06 Fevral 2026 08:00
295
SİYASƏT
A- A+
İlham Əliyevin sülh missiyası 

İlham Əliyevin sülh missiyası 


Müharibə vəziyyətində olan ölkələr bu təcrübədən yol xəritəsi kimi istifadə edə bilərlər


"...Hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür".

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimindəki çıxışı zamanı Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan ədaləti və barışı öz gücünə təmin etməklə dünya üçün unikal nümunə ortaya qoydu. Bununla sübut etdi ki, bütün çətinliklərə rəğmən nümayiş etdirilən qətiyyətli siyasi iradə sülhü bərqərar etmək iqtidarındadır. Regionda müşahidə olunan de-fakto sülh də buna sübutdur. 

Ötən çərşənbə Prezident İlham Əliyevə Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdim edilməsi isə beynəlxalq aləmin Azərbaycanın ədalətli Zəfərinə  və tarixi sülh missiyasına verdiyi dəyərin rəsmi təsdiqi oldu. 

Bəli, Azərbaycan Prezidenti öz əlləri ilə Cənubi Qafqazda elə bir sülh tağı ucaltdı ki, bu, dünyanın hər yerindən göründü. 


Sülh təşəbbüsünə verilən ali dəyər


Hazırda bəşəriyyətin qarşısında duran ən vacib çağırışlardan biri davamlı sülhün  təmin olunmasıdır. Bu gün dünyanın yenidən bölüşdürülməsi uğrunda böyük güclərin apardıqları siyasi oyunların əksər hallarda bitməyən münaqişələrlə, qanlı müharibələrlə müşayiət olunması təəssüfləndirici gerçəklikdir.  Geopolitik maraqların çarpışdığı çətin dövrdə sülhə xidmət edən liderlərin fəaliyyəti qabarıq şəkildə özünü göstərir. Bu mənada Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi də təsadüfi xarakter daşımırdı. 

Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizin sülh gündəliyinin dünya ictimaiyyəti tərəfindən dəstəklənməsinin bariz göstəricisi olan bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan  "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilib. 

Azərbaycan süni şəkildə dondurulmuş münaqişəni qətiyyətli şəkildə həll etdi. İkinci Qarabağ müharibəsində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü icra edərək ərazilərinin işğalına son qoyan, suverenliyini tam təmin edən ölkə kimi tarixə düşdü. Otuz ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllindən sonra ölkəmizin seçdiyi siyasi  xətt sülh və qarşılıqlı anlaşma oldu. Bir vacib məqamı da vurğulayaq ki, ölkəmiz yalnız regional deyil, beynəlxalq miqyasda da daim sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir və qlobal barışın əldə olunması üçün böyük səy nümayiş etdirir.  Azərbaycan Prezidentinin qlobal sülh səylərinə verilən ali dəyərin təzahürü olan bu mükafat da bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev dünyada sülh yaradan liderlərdən biridir.  

Əbu-Dabidə təşkil olunan təntənəli mükafatlandırma mərasimində Prezident İlham Əliyev bölgədə əldə olunan sülhün vacib əhəmiyyətinə vurğu edərək söylədi ki, bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir: "Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq".

Prezident Donald Trampın rəhbərlik etdiyi ABŞ Adminstrasiyası Azərbaycanın Qafqazdakı sülh səylərini daim dəstəkləyib. Elə bunun nəticəsidir ki, ötən il avqustun 8-də Vaşinqtonda sülh sazişinin mətninin paraflanması ilə regionda davamlı sülh üçün geniş qapılar açılıb.   

Fevralın 4-də keçirilən mükafatlandırılma mərasimində bu vacib məqama diqqət çəkən ölkəmizin rəhbəri Ağ Ev liderinə öz minnətdarlığını bu sözlərlə bildirdi: "Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa da minnətdarlığımı bildirmək istəyirəm. O, 2025-ci il avqustun 8-də üçtərəfli Zirvə görüşünə evsahibliyi etmişdir. Həmin Zirvə görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanmış, həmçinin Birgə Bəyannamə imzalanmışdır. Prezident Tramp şahid qismində həmin sənədi də imzalamış və bununla da üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyulmuşdur".

Ötən il iyulun 10-da Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü Bakının irəli sürdüyü sülh gündəliyinin həyata keçirilməsi istiqamətində dönüş nöqtəsi oldu. Çıxışında bu fakta toxunan Prezident İlham Əliyev söylədi ki, Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimi rəmzi məna daşıyır: "Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir".


Beynəlxalq ehtiramın təzahürü


Vurğuladığımız kimi, Azərbaycanın qətiyyətli səyləri ilə əldə olunan regional sülh beynəlxalq səviyyədə rezonans doğurub. "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimində laureatlara ünvanlanan təbrik videomüraciətlərinin ana xəttini də elə bu nüans təşkil edirdi. 

Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin, Qırğız Prezidenti Sadır Japarovun, Livan Prezidenti Cosef Aunun, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın və İordaniya Haşimilər Krallığının Kralı II Abdullahın "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına təbrik videomüraciətləri nümayiş olunub.

Tədbirdə edilən çıxışlarda, videomüraciətlərdə və səsləndirilən məktublarda Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində əldə olunan razılaşmaların Qafqazın gələcəyində yeni bir səhifə açacağına böyük inam ifadə olunub. 

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin "Xanımlar və cənablar, parçalanma və münaqişələr məngənəsində olan dünyada Prezident Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb, onun gələcəyə yönələn baxışları uzunmüddətli ziddiyyətləri kənara qoyaraq, Ermənistanla tarixi sülh sazişi əsasında sülhə yolun açılmasında, əmin-amanlığın gücləndirilməsində özünü büruzə vermişdir" sözləri Azərbaycan liderinin sülh səylərinə verilən yüksək dəyərin nümunəsidir.

Videomüraciətində Pakistan lideri fikirlərinə əlavə edib: "Biz Prezident İlham Əliyevin müdrik və düşünülmüş rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərdən fəxr hissi duyuruq. O, Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır. Pakistan həmin sazişi nəinki Azərbaycan və Ermənistan, o cümlədən bütöv region üçün yeni əmin-amanlıq və dayanıqlı sülh dövrünün başlanğıcı kimi alqışladı".

Bəli, Prezident İlham Əliyev sülhə aparan yolun ən çətin mərhələlərində belə prinsipial mövqeyindən geri çəkilməyərək onu təmin etmək üçün böyük qətiyyət və səy nümayiş etdirdi. Azərbaycanın sülhpərvər siyasət yürütməsi sayəsində Cənubi Qafqazda rifah və firavanlığın əsası qoyuldu. 

Və ölkəmizin liderinin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi Azərbaycanın haqq və ədalətə əsaslanan mövqeyinin beynəlxalq aləmdə  qəbul edilməsinin təsdiqi kimi qızıl hərflərlə tarixə yazıldı.  


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Əsrin fəlakəti”: Türkiyədə 2023-cü il zəlzələlərinin 53 mindən çox qurbanı anılır  

10:08
06 Fevral

Azərbaycan nefti ucuzlaşıb

10:06
06 Fevral

Tənhalıq geniş yayılmış problemə çevrilib

09:35
06 Fevral

Bakıda 78 ağac sınıb 

09:30
06 Fevral

Stiv UİTKOFF: "Davamlı diplomatik əlaqələr müharibənin sona çatmasına töhfə verir"

09:25
06 Fevral

"Gənclər Paytaxtı"nın rəmzi açarı Goranboya təhvil verildi

09:20
06 Fevral

Amalı gənc nəslin milli ruhda yetişməsinə töhfə verməkdir

09:15
06 Fevral

Qubada milli-mənəvi dəyərlər mövzusunda tədbir keçirilib

09:10
06 Fevral

Xaqani Şirvaninin adını daşıyan köhnə "Molokan bağı"

09:05
06 Fevral

Bənzərsiz ifası ilə sevilirdi

09:00
06 Fevral

Dünya təcrübəsi, Azərbaycan nümunəsi 

08:55
06 Fevral

İşğaldan azad olunan təkcə torpağımız yox, həm də suyumuzdur

08:50
06 Fevral

Azərbaycanın xarici siyasəti milli təhlükəsizlik kontekstində

08:45
06 Fevral

Fransa yenə təəccübləndirmədi

08:40
06 Fevral

Azərbaycan və Ermənistan iqtisadi inteqrasiyaya əsaslanan sülh modelini təşviq edir

08:35
06 Fevral

Ədalətin qələbəsi

08:30
06 Fevral

Yeni metro stansiyaları, tramvay və genişləndiriləcək şəhərətrafı dəmir yolu şəbəkəsi

08:25
06 Fevral

Xalqımızın zəngin dövlətçilik təcrübəsi var

08:20
06 Fevral

Azərbaycanın prinsipial sülh siyasətinə verilən yüksək dəyər

08:15
06 Fevral

Barış və əməkdaşlıq siyasəti

08:10
06 Fevral

Əmin-amanlığın və sabitliyin qətiyyətli təminatçısı

08:05
06 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!