09 Aprel 2013 02:04
909
Mədəniyyət
A- A+
«Buz heykəl»in əbədiyyət nəğməsi

«Buz heykəl»in əbədiyyət nəğməsi

 

Prezident İlham Əliyevin görkəmli Azərbaycan yazıçısı Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamda deyilir: "Ənvər Məmmədxanlı ədəbi prosesə həmişə təravət gətirən əsərləri ilə xalqımızın bədii-mədəni fikir xəzinəsinin zənginləşməsi naminə səmərəli fəaliyyət göstərmişdir. Onun yaradıcılığı ana dilimizə həssas yazıçı yanaşmasının parlaq nümunəsidir".

Yazıçı, kinodramaturq, ssenarist, tərcüməçi Ənvər Qafar oğlu Məmmədxanlı 1913-cü ilin fevralında Göyçay şəhərində anadan olub. Sonralar Bakıya gələn Ənvər Məmmədxanlı əvvəlcə sənaye texnikumunda oxuyub. Bir müddət Bakıda zavodların birində çalışıb. Eyni zamanda Azərbaycan Neft İnstitutunda qiyabi təhsil alıb. Amma bu ali məktəbi bitirməyə həvəsi olmayıb. Ədəbiyyata, yaradıcılığa bağlılıq onun gələcəkdə neft mühəndisi olmasını əngəlləyib. Xatirələrdən bəlli olur ki, Ənvər Məmmədxanlı istedadlı və qabiliyyətli şəxsiyyət olub. Hansı işin qulpundan yapışsa, onu mükəmməl şəkildə yerinə yetirərmiş. Bu səbəbdən də əgər səbirsizlik etməyib ali təhsilini başa çatdırsaydı, respublikanın tanınmış neftçi alimlərindən biri olardı. Dostları onun intellektual səviyyəsindən, dünyagörüşündən, dəqiq elmləri yaxşı bildiyindən maraqlı xatirələr qələmə alıblar. Ömrünün ən gözəl çağları repressiya və müharibə illərinə təsadüf edən Ənvər Məmmədxanlının həyatı çox iztirablı keçib. Atası Qafar kişi Müsavat hökumətinin Göyçay təmsilçisi olduğundan dəfələrlə həbs edilərək Sibirə göndərilib. Sovet hökuməti onu tutmaqdan, Qafar kişi də sürgündən qaçmaqdan yorulmayıb, eləcə qaçaq ömrü yaşayıb. Qardaşı Niyazi də İkinci Dünya müharibəsi zamanı cəbhədə ağır yaralanaraq əsir düşüb. Faşistlərin ona verdiyi məşəqqətlərdən qurtulduqdan sonra Stalin hökuməti bu başıbəlalı gənci doğma vətənindən sürgün edib. Üzləşdiyi haqsızlıqlar sonda Niyazini sağalmaz xəstəliyə salıb. Bu acılar ömrü boyu Ənvər Məmmədxanlının taleyində öz izini göstərib.

Xalq yazıçısı Anar onun haqqında qələmə aldığı xatirələrində yazır: "Həyatım ağrıyır..." Ənvər Məmmədxanlının ifadəsidir. Uşaqlıq illərimdən xatırlayıram. Nə vaxt xəbər alsaydım ki, nə olub sənə, dalğın-dalğın cavab verərdi: "Həyatım ağrıyır". Ənvər Məmmədxanlının şəxsiyyətini, bioqrafiyasını öyrəndikdən, əsərlərini oxuduqdan sonra məhz bu ifadənin necə qəribə bir məna daşıdığını dərindən anladım. Anar söyləyir ki, o, həyatsevər insan idi; gəncliyində dünyanın ləzzətlərindən zövq almağı bacaran adam kimi, yaşlı çağında da şövqündən, yaşamaq, düşünmək, mübahisə etmək həvəsindən qalmamışdır. Amma bu nikbin təbiətli bir insanın ömrü boyu həyatı niyə ağrımışdı?"

Biz nəsil bu yazıçını orta məktəb illərində oxuduğumuz "Buz heykəl" hekayəsinə görə tanımışdıq. İkinci Dünya müharibəsi zamanı insanların çəkdiyi zillətlərə həsr olunmuş bu əsərdə almanların yaxınlaşdığını görən ana körpəsini götürüb qaçanda çovğuna düşür. Balasını xilas etmək üçün ana çox əziyyətlər çəkir. Son nəfəsini də, hərarətini də ona verərək bərk-bərk qucağına sıxır. Sovet əsgərləri ananı tapanda o özü buz heykələ dönsə də, qucağındakı körpə donmamışdı. Gözəl, axıcı, təsiredici bir dildə yazılmış bu əsər həm müharibənin dəhşətlərini əks etdirmək baxımından, həm də ananın övlad yolunda fədakarlığından, ölümə meydan oxumasından, balası yolunda canını qurban verməsindən bəhs edən ən dəyərli və qiymətli əsər kimi yaddaşımıza iz saldı. Bilmirəm, ədəbi tənqidçilər hansı fikirdədirlər? Çünki bu yazıçının saysız-hesabsız hekayələri, müxtəlif məzmunlu kitabları işıq üzü görüb. Onun ssenarisi əsasında "Bəxtiyar", "Cazibə qüvvəsi", "Leyli və Məcnun", "Fətəli xan", "İntizar", "Babək" və s. filmlər çəkilib. Dramları teatrlarda, televiziyalarda tamaşaya qoyulub. Bir oxucu kimi deyə bilərik ki, "Buz heykəl"i ilə Ənvər Məmmədxanlı öz yaradıcılığının əbədiyyət nəğməsini oxudu. Bundan başqa, guya inqilabdan bəhs edən "Şərqin səhəri" əsərində, daha doğrusu, televiziya tamaşasında Səməndər Rzayevin yaratdığı obrazın kapitalist Ağalarovun dili ilə söylənilən "Biz qayıdacağıq, Bakı! Məşhər ayağı onda olacaq" xəbərdarlığı uzaqgörənliyin ifadəsi deyilmi?! Quruluşun diktəsi öz yerində, yazıçının həqiqəti bu əsərə əslində əbədi ömür gətirmişdi. Müəllif baş verən hadisələri qələmə almışdı. Öz münasibəti məhz "biz mütləq qayıdacağıq" inamı idi. Həyat da onun doğru söylədiyini təsdiq etdi. Yazıçı müdrikliyi budur!

Ənvər Məmmədxanlı əslində ədəbiyyata 1934-cü ildə "Burulğan" povesti ilə gəldi. O, mühəndisliyin daşını atsa da, ilk nəsr əsərində məhz neftçilərin həyatından yazmışdı. Saflığın, təmizliyin, mərdliyin, etibar və sədaqətin simvolu olan Ənvər Məmmədxanlı şöhrətdən, məşhurluq iddiasından çox uzaq insan olub, jurnalistlərə müsahibələr verməyi, televiziya ekranlarında görünməyi, müxtəlif tədbirlərdə çıxış etməyi heç sevməzmiş.

"Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi işlədiyi vaxt İkinci Dünya müharibəsi başlayıb. 1942-ci ildə müharibəyə gedən Ənvər Məmmədxanlı Stalinqrad cəbhəsində vuruşub. Sonra Azərbaycan yazıçıları ilə birlikdə Şimali Qafqaz cəbhəsinə göndərilib. 416-cı Taqanroq diviziyasında hərbi müxbir olub. 1944-cü ildə Sovet ordusunun tərkibində İrana göndərilib. O zaman Təbrizdə əski əlifba ilə "Vətən yolunda" adlı qəzet buraxılırdı. Ənvər Məmmədxanlı bu qəzetin redaksiyasında xüsusi müxbir kimi çalışıb. O, zabit paltarında olsa da, ilk növbədə yazıçı idi. Sinəsində vətənini, millətini canından artıq sevən, onun taleyini düşünən bir ürək döyünürdü. İranda olduğu müddətdə Ərdəbili, Tehranı gəzmişdi. Cənubi Azərbaycanla bağlı "Qızıl qönçələr", "Boyunbağı", "Karvan dayandı", "Od içində" əsərlərini qələmə almışdı.

Ordudan tərxis edildikdən sonra "Azərbaycanfilm" kinostudiyasında işə başlayan Ənvər Məmmədxanlının həyatı heç də hamar olmadı. Qardaşının başına gətirilən faciə, eləcə də yaxın qohumlarının sürgünü, bir sıra pyeslərinin başıbəlalı olması onu da oda salmışdı. Özlərinin rahatlığını təmin etmək üçün bəzi insanlar şər, böhtan, donos yazmaqdan usanmırdılar. Bəzən də Mir Cəfər Bağırova xoş gəlsin deyə Ənvər Məmmədxanlını da bada verməkdən ötrü ona da çamur atmağa çalışırdılar. Xatirələrdən bəlli olur ki, Ənvər Məmmədxanlı ömrünün sonuna kimi repressiya dövrünü yaddan çıxarmamışdı. Şahidi olduğu qanlı iclaslardan, xof və vahimə içərisində qalan insanların yalan danışdığından, haqsızlıqlardan tez-tez söhbət edərmiş. Stalin haqqında dediyi bir fikir dövrün və quruluşun ab-havasını bildirirdi: "Şineli rəngdə boz bir həyat qoyub getdi bizə". Əsərlərinə səpələnmiş elə qiymətli fikirlər var ki, bu atmacaların, deyimlərin ahəngindəki gizlinlər indi bizə çox mətləblərdən xəbər verir: "Düşmən üçün fikir yoxdur, dost və ya hər şey ki boğulanda ölür, fikir boğlduqca dirilir..."; "Düşünən həmişə belədir. Azadlığa qovuşanda bir az dəli olur"; "Ey ölüm, gəl ki, bu həyat bizi öldürdü"; "Ey yazıqlar, siz nə vaxt dərk edəcəksiniz ki, azadlıq yanğısı nə deməkdir?! O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir"; "Xırdaca kəndlər gördüm ki, yuxarı başı aşağı başla vuruşurdu. Böyük şəhərlər gördüm ki, aşağı məhəllə yuxarı məhəllə ilə döyüşürdü. Və yüz dəfə lənət olsun o kiçik balıqlara ki didirlər böyük balığın qarnında bir-birini". Bu deyimlərin sayı çoxdur. Onların hər biri yazıçının fəryadı, etirazı və cəsarəti idi. Əsl sənətkarlar, qələm sahibləri həqiqəti demək mümkün olmayanda, ana dilində yaza bilməyəndə ya ezopdan istifadə ediblər, ya da susublar, amma yalan danışmayıblar.

Ənvər Məmmədxanlının gözəl və diqqətçəkən əsərlərindən biri də "Şirvan gözəli" olub. Vaxtilə bu əsəri oxuyan böyük türk şairi Nazim Hikmətin onu dəyərləndirərək "Əsl məqsədinizi dolayı yolla deyə bilibsiz" söyləməsi müəllifin uğurundan xəbər verirdi. Təəssüf ki, bu əsər də o dövr mətbuatında kəskin tənqidə məruz qaldı. Ənvər Məmmədxanlı dövrünün oğlu idi. Lenin, Stalin, oktyabr inqilabı haqqında hekayələr yazmışdı. Məşhur "Şərqin səhəri" əsərində aprelin 28-ni tərənnüm də etmişdi. Amma bu əsərlərin özündə elə həqiqəti demişdi ki, bu gün də yazıçının məharətinə, həqiqəti söyləmək qabiliyyətinə heyran olmaya bilmirsən.

"Bakı gecələri", "Əfsanəli dağlar", "Ay işığında", "Ayrıldılar" kimi əsərləri ilə Azərbaycan nəsrinə yeni təravət gətirən Ənvər Məmmədxanlı oxucu rəğbəti qazanan, sevilən orijinal yazıçı idi. Bu bir həqiqətdir ki, sovet dövründə yaşayıb-yaradan, quruluşun tikanlarını ürəyində hiss edən, neçə əzizinin güdaza getdiyinin şahidi olan Ənvər Məmmədxanlı heç vaxt mədhiyyə yazmadı, inandığı və gördüyü həqiqəti qələmə aldı.

Daxilən çox zəngin olan, Azərbaycan ədəbiyyatına bir-birindən maraqlı, yaddaqalan əsərlər bəxş edən, kino sənətinə öz imzasını atan Ənvər Məmmədxanlı əslində çox sadə, eyni zamanda tənha bir həyat yaşayıb. Onun var-dövlətini ehtiva edən zəngin kitabxanası var idi. Sevməyi və sevilməyi bacaran Ənvər Məmmədxanlı əzəldən bəxti gətirməmiş bir sevda yolçusu olub. Həssas, duyumlu və sədaqətli olması onu həyatın burulğanında ormanından ayrı düşmüş bir çinar kimi qurutdu. O, bir dağ qartalı idi, güzarına həsrət qaldı. Gözəl əsərlər yazdı, həqiqətləri dilə gətirdi, mərd ömür sürdü, kişi kimi sözün düzünü dedi, üzə dedi, əyilmədi, amma içində bir sınıqlıq var idi. Əzizlərinin  itkisi onun həyatına ağırlıqlar gətirirdi və sanki bu olmuşların acığına o öz ömrünün düsturunu dürüst imzalayırdı: "Sən o qədər təksən ki, heç vaxt təklik nə olduğunu bilməyəcəksən". Anar müəllim söyləyir ki, ömrünün son illərini də guşənişinliyə qapılmaqla keçirmişdi bu görkəmli yazıçı.

Ənvər Məmmədxanılının adı çəkiləndə xəyalımıza ilkin olaraq onun uşaq kimi saf, təmiz siması, aydın baxışları, bir də ağ saçları gəlir. Zirvələr həmişə bəmbəyaz olar. Sanki bir bulud parçası Ənvər Məmmədxanlı adlı bir dağın zirvəsinə işıq salaraq boşalmağa məqam axtarırdı. Amma bu yağışlar heç vaxt yağmadıE

"Buz heykəl"i ilə qəlbimizə yol tapdı, ürəyimizdə öz abidəsini ucaltdı. Quruluşlar dəyişdi, ölən və atılan əsərlər oldu. Amma taleyin işinə bax ki, buzdan naxışladığı heykəl bu yazıçının yaradıcılığına əbədiyyət nəğməsi oxuduE

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:23
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:23
11 İyun

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında

03:22
11 İyun

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında

03:20
11 İyun

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında

03:19
11 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:16
11 İyun

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – MÜSAHİBƏ

23:38
10 İyun

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb  

23:37
10 İyun

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir 

23:37
10 İyun

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir

22:59
10 İyun

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub 

22:51
10 İyun

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir

22:43
10 İyun

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb 

22:09
10 İyun

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır 

22:02
10 İyun

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib  

21:38
10 İyun

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib  

21:17
10 İyun

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

20:22
10 İyun

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır  

19:37
10 İyun

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir  

19:28
10 İyun

2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

19:22
10 İyun

Sənaye istehsalı artıb

19:18
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!