06 Fevral 2026 08:10
201
SİYASƏT
A- A+
Barış və əməkdaşlıq siyasəti

Barış və əməkdaşlıq siyasəti


Prezident İlham Əliyevin prinsipial mövqeyi Cənubi Qafqazda sülh gündəliyini əsas prioritetə çevirib


Prezident İlham Əliyevin nüfuzlu "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi Azərbaycanın regionda sülhün və əməkdaşlığın təşviqində oynadığı mühüm rolun beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi kimi dəyərləndirilməlidir. Təbriklərə qoşulan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan video-müraciətində vurğulayıb ki, "biz sülh, təhlükəsizlik, rifah və sabitlik üçün atılan bütün təşəbbüsləri səmimi qəlbdən dəstəkləyirik". O, həmçinin Prezident İlham Əliyevin cəsarətli addımlarının sülhün təmin olunmasında mühüm rol oynadığını qeyd etmişdir.

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif onlayn yayımlanan mesajında Azərbaycanın bu istiqamətdəki fəaliyyəti ilə bağlı demişdir: "Biz Prezident İlham Əliyevin müdrik və dinamik rəhbərliyi altında Azərbaycanın diqqətəlayiq nailiyyətlərini qürurla alqışlayırıq. Bu saziş yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün yeni dövrün başlanğıcıdır".

"Zayed İnsan Qardaşlığı Mükafatı" yalnız humanizm və qardaşlıq ideyalarının təbliği ilə seçilən şəxslərə verilir. Azərbaycan Prezidentinin bu ali mükafata layiq görülməsi ölkəmizin postmünaqişə dövründə barışıq, dialoq və sabitlik xəttinə sadiqliyinin bariz göstəricisidir. Məhz Prezident İlham Əliyevin siyasi iradəsi və prinsipial mövqeyi nəticəsində Cənubi Qafqazda yeni reallıqlar formalaşıb, sülh gündəliyi əsas prioritetə çevrilib.

Azərbaycan hər zaman ədalətə əsaslanan, beynəlxalq hüquqa söykənən sülh sazişinin imzalanmasının tərəfdarı olub. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, regionda iqtisadi əlaqələrin və nəqliyyat-kommunikasiya xətlərinin açılması təşəbbüsləri ölkəmizin sülhə verdiyi praktiki töhfələrin göstəricisidir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mükafatlandırma mərasimində yayımlanan müraciətində sülh prosesini "tarixi əhəmiyyətli dönüş nöqtəsi" adlandıraraq, "sülhə doğru irəliləyiş göstərir ki, hətta uzunmüddətli münaqişələr də dialoq, məsuliyyət və təmkinlə həll oluna bilər" kimi yüksək dəyərləndirib. 

"Zayed İnsan Qardaşlığı Mükafatı"nın sülh sazişi kontekstində təqdim olunması onu göstərir ki, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi artıq regional çərçivədən çıxaraq qlobal miqyasda sülh modeli kimi qəbul edilir. Bu, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin humanitar diplomatiya və sülh təşəbbüslərinə verdiyi önəmin təzahürüdür.

Bu mükafat Prezident İlham Əliyevin liderliyi ilə yürüdülən uzaqgörən siyasətin, xalqlar arasında düşmənçilik deyil, əməkdaşlıq və qarşılıqlı hörmət mühitinin formalaşdırılmasına xidmət edən strategiyanın beynəlxalq səviyyədə təsdiqidir. Əminliklə demək olar ki, bu qiymətləndirmə Cənubi Qafqazda davamlı sülhün bərqərar olması yolunda əlavə stimul yaradacaq və regionun gələcək inkişafına mühüm töhfə verəcək.

Azərbaycan və Ermənistan siyasi liderlərinin son 6 ay ərzində  ikinci dəfə BƏƏ-nin paytaxtı Əbu-Dabidə görüşməsi dövlətlərarası normallaşma prosesinin ardıcıl və davamlı xarakter aldığını göstərir. Bu görüşlər təkcə siyasi dialoqun davamı deyil, eyni zamanda regionda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş konkret addımların atıldığını nümayiş etdirir.

2025-ci ilin iyununda baş tutan I Əbu-Dabi görüşü tarixi Vaşinqton razılaşmalarına gedən yolun həlledici mərhələsi kimi yadda qaldı. Bu il fevralın 4-də baş tutan II Əbu-Dabi görüşü isə tərəflərin sülh gündəliyinə və normallaşdırma prosesinə sadiqliyini bir daha ortaya qoydu. Liderlərin verdiyi mesajlar göstərir ki, qarşılıqlı etimadın möhkəmləndirilməsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması məsələləri üzrə irəliləyiş mövcuddur. Eyni zamanda iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi regional inteqrasiyanın əsas sütunlarından biri kimi özünü təsdiqləyir. 

Dövlətlərarası normallaşma prosesinin yalnız diplomatik təmaslarla məhdudlaşmaması və real iqtisadi əlaqələr üzərində qurulması prosesin geridönməz olduğunu bir daha təsdiqləyir.

Bunu atılan  praktik addımlar da sübut edir. Azərbaycan yanacağının Ermənistana göndərilməsi, eləcə də ölkəmiz üzərindən tranzit yolu ilə Qazaxıstan və Rusiyadan taxıl məhsullarının Ermənistana çatdırılması münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Bu, regionda qarşılıqlı asılılığın formalaşmasına və iqtisadi maraqların sülhün qorunmasına xidmət etməsinə zəmin yaradır. Bundan əlavə, vətəndaş cəmiyyətləri arasında dialoqun təşviqi də etimad quruculuğunun mühüm elementi kimi dəyərləndirilir.

Əldə olunan razılaşmalar göstərir ki, Bakı və İrəvan münasibətlərin normallaşdırılmasını üçüncü tərəfin vasitəçiliyi olmadan davam etdirmək iqtidarındadırlar. Ən önəmli mesajlardan biri prosesin birbaşa dialoq əsasında aparılmasının mümkünlüyüdür. Hər iki ölkə postmünaqişə mərhələsində öz resurslarına və siyasi iradəsinə güvənərək prinsipial siyasət yürüdür.

Ermənistanın konstitusiyasında müvafiq dəyişiklik etməklə sülh müqaviləsinə mane olan son hüquqi əngəli aradan qaldıracağına ümidlər getdikcə artır. Bu addım nə qədər tez atılarsa, yaxın perspektivdə  sülh sazişinin imzalanması da bir o qədər tez reallaşar.

Əbu-Dabi görüşləri regional kommunikasiya layihələrinin, o cümlədən yeni nəqliyyat marşrutlarının reallaşdırılması üçün də mühüm impuls yaradır. Bu isə ümumilikdə Cənubi Qafqazın iqtisadi xəritəsini köklü şəkildə dəyişmək potensialını özündə ehtiva edir.


Rizvan NƏBİYEV,

Milli Məclisin deputatı,  siyasi elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Əsrin fəlakəti”: Türkiyədə 2023-cü il zəlzələlərinin 53 mindən çox qurbanı anılır  

10:08
06 Fevral

Azərbaycan nefti ucuzlaşıb

10:06
06 Fevral

Tənhalıq geniş yayılmış problemə çevrilib

09:35
06 Fevral

Bakıda 78 ağac sınıb 

09:30
06 Fevral

Stiv UİTKOFF: "Davamlı diplomatik əlaqələr müharibənin sona çatmasına töhfə verir"

09:25
06 Fevral

"Gənclər Paytaxtı"nın rəmzi açarı Goranboya təhvil verildi

09:20
06 Fevral

Amalı gənc nəslin milli ruhda yetişməsinə töhfə verməkdir

09:15
06 Fevral

Qubada milli-mənəvi dəyərlər mövzusunda tədbir keçirilib

09:10
06 Fevral

Xaqani Şirvaninin adını daşıyan köhnə "Molokan bağı"

09:05
06 Fevral

Bənzərsiz ifası ilə sevilirdi

09:00
06 Fevral

Dünya təcrübəsi, Azərbaycan nümunəsi 

08:55
06 Fevral

İşğaldan azad olunan təkcə torpağımız yox, həm də suyumuzdur

08:50
06 Fevral

Azərbaycanın xarici siyasəti milli təhlükəsizlik kontekstində

08:45
06 Fevral

Fransa yenə təəccübləndirmədi

08:40
06 Fevral

Azərbaycan və Ermənistan iqtisadi inteqrasiyaya əsaslanan sülh modelini təşviq edir

08:35
06 Fevral

Ədalətin qələbəsi

08:30
06 Fevral

Yeni metro stansiyaları, tramvay və genişləndiriləcək şəhərətrafı dəmir yolu şəbəkəsi

08:25
06 Fevral

Xalqımızın zəngin dövlətçilik təcrübəsi var

08:20
06 Fevral

Azərbaycanın prinsipial sülh siyasətinə verilən yüksək dəyər

08:15
06 Fevral

Barış və əməkdaşlıq siyasəti

08:10
06 Fevral

Əmin-amanlığın və sabitliyin qətiyyətli təminatçısı

08:05
06 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!