03 Noyabr 2026 08:05
378
SİYASƏT
A- A+
Makron vətəndaşların sosial tələblərinə qarşı xüsusi təyinatlıları çıxarır

Makron vətəndaşların sosial tələblərinə qarşı xüsusi təyinatlıları çıxarır


Fransada etirazlar artıq neçənci həftədir ki, səngimir. Oktyabrın 31-də Paris  ardıcıl üçüncü kütləvi etiraz şənbəsini yaşadı. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə həmin gün 565 nəfər saxlanılıb. Küçələrə on minlərlə polis və jandarm çıxarılıb, onların arasında terrorla mübarizə üçün yaradılmış xüsusi bölmələr də var. Bu aksiya sentyabrda təmirsiz məktəb binaları və müəllim çatışmazlığına qarşı etirazlarla başlamışdı. Bu fakt özü çox şey deyir.

Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA qəzetimizə açıqlamasında dedi ki, məktəblilərin qaldırdığı sosial tələblərə dövlətin cavabı xüsusi təyinatlılar, gözyaşardıcı qaz və kütləvi həbslər olursa, deməli, siyasi imkanlar tükənib. "Əlbəttə, heç bir dövlət talançılığa və zorakılığa göz yuma bilməz. Amma etirazçıların böyük əksəriyyəti dinc insanlardır, tələbələr, müəllimlər, həmkarlar ittifaqlarının üzvlərindən ibarətdir. Onların sualı sadədir: dövlət niyə daha çox tələb edir, amma getdikcə daha az verir? Təhsil dövlət idarəçiliyinin ən dəqiq göstəricisidir. İqtisadi problemləri illərlə gizlətmək, borcları gələcək nəsillərin üzərinə yükləmək, hər şeyi xarici səbəblərlə izah etmək olar, amma sinifdə damı axan tavanı və lövhənin qarşısında olmayan müəllimi gizlətmək mümkün deyil. Fransa uzun illər məktəbi "sosial lift" kimi təqdim edib, kasıb məhəllədən olan uşaqlara da yuxarı qalxmaq imkanı vəd edib. Bu gün həmin lift dayanıb. Dayanan isə təkcə təhsil siyasəti deyil, dövlətlə cəmiyyət arasında olan, amma yerinə yetirilməyən vəddir. Fransa hakimiyyətinin bu suala cavabı yoxdur. Bunun əvəzinə üç məlum bəhanə var. Birincisi, günahkar axtarışıdır: məsuliyyət müxalifətdəki ifrat solçu "Boyun əyməyən Fransa" partiyasının üzərinə qoyulur. Amma heç bir müxalifət partiyası insanların real razılığı olmadan həftələrlə yüz minlərlə adamı küçəyə çıxara bilməz. İkincisi, xarici səbəblərdir. Prezident Makron etirazları İran ətrafındakı müharibə və yanacaq qiymətlərinin artması ilə izah edir. Lakin fransız məktəblərində illərdir müəllim çatışmırsa, bunda Hörmüz boğazının nə günahı var? Üçüncüsü isə güc və məhdudiyyətlərdir: yürüşlər şəhər mərkəzlərindən uzaqlaşdırılır, fransız hüquqşünaslarının özlərinin toplaşmaq azadlığına təhlükə saydığı yeni qanun layihəsi müzakirə olunur", - deyə o əlavə etdi.

Deputat hesab edir ki, bu, təsadüfi böhran deyil, sistemli idarəçilik problemidir. Makronun prezidentliyi dövründə Fransa bir-birinin ardınca sosial partlayışlar yaşayıb. 2018-ci ildə "sarı jiletlilər", 2023-cü ildə parlamentdə səsvermə olmadan keçirilən pensiya islahatına qarşı etirazlar, 2025-ci ilin payızında "Hər şeyi blokadaya alaq" hərəkatı. Hər dəfə də ssenari eynidir: hakimiyyət əvvəlcə eşitmir, sonra güc tətbiq edir, sonra kiçik güzəştlərə gedir. Bir-iki ildən sonra isə hər şey yenidən, daha kəskin formada başlayır. 2024-cü ildə parlamentin vaxtından əvvəl buraxılması da ölkəyə sabitlik gətirmədi: sabit çoxluq yoxdur, hökumətlər bir-birini əvəz edir, uzunmüddətli islahatlar isə təxirə salınır.

Sevinc Fətəliyeva qeyd etdi ki, bu fonda Fransanın beynəlxalq arenada demokratiya və insan hüquqları müəllimi rolunda çıxış etməsi xüsusilə təəccüblü görünür: "Paris illərdir başqa ölkələrə, o cümlədən Cənubi Qafqaza dair məsələlərdə "nəsihətlər" verir, Avropa parlament platformalarında faktlara deyil, siyasi konyunkturaya əsaslanan qətnamələrin təşəbbüskarı olur. Halbuki öz küçələrində məktəblilərin etirazına antiterror bölmələri ilə cavab verir. Elə isə dinc toplaşmaq hüququnu yeni qanunlarla məhdudlaşdırmağa çalışan bir dövlətin başqalarına dərs deməyə mənəvi haqqı varmı? Əlbəttə ki, yox. Biz fransız xalqına sabitlik və rifah arzulayırıq. Amma beynəlxalq münasibətlərdə ədalət eyni standartların hamıya tətbiq olunmasını tələb edir. İkili standartlar təkcə Fransanın xarici siyasətdəki nüfuzuna zərbə vurmur, ölkə daxilində də inamı sarsıdır". 

"Fransa vətəndaşları görürlər ki, hökumətləri başqa ölkələrdə problem axtarmağa daha çox enerji sərf edir, nəinki öz məktəblərini təmir etməyə" deyən deputat diqqətə çatdırıb ki, noyabrın 5-də Fransanın ən böyük həmkarlar ittifaqları ümummilli tətil keçirəcək və etiraz küçələrdən iş yerlərinə keçəcək. Bu, Yelisey sarayı üçün ciddi sınaq olacaq. Fransa hakimiyyəti, nəhayət, anlamalıdır ki, demokratiya başqalarına ixrac edilən bir şüar deyil. Demokratiya ilk növbədə öz vətəndaşını, xüsusilə də gəncləri eşitmək və onların tələblərini konkret qərarlara çevirmək bacarığıdır. Uzun müddət səsi eşidilməyən cəmiyyət bir müddətdən sonra daha ucadan danışmağa başlayır. Bu gün Fransa küçələrində eşidilən məhz həmin səsdir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada əhali 72 saatlıq fövqəladə vəziyyətə hazır olmağa çağırılıb  

11:45
03 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib  

11:36
03 Noyabr

Azərbaycanın turizm potensialı Çində tanıdılır

11:34
03 Noyabr

Panama Respublikasının Prezidenti Zati-aliləri cənab Xose Raul Mulino Kinteroya  

11:29
03 Noyabr

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi rüşvət almaqda şübhəli bilinərək həbs edilib – BİRGƏ MƏLUMAT

11:28
03 Noyabr

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

11:26
03 Noyabr

Çindən kosmosa daha 18 peyk göndərilib

11:16
03 Noyabr

Milli Məclisin növbəti plenar iclası: müzakirəyə 10 məsələ çıxarılıb

11:15
03 Noyabr

“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə edib

11:09
03 Noyabr

Qızıl oktyabrda 6,8 faiz ucuzlaşıb  

11:07
03 Noyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb  

11:04
03 Noyabr

Azərbaycan nefti 116 dollara satılır 

10:49
03 Noyabr

UNESCO: Jurnalist qətllərinə görə cəzasızlıq qlobal miqyasda artıb  

10:48
03 Noyabr

Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır  

10:25
03 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:11
03 Noyabr

Neft bahalaşıb

10:11
03 Noyabr

NYP: Floridada baş vermiş təyyarə qəzasında milyonçu və ailəsi həlak olub  

10:08
03 Noyabr

ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək  

10:03
03 Noyabr

Qubadlıda Bərgüşad çayı üzərində ilk su-elektrik stansiyası tikilir

09:25
03 Noyabr

Yeni tərəfdaşlıqlar, investisiyalar və iqtisadi inkişafın perspektivləri

09:20
03 Noyabr

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

09:15
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!