03 Noyabr 2026 08:35
313
SİYASƏT
A- A+
Bəşəriyyətin qənimi - müharibələr

Bəşəriyyətin qənimi - müharibələr


Bu gün də kimyəvi silahlar ekologiyanın qəniminə çevrilib. Ağır bombardmançı bir təyyarədən atılan bomba ətrafa 3 min dərəcəlik isti yayır, bununla da flora-fauna ilə yanaşı, torpağın qalın qatları da yanır. Müharibə zamanı, təbii ki, su mənbələri də çirklənir. Dünyada içməli su ehtiyatları çox az hissəni təşkil edir ki, əgər bu hal davam etsə, içməli su qıtlığı yarana bilər. 

Şirin su çatışmazlığının tədricən dərinləşməsi bütün bəşəriyyəti düşündürməkdədir. Hazırda dünya əhalisinin 40 faizindən çoxu içməli su problemi ilə üzləşir. Araşdırmalar göstərir ki, bu problemin yaranmasında son zamanlar daha aydın müşahidə edilən iqlim dəyişmələri, insan fəaliyyəti ilə şirin su ekosistemlərinin çirklənməsi, əhali artımına müvafiq olaraq urbanizasiyanın və əkin sahələrinin sürətlə genişlənməsi və ən əsası da ardı-arası kəsilməyən müharibələrdir. 

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bu gün Azərbaycanda bir önəmli məsələ də azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlıdır. Azad edilmiş torpaqlarda bizim böyük su mənbələrimiz mövcuddur və su mənbələrimiz orada formalaşır. Biz uzun illər ərzində, 30 ilə yaxın müddətdə bu imkanlardan məhrum idik. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini, o cümlədən bu sahədə də aparırdı və bizə qarşı ekoloji terror təşkil edilmişdir. Meşələrin qırılması, qoruqların məhv edilməsi - 54 min hektar meşə sahəsi ermənilər tərəfindən kəsilib, dağıdılıb, talanıb, oğurlanıb və bu, böyük cinayətdir".

Bir nüvə sınağı ilə okeanların dərin qatlarındakı milyardlarla canlını məhv edir insan. Bir dəfə atılan kimyəvi silah insanla yanaşı milyonlarla canlının həyatına son qoyur. Həm canlıları məhv edir, həm ozon qatını. Havada yaranan radiasiya bu günümüzlə yanşı gələcəyimizi də təhdid edir. Böyük güclərin torpaq uğrunda gedən savaşları o torpaqlarda heç bir canlının yaşamasına imkan vermyəcək qədər amansızdır. ABŞ, İsrail və İran arasında gərginliyin hərbi qarşıdurmaya çevrilməsi təkcə siyasi və humanitar nəticələr doğurmur, ekosistemləri dağıdır, təbii ehtiyatları tükəndirir və uzunmüddətli ekoloji problemlər yaradır. Yaxın Şərq coğrafiyası ekoloji baxımdan həssas region hesab olunur. Fars körfəzi və Hörmüz boğazı isə qlobal enerji ticarətinin əsas xəttindən biridir. Bu xətdə baş verən hər hansı hərbi münaqişə qlobal miqyasda dəniz çirklənməsi təhlükəsi yaradır. 

Qeyd etdiyimiz kimi, müharibənin dağıdıcı təsiri yalnız insan tələfatı və dağıdılmış şəhərlərlə məhdudlaşmır. Meşələrin yanması, çayların və dənizlərin çirklənməsi, torpağın münbitliyini itirməsi, havaya zəhərli maddələrin yayılması və heyvanların yaşayış yerlərinin məhv olması bütöv ekosistemləri təhlükə altına salır. Təbiətin məhv olması həm də insanların gələcəyinin təhlükə altına düşməsi deməkdir. Çünki təmiz hava, içməli su, münbit torpaq, sağlam meşələr və zəngin heyvanlar aləmi həyatın əsas şərtləridir. Bu zərərlərin bir hissəsi müharibə başa çatdıqdan sonra da onilliklərlə, bəzi hallarda isə daha uzun müddət davam edə bilir. Təbiətin məhv olması gələcək nəsillərin sağlamlığına, ərzaq təhlükəsizliyinə və yaşamaq imkanlarına da təsir göstərir. Müharibənin ekoloji fəsadlarını azaltmaq üçün sülhün qorunması, təbiətin mühafizəsi və zədələnmiş ərazilərin elmi əsaslarla bərpası vacibdir. Müharibələrin qlobal iqlimə ümumi təsirini isə dəqiq hesablamaq çətindir, çünki hərbi əməliyyatlar, yanğınlar, infrastrukturun dağıdılması və sonrakı bərpa işləri ayrıca qiymətləndirilməlidir.

Məsələn, ABŞ-İsrail-İran müharibəsinə aid konkret statistik məlumatlar mövcuddur. Xüsusilə ABŞ-nin strateji tədqiqat mərkəzi CSIS 2026-cı il kampaniyasında sərf edilən sursatın sayı və onun ehtiyatlara təsiri barədə ayrıca hesabatlar dərc edib. 2026-cı ilin fevralında başlayan kampaniyanı 2025-ci ilin iyununda baş vermiş 12 günlük İsrail-İran müharibəsi ilə qarışdırmamaq vacibdir. Bunlar ayrı hərbi əməliyyatlardır. 2026-cı il kampaniyası üzrə rəqəmlər: ABŞ-nin yer hədəflərinə qarşı istifadə etdiyi zərbə sursatı 13.629 ədəd, Tomahawk qanadlı raketləri 1.000-dən çox olmuşdur. ABŞ-nin müharibədə istifadə etdiyi sursatın təxmini əvəzetmə dəyəri 26,1 milyard dollar təşkil etmişdir. 13.629 rəqəmi bütün müharibədə istifadə olunan ABŞ zərbə sursatına aiddir, təkcə raketlərə yox. Buraya müxtəlif növ zərbə silahları daxildir. Hava hücumundan müdafiə üçün atılan raketlər isə ayrıca kateqoriyadır. 26,1 milyard dollar da müharibənin ümumi qiyməti deyil, ABŞ-nin sərf etdiyi sursatın əvəzlənməsi üçün hesablanmış təxmini məbləğdir. CSIS ABŞ üçün ümumi əlavə müharibə xərclərini 34-42 milyard dollar, mərkəzi qiymətləndirməni isə təxminən 40 milyard dollar hesablayıb.

Qeyd edim ki, bu rəqəmlərə dağıdılmış şəhərlərin və infrastrukturun bərpası, insan itkilərinin iqtisadi dəyəri və gələcəkdə yaranacaq bütün zərərlər daxil deyil. Ukraynanın Ekologiya və İqtisadiyyat Nazirliyinin 16 mart 2026-cı il məlumatına görə, təbiətə vurulmuş zərər 6,4 trilyon qrivnaya çatıb. Bu, təxminən 150-160 milyard dollar miqyasındadır. Bərpa işlərinə əsasən aşağıdakılar daxildir: minaların və partlamamış sursatların təmizlənməsi, neft, yanacaq, ağır metallar və digər zəhərli maddələrlə çirklənmiş torpaqların təmizlənməsi, çayların, göllərin və yeraltı suların bərpası, yandırılmış meşələrin, bataqlıqların və təbii yaşayış mühitlərinin bərpası, dağıdılmış sutəmizləmə sistemlərinin və ekoloji monitorinq şəbəkələrinin yenidən qurulması.

Burada çox vacib bir məqam var: müharibənin ekologiyaya vurduğu zərər yalnız çirkli torpağı və suyu təmizləməkdən ibarət deyil. Müharibə zamanı atmosferə buraxılan istixana qazları da iqlimə uzunmüddətli zərər vurur. 

ABŞ-İsrail-İran müharibəsi üzrə ekoloji bərpa üçün təsdiqlənmiş, bütün tərəfləri əhatə edən ümumi büdcə hələ yoxdur. Buna görə dəqiq məbləğ söyləmək düzgün olmaz. 

Prezident İlham Əliyevin dediyi kimi: "Bizim ətrafımızda məkanlar alovlanıb, qaynayır. Müharibələr bitmir, əksinə, yeni müharibə, münaqişə ocaqları yaranır - həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə. Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq. Çünki beynəlxalq hüquq tamamilə sıradan çıxıb. Ona əhəmiyyət verənlərin sayı kəskin azalır. Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur". 

Müharibələrin dünya ekologiyasına vurduğu zərbəni hazırda dəqiqliklə qiymətləndirmək mümkün deyil, çünki müharibələr davam edir və hər gün havaya, torpağa, suya, meşələrə, əkin sahələrinə böyük miqdarda zərər vurulur. Bu da o deməkdir ki, müharibənin əsl dəhşəti, vurduğu zərbə müharibələr başa çatdıqdan sonra gözlər önündə sərgilənəcək. Və ən acı tərəfi budur ki, pul xərcləməklə belə məhv olmuş bəzi ekosistemləri, nəsli kəsilmiş canlıları və itirilmiş təbii sərvətləri əvvəlki vəziyyətinə qaytarmaq mümkün deyil. Aradan qaldırlması üçün isə, mühüm addımların atılması vacibdur. 

Hələ 2300 il öncə filosof Epikur insanlara üz tutaraq deyirdi: "İnsanlar, siz təbiətin naz-nemətindən qənaətlə istifadə etməklə, ona qarşı qəddarlığınızı ram etmək borcunuzu bir an belə unutmayın". Odur ki, hər birimizin ekoloji düşüncəsi, ekoloji mədəniyyəti, ekoloji bilik-savadı, ekoloji məsuliyyəti, ekoloji münasibəti, ekoloji sevgi-istəyi bəşəriyyət üçün çox gərəkdir.


Valeh CƏFƏROV,

AMEA-nın müxbir üzvü, 

kimya elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çindən kosmosa daha 18 peyk göndərilib

11:16
03 Noyabr

Milli Məclisin növbəti plenar iclası: müzakirəyə 10 məsələ çıxarılıb

11:15
03 Noyabr

“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə edib

11:09
03 Noyabr

Qızıl oktyabrda 6,8 faiz ucuzlaşıb  

11:07
03 Noyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb  

11:04
03 Noyabr

Azərbaycan nefti 116 dollara satılır 

10:49
03 Noyabr

UNESCO: Jurnalist qətllərinə görə cəzasızlıq qlobal miqyasda artıb  

10:48
03 Noyabr

Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır  

10:25
03 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:11
03 Noyabr

Neft bahalaşıb

10:11
03 Noyabr

NYP: Floridada baş vermiş təyyarə qəzasında milyonçu və ailəsi həlak olub  

10:08
03 Noyabr

ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək  

10:03
03 Noyabr

Qubadlıda Bərgüşad çayı üzərində ilk su-elektrik stansiyası tikilir

09:25
03 Noyabr

Yeni tərəfdaşlıqlar, investisiyalar və iqtisadi inkişafın perspektivləri

09:20
03 Noyabr

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

09:15
03 Noyabr

İtmiş xəzinə

09:10
03 Noyabr

Moskvada doğulub orada yaşasa da, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanındı

09:05
03 Noyabr

"Mən ağ sular kimi axıb getmərəm..."

09:00
03 Noyabr

9 ayda qeyri-neft sektoru üzrə ixrac 20,5 faiz artıb

08:55
03 Noyabr

Rifah, təhlükəsizlik və investisiya 

08:50
03 Noyabr

Orta dəhliz beynəlxalq logistikanın xilas yoludur

08:45
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!