun olaraq, bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət, qarşılıqlı investisiya, təhsil, turizm və s. sahələrdə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:26
13 Oktyabr

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:24
13 Oktyabr

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

21:36
12 Oktyabr

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

19:59
12 Oktyabr

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

19:54
12 Oktyabr

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

19:01
12 Oktyabr

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib 

18:47
12 Oktyabr

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

18:33
12 Oktyabr

Doqquz ayda 620 dövlət standartı qəbul edilib  

18:13
12 Oktyabr

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

17:51
12 Oktyabr

İspaniya Azərbaycanın Avropa siyasətində mühüm yerlərdən birini tutur  

17:39
12 Oktyabr

İshaq HERSOQ: “Seçkilər ölkədə bölünməyə və anarxiyaya səbəb olmamalıdır”  

17:23
12 Oktyabr

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

17:15
12 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:14
12 Oktyabr

Kaliforniyada təhlükəli qızdırmaya rekord yoluxma faktı qeydə alınıb

17:08
12 Oktyabr

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib  

17:07
12 Oktyabr

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı  

17:06
12 Oktyabr

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb  

17:05
12 Oktyabr

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər  

17:04
12 Oktyabr

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur  

17:03
12 Oktyabr

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək  

17:02
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!