13 Oktyabr 2026 08:20
240
İQTİSADİYYAT
A- A+
Bu həm də qarşılıqlı etibar və etimad idi

Bu həm də qarşılıqlı etibar və etimad idi


BTC-nin Azərbaycan və Gürcüstan hissələrinin birləşməsindən 22,  Gürcüstan hissəsinin istifadəyə verilməsindən 21 il keçir


Oktyabr ayı Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin salnaməsində bir neçə hadisə ilə mühüm yer tutur. Bunlardan ikisi  kəmərin Gürcüstan  hissəsinə də aiddir, biri 2004-cü, digəri 2005-ci ildə olub. 

Boru xəttinin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsi münasibətilə tədbir 2004-cü il oktyabrın 16-da Azərbaycanın Ağstafa rayonunun Böyük Kəsik kəndində - Gürcüstanın Qardabani rayonu ilə sərhəddə keçirildi. Bu iki hissənin birləşdirilməsi BTC-nin çəkilişi boyu həyata keçirilən 15 min qaynaq əməliyyatından biri idi. Lakin bu, adi qaynaq deyildi. Bununla zəmanəmizin möhtəşəm layihələrindən biri, üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan BTC-nin tamamlanmasına doğru növbəti mühüm addım atılırdı. 

Bir də axı BTC daşıdığı iqtisadi önəmlə yanaşı, həm də ölkələri, xalqları yaxınlaşdıran, birləşdirən bir kəmərdir. Odur ki, xəttin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsi həm də dostluğun, tərəfdaşlığın, qarşılıqlı inamın daha bir təsdiqi idi. 

Prezident İlham Əliyev tədbirdəki çıxışında tikilməkdə olan kəmərin əhəmiyyətini vurğulayaraq demişdir: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi həm Azərbaycan üçün, həm Gürcüstan üçün, həm də bütün region üçün çox vacibdir. Bu, ölkəmizə yeni imkanlar yaradacaqdır, xalqlarımız üçün yeni şəraitin yaradılmasını təmin edəcəkdir. Əlbəttə ki, bu, ölkələrimizə böyük həcmdə maliyyə vəsaitinin cəlb olunmasına gətirib çıxaracaqdır. Eyni zamanda bu iqtisadi məsələlərlə yanaşı, regional təhlükəsizlik məsələlərinə də layihə öz töhfəsini verəcəkdir". 

Bu həmin vaxt idi ki, kəmərin keçdiyi üç ölkənin - Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisində kəmərin tikinti dəhlizi tamamilə təmizlənmiş və açılmışdı. Boruların 97 faizi qaynaqlanmış və 70 faizi torpaqla örtüklənmişdi. BTC-nin qəbul edəcəyi ilk nefti "Mərkəzi Azəri" platforması verəcəkdi ki, onun da üst modulları artıq dənizdə  dayaq bloku üzərində yerləşdirilmişdi. Səngəçal və Ceyhan terminallarında nefti   "qarşılamaq" üçün hazırlıq işləri gedirdi və onların əsas hissəsi görülmüşdü.  

Kəmərin 1760 kilometrlik  marşrutu  boyu 21 min insan çalışırdı. BTC uğurla irəliləyərək starta  yaxınlaşmaqda idi.  Beləliklə, 2005-ci il mayın 25-də Səngəçal terminalından kəmərə ilk neft vuruldu - boru xəttinin Azərbaycan hissəsi istifadəyə verildi. Növbə Gürcüstan hissəsinin idi.

Gürcüstan hissəsinin istifadəyə verilməsi  münasibətilə təntənəli mərasim 2005-ci il oktyabrın 12-də Qardabani rayonunda yerləşən 1 nömrəli nasos stansiyasının ərazisində keçirildi. Xatırladaq ki, BTC-nin 8 nasos stansiyasının 2-si Azərbaycanda, 2-si Gürcüstanda, 4-ü isə Türkiyədə yerləşir.  

2005-ci ilin payızında kəmərin iki ölkədəki hissəsi neftlə  artıq doldurulmuşdu, Türkiyə hissəsinə də  neft vurulurdu. Xətti tam doldurmaq üçün 10 milyon barel neft tələb olunurdu. 

BTC tam sistem kimi 2006-cı il iyulun 13-də istifadəyə verildi. Həmin vaxtdan bu il iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 631 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 6276 tankerə yüklənərək dünya bazarlarına göndərilib. 

İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 13 milyon ton (təxminən 97 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 131 tankerə yüklənib və yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli"  nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

Qeyd edək ki, bu ilin iyulundan BTC-nin operatorluğu, həmçinin həm BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə əlaqədar ümumi fəaliyyətlərin operatorluğu "BP Exploration (Caspian Sea) Limited" şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan "SOCAR Midstream Operations" MMC-yə keçib.

Bu gün BTC-nin salnaməsinə  nəzər salanda  22 il əvvəl oktyabrda və 21 il əvvəl həmin ayda baş vermiş iki sözügedən hadisənin də əhəmiyyəti vurğulanmalıdır. Bu hadisələr  Gürcüstanın tranzit ölkə kimi statusunu möhkəmləndirdi və daha neçə qlobal layihəyə yol açdı. Söhbət daha sonra istifadəyə veriləcək Bakı-Tbilisi-Ərzurum qaz kəmərindən, Bakı-Tbilisi-Qars dəmir yolundan, TANAP-dan (Trans-Anadolu Qaz Boru Kəməri) və digər layihələrdən gedir. Bu layihələr indi bir çox ölkənin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əsl Azərbaycan şəhəri - Xankəndi

09:00
13 Oktyabr

ZƏFƏR gündəliyi    

08:50
13 Oktyabr

Sabaha uzanan polad magistral yollar

08:40
13 Oktyabr

Azərbaycan beynəlxalq tədbirlərin fəal iştirakçısıdır

08:30
13 Oktyabr

Bu həm də qarşılıqlı etibar və etimad idi

08:20
13 Oktyabr

Azərbaycan-Kamboca əlaqələri dinamik inkişaf edir

08:10
13 Oktyabr

Heydər Əliyev siyasi irsi və milli ideologiyanın müasir mərhələsi

08:00
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında "Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş"ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol"un təsdiq edilməsi haqqında

01:33
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:32
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:31
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:30
13 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

01:29
13 Oktyabr

"Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "Gran Tierra Energy (Azerbaijan) GmbH" şirkəti və "SOCAR Quba Xəzəryanı" MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

01:27
13 Oktyabr

"Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:26
13 Oktyabr

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:24
13 Oktyabr

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

21:36
12 Oktyabr

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

19:59
12 Oktyabr

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

19:54
12 Oktyabr

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

19:01
12 Oktyabr

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib 

18:47
12 Oktyabr

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

18:33
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!