30 İyul 2026 17:50
205
SİYASƏT
A- A+
Azərbaycan xarici siyasətində Türk dövlətləri ilə münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir

Azərbaycan xarici siyasətində Türk dövlətləri ilə münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir


Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında formalaşan əməkdaşlıq modeli məhz qarşılıqlı etimad, bərabərhüquqlu tərəfdaşlıq və uzunmüddətli strateji maraqlar üzərində qurulub. Bu model region dövlətlərinin inkişafına, həmçinin Avrasiyanın iqtisadi və siyasi xəritəsinin yenidən formalaşmasına da mühüm təsir göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O bildirib ki, bu xüsusda Azərbaycanla Qırğızıstan arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Bakı-Bişkek əməkdaşlığı son illərdə ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı bütövlükdə Türk dünyasında inteqrasiya proseslərinin ən uğurlu nümunələrindən biridir. Ortaq tarix, dil və mədəniyyət üzərində qurulan münasibətlər bu gün siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əməkdaşlığın bütün istiqamətlərini əhatə edən hərtərəfli strateji tərəfdaşlıq modelinə çevrilib. Bu inkişafın əsasında ilk növbədə iki ölkə rəhbərlərinin nümayiş etdirdiyi siyasi iradə dayanır. Prezident İlham Əliyev və Prezident Sadır Japarov arasında formalaşmış qarşılıqlı etimada əsaslanan münasibətlər dövlətlərarası əməkdaşlığa yeni dinamika gətirib. Son illərdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivliyi, Dövlətlərarası Şuranın fəaliyyəti və imzalanan çoxsaylı sənədlər göstərir ki, Bakı ilə Bişkek münasibətləri sürətlə inkişaf etməkdədir.

Deputat qeyd edib ki, Azərbaycan xarici siyasətində xüsusilə Türk dövlətləri ilə münasibətləri ardıcıl olaraq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəltməkdədir. Bu yanaşma həm regional inteqrasiyanı gücləndirir, həm də Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın geosiyasi çəkisinin artması, Orta Dəhlizin inkişafında aparıcı rol oynaması və Türk Dövlətləri Təşkilatı çərçivəsində fəallığı Mərkəzi Asiya ölkələri ilə münasibətləri yeni mərhələyə çıxarıb. İqtisadi əməkdaşlıq da siyasi dialoqun davamıdır. Qarşılıqlı investisiyalar artır, Azərbaycan-Qırğız İnkişaf Fondu yeni layihələrin maliyyələşdirilməsində mühüm rol oynayır, biznes dairələri arasında əlaqələr genişlənir. Bu gün iki ölkə birgə investisiya layihələrinin iştirakçıları kimi çıxış edirlər. Bu isə münasibətlərin uzunmüddətli və dayanıqlı inkişafına zəmin yaradır.

N.Məmmədova vurğulayıb ki, nəqliyyat-logistika istiqamətində əməkdaşlıq isə daha geniş regional əhəmiyyət daşıyır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Orta Dəhliz və multimodal yükdaşımaları üzrə həyata keçirilən layihələr Azərbaycan ilə Qırğızıstanı Avrasiya nəqliyyat sisteminin mühüm həlqələrinə çevirir. Azərbaycanın müasir liman və dəmir yolu infrastrukturu Qırğızıstan üçün Qərb bazarlarına çıxış imkanlarını genişləndirir, Qırğızıstan da Mərkəzi Asiyaya açılan etibarlı tərəfdaş rolunu gücləndirir. Yeri gəlmişkən, Qırğızıstan Qarabağın bərpası prosesinə dəstək verən dost ölkələr sırasındadır. Qırğızıstanın Ağdamın Xıdırlı kəndində məktəb tikintisinə verdiyi dəstək, Bişkekdə Azərbaycan tərəfindən həyata keçirilən sosial layihələr də göstərir ki, əməkdaşlıq xalqlar arasında tarixi bağlılıq real layihələr vasitəsilə daha da möhkəmlənir. Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın bugünkü səviyyəsi uzunmüddətli siyasi strategiyanın, qarşılıqlı etimadın və ortaq gələcək baxışının nəticəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb 

18:51
30 İyul

Dünya çempionatı: Azərbaycan güləşçisi təsəlliverici görüşə vəsiqə qazanıb

18:44
30 İyul

Deputat: Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türk dünyasının inteqrasiyasını sürətləndirən aparıcı aktordur  

18:35
30 İyul

Azərbaycan və İran gömrük xidmətləri tranzit daşımalarının sürətləndirilməsi ilə bağlı razılığa gəliblər

18:28
30 İyul

Professor: Dövlət dilindən düzgün istifadə milli məsuliyyət və ictimai mədəniyyət göstəricisi kimi qəbul edilməlidir

18:21
30 İyul

Qaradağ rayonunda gənclərlə görüş keçirilib

18:14
30 İyul

Ekspert: Mərkəzi Asiya respublikalarının dünya iqtisadiyyatına inteqrasiyası Azərbaycandan keçir

18:11
30 İyul

Azərbaycanda sığorta məhsullarının çeşidliliyi artırıla bilər

18:04
30 İyul

Siyasi şərhçi: Qarabağda həyata keçirilən layihələr münaqişədən zərər çəkmiş ölkələr üçün təcrübə formalaşdırır 

17:57
30 İyul

Azərbaycan xarici siyasətində Türk dövlətləri ilə münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir

17:50
30 İyul

Aygün Attar: Rəsmi Bakının Mərkəzi Asiya regionu ilə münasibətlərində yeni status formalaşır

17:44
30 İyul

Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

17:37
30 İyul

Ekspert: Orta Dəhliz qlobal qida təhlükəsizliyi və Avrasiya ticarətinin əsas logistika arteriyasına çevrilir

17:30
30 İyul

Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

17:22
30 İyul

Beynəlxalq ictimaiyyət mina probleminə texniki, maliyyə və institusional dəstək göstərməklə yanaşmalıdır 

17:15
30 İyul

Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən amillər araşdırılır

17:07
30 İyul

Azərbaycan əlverişli coğrafi mövqeyi ilə Çin–Avropa ticarət axınında təbii körpü rolunu oynayır 

17:00
30 İyul

Krit adasında meşə yanğınları davam edir, üç yanğınsöndürən həlak olub

16:55
30 İyul

“Azərbaycan-Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” kitabı nəşr olunub

16:50
30 İyul

Milli Məclisin sədri Efiopiyaya rəsmi səfəri çərçivəsində bir sıra ölkələrin səfirləri ilə görüşüb

16:43
30 İyul

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir

16:35
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!