13 Oktyabr 2026 08:10
247
SİYASƏT
A- A+
Azərbaycan-Kamboca əlaqələri dinamik inkişaf edir

Azərbaycan-Kamboca əlaqələri dinamik inkişaf edir


Beynəlxalq platformalarda uğurlu tərəfdaşlıq ikitərəfli əməkdaşlıqda yeni imkanlar açır


Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. 

Ötən dövr ərzində formalaşan qarşılıqlı hörmət və etimad mühiti bu gün diplomatik dialoqun yeni və daha əhatəli mərhələyə qədəm qoymasına imkan yaradıb. Oktyabrın 12-də Prezident İlham Əliyevin ölkəmizə rəsmi səfər etmiş Kamboca Krallığının Baş naziri Hun Manet ilə keçirdiyi məhdud və geniş tərkibdə görüşlər, ikitərəfli münasibətlərin müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanması və liderlərin mətbuata bəyanatlarla çıxış etməsi iki dövlət arasında formalaşan strateji dialoqun əyani təzahürü oldu. 

Beynəlxalq müstəvidə fəal tərəfdaşlıq edən Azərbaycan və Kamboca qlobal təşkilatlar çərçivəsində bir-birinin möv-qeyini qətiyyətlə dəstəkləyir-lər. Dövlətlərarası siyasi dialoqun yüksək səviyyəsini dəyərləndirən Prezident İlham Əliyev iki ölkənin yaxşı dost və tərəfdaş olduğunu qeyd edib: "Beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində çox yaxşı siyasi əlaqələrimiz və fəal əməkdaşlığımız var. Bununla yanaşı, ikitərəfli müstəvidə təmaslarımızı intensivləşdirmək barədə də razılığa gəldik". Bu, ölkələr arasındakı diplomatik münasibətlərin yalnız çoxtərəfli platformalarla məhdudlaşmadığını, həm də ikitərəfli formatda daha dinamik xarakter aldığını göstərir. Qarşılıqlı siyasi iradə və həmrəylik Bakı ilə Pnompen arasında bütün sahələr üzrə əməkdaşlığın gələcəkdə daha da dərinləşməsi üçün etibarlı zəmin yaradır.

Qanunverici hakimiyyət orqanları səviyyəsindəki əlaqələr də ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir. Kamboca həmçinin Azərbaycanın Asiya Parlament Assambleyasına müşahidəçi qismində qoşulmaq təşəbbüsünü yaxından dəstəkləyir. Bu çoxtərəfli həmrəylik iki dövlətin qlobal platformalarda ədalətli beynəlxalq nizamın, suverenliyin və müstəqil xarici siyasət xəttinin qorunması prinsiplərinə sadiqliyini nümayiş etdirir. 

Avrasiya nəqliyyat-logistika dəhlizlərinin mərkəzində dayanan Azərbaycanın bu strateji mövqeyi Kamboca ilə iqtisadi tərəfdaşlığın daha geniş coğrafiyaya inteqrasiyasına zəmin yaradır. Azərbaycanın geostrateji imkanlarına və Avrasiya məkanında oynadığı mühüm tranzit roluna diqqət çəkən Prezident İlham Əliyev xüsusi olaraq qeyd edib: "Asiya və Avropa arasında yerləşən Azərbaycan, əlbəttə ki, bağlantıların təmin edilməsində öz rolunu oynayır". Dövlətimizin başçısının bu fikri ölkəmizin regionlararası nəqliyyat-logistika dəhlizlərinin mərkəzində dayandığını və Kamboca ilə iqtisadi-ticari əlaqələrin inkişafı üçün mühüm körpü rolunu oynadığını bir daha nümayiş etdirir. 

İki ölkə arasında iqtisadi-ticari əlaqələrin şaxələndirilməsi, qarşılıqlı investisiya mühitinin stimullaşdırılması və potensial imkanların reallaşdırılması xüsusi diqqət mərkəzindədir. Ticarət dövriyyəsinin həcmini artırmaq, sənaye, birgə istehsal və enerji təhlükəsizliyi kimi vacib sahələrdə layihələri reallaşdırmaq məqsədilə praktiki aspektlərə diqqət yetirəcək birgə işçi qrupunun yaradılması bu istiqamətdə atılan ən mühüm addımlardan biridir. 

Azərbaycan və Kamboca arasında müdafiə və regional təhlükəsizlik məsələləri üzrə də müəyyən səviyyədə dialoq və məsləhətləşmələr davam etdirilir. Hər iki dövlət münaqişələr nəticəsində ciddi mina çirklənməsindən zərər çəkdiyi üçün minatəmizləmə sahəsində təcrübə mübadiləsi, texnoloji tərəfdaşlıq və beynəlxalq miqyasda birgə təşəbbüslərin irəli sürülməsi xüsusi aktuallıq kəsb edir. Kambocanın minatəmizləmə sahəsində qazandığı təcrübə ilə Azərbaycanın işğaldan təmizlənmiş ərazilərdə apardığı genişmiqyaslı minatəmizləmə fəaliyyətinin sintezi hər iki tərəf üçün faydalı əməkdaşlıq imkanları açır.

Humanitar, təhsil və mədəniyyət sahələrindəki tarixi bağlar da Azərbaycan-Kamboca münasibətlərinin mühüm elementləridir. Sovet dövründə Azərbaycanda yüzlərlə kambocalı tələbənin ali təhsil alması ənənəsinin bərpa olunması təşəbbüsü, kadr hazırlığı və tələbə mübadiləsinin yenidən aktivləşdirilməsi iki ölkənin cari əməkdaşlıq gündəliyində önəmli yer tutur.  

Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi və sabitliyi davamlı inkişafın əsas və dəyişməz şərti hesab edirlər. Liderlər tərəfindən bəyan edildiyi kimi sülh və təhlükəsizlik beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında təmin olunmalıdır. Tarixi sınaqlardan keçmiş və oxşar çətinliklərlə üzləşmiş hər iki xalqın beynəlxalq hüquqa, ədalətə və suverenliyə verdiyi yüksək dəyər onları bir-birinə daha da yaxınlaşdırır. 

Yüksəksəviyyəli rəsmi görüşlər, imzalanan yeni ikitərəfli sənədlər və nümayiş etdirilən siyasi iradə Azərbaycan-Kamboca münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu sübut edir. Siyasi dialoqun dərinləşməsi, iqtisadi və investisiya əlaqələrinin genişlənməsi, eləcə də humanitar və minatəmizləmə sahələrindəki praktiki tərəfdaşlıq iki ölkə arasında dostluq münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyindən xəbər verir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əsl Azərbaycan şəhəri - Xankəndi

09:00
13 Oktyabr

ZƏFƏR gündəliyi    

08:50
13 Oktyabr

Sabaha uzanan polad magistral yollar

08:40
13 Oktyabr

Azərbaycan beynəlxalq tədbirlərin fəal iştirakçısıdır

08:30
13 Oktyabr

Bu həm də qarşılıqlı etibar və etimad idi

08:20
13 Oktyabr

Azərbaycan-Kamboca əlaqələri dinamik inkişaf edir

08:10
13 Oktyabr

Heydər Əliyev siyasi irsi və milli ideologiyanın müasir mərhələsi

08:00
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında "Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş"ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol"un təsdiq edilməsi haqqında

01:33
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:32
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:31
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:30
13 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

01:29
13 Oktyabr

"Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "Gran Tierra Energy (Azerbaijan) GmbH" şirkəti və "SOCAR Quba Xəzəryanı" MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

01:27
13 Oktyabr

"Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:26
13 Oktyabr

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:24
13 Oktyabr

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

21:36
12 Oktyabr

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

19:59
12 Oktyabr

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

19:54
12 Oktyabr

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

19:01
12 Oktyabr

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib 

18:47
12 Oktyabr

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

18:33
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!