04 Fevral 2026 08:25
4109
SİYASƏT
A- A+
Münasibətlərin yeni mərhələsi

Münasibətlərin yeni mərhələsi


Əlaqələr çoxşaxəli tərəfdaşlıq səviyyəsinə yüksəlib


Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq strateji və hərtərəfli tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi dialoqun intensivləşməsi, iqtisadi və enerji sahələrində irimiqyaslı layihələrin icrası, parlamentlərarası və humanitar əlaqələrin genişlənməsi bu münasibətlərin dərin və davamlı xarakter daşıdığını nümayiş etdirir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, iki ölkə arasında münasibətlərin möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. Prezident İlham Əliyevin BƏƏ-yə iki rəsmi və beş işgüzar səfəri, eləcə də BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi və işgüzar səfərləri iki ölkə arasında siyasi etimadın yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan-BƏƏ münasibətlərində parlament diplomatiyası da fəal rol oynayır. Milli Məclisdə və BƏƏ Federal Milli Şurasında fəaliyyət göstərən dostluq qrupları, spikerlərin qarşılıqlı səfərləri və beynəlxalq parlament platformalarında birgə iştirak siyasi dialoqu tamamlayan mühüm komponentdir. Xüsusilə, bu il 26-27 yanvar tarixlərində Milli Məclisin spikeri Sahibə xanım Qafarovanın BƏƏ-yə səfəri, onun qadın parlamentarilərin 2-ci forumunda iştirakı parlamentlərarası əməkdaşlıqda humanitar və sosial gündəliyin güclənməsinə xidmət edir.

İki ölkə arasında 50-dən artıq sənəd imzalandığını diqqətə çatdıran P.Vəliyeva deyib ki, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Memorandum, 2025-ci ildə qüvvəyə minmiş Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi və Birgə Strateji Bəyannamə münasibətlərin hüquqi-siyasi çərçivəsini yeni səviyyəyə çıxarıb. Yaxın perspektivdə Bakı və Əbu-Dabi şəhərləri arasında qardaşlaşma (twinning) münasibətlərinin qurulması da gözlənilir ki, bu da şəhərsalma və urbanizasiya sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq. "City within a City" kimi iri urbanizasiya layihələri, enerji saxlama sistemləri, bank sektoru və aqrar sahədə planlaşdırılan layihələr əməkdaşlığın şaxələndirildiyini göstərir. Xüsusilə Abşeron, Biləsuvar və Neftçala layihələri ilə "yaşıl enerji" gündəliyində BƏƏ-nin aparıcı rolu diqqət çəkir. COP29 çərçivəsində də bu ölkə ilə birgə təşəbbüslər reallaşdırılmışdı.

Azərbaycan-BƏƏ iqtisadi münasibətlərinin sürətlə inkişaf etdiyini vurğulayan deputat bildirib ki, 2025-ci ildə ticarət dövriyyəsinin 88 faizdən çox artması, ixracın iki dəfə yüksəlməsi bu dinamikanın bariz göstəricisidir: "Hazırda Azərbaycanda yüzlərlə BƏƏ şirkəti fəaliyyət göstərir. Qarşılıqlı investisiyalar isə artıq milyardlarla dollarla ölçülür. Enerji sektoru Azərbaycan-BƏƏ əməkdaşlığının əsas sütunlarından biridir. "Masdar", ADNOC və SOCAR arasında imzalanmış sazişlər bərpaolunan enerji, neft-qaz hasilatı və beynəlxalq enerji bazarlarında birgə fəaliyyət üçün möhkəm zəmin yaradır. Abşeron yatağı, "Cənub qaz dəhlizi" və Əbu-Dabidəki investisiyalar bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir. Nəqliyyat sahəsində artan tranzit həcmləri, intensiv hava əlaqələri və turizm axını iki ölkə arasında fiziki və iqtisadi bağlantının gücləndiyini göstərir".

P.Vəliyeva qeyd edib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər artıq klassik ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq strateji, çoxşaxəli və uzunmüddətli tərəfdaşlıq modelinə çevrilib. Siyasi etimad, güclü müqavilə-hüquqi baza, iri investisiya layihələri və ortaq qlobal gündəlik bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyini göstərir. Bu əməkdaşlıq həm regional, həm də qlobal miqyasda dayanıqlı inkişaf və qarşılıqlı fayda prinsiplərinə xidmət edən uğurlu model kimi çıxış edir. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

Milli Məclisin sədri Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb

14:38
25 Mart

BMT-nin Baş katibi: Artıq 400 ildən çoxdur ki, dünyada köləlik nizamı hökm sürür  

14:28
25 Mart

Macarıstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsi açılıb 

14:01
25 Mart

Türkiyənin ilk zirehli SUV avtomobillərinin təhvilinə başlanılıb  

13:58
25 Mart

Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialı təqdim olunub

13:45
25 Mart

Ali Məhkəmə ekoloji hüquqların müdafiəsi ilə bağlı mühüm izahlar verib  

13:21
25 Mart

“Könüllü DOST” proqramı iştirakçılarının sayı 8 minə yaxındır

13:16
25 Mart

Sabahın hava proqnozu açıqlanıb

13:09
25 Mart

Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək - XƏBƏRDARLIQ

12:44
25 Mart

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

12:39
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!