06 Fevral 2026 09:35
288
Elm və texnika
A- A+
Tənhalıq geniş yayılmış problemə çevrilib

Tənhalıq geniş yayılmış problemə çevrilib


Rəqəmsal dövrün ən paradoksal nəsli hesab olunan Z nəsli bu gün ciddi sosial və psixoloji böhranla üz-üzədir. Sosial şəbəkələrdə minlərlə izləyicisi olan, daim onlayn görünən, texnologiya ilə böyüyən bu nəsil eyni zamanda özünü ən tənha hiss edən yaş qrupu kimi önə çıxır. Böyük Britaniyada aparılan son araşdırmalar göstərir ki, tənhalıq artıq Z nəsli üçün fərdi hiss yox, geniş yayılmış sosial problemə çevrilib. Bu tənhalıq isə gəncləri getdikcə daha çox emosional dəstək və ünsiyyət üçün süni intellektə, xüsusən də çatbotlara yönəldir.

Böyük Britaniya Milli Statistika İdarəsinin məlumatlarına görə, 16-29 yaş arası gənclərin 33 faizi özlərini tez-tez tənha hiss etdiklərini bildirirlər. 1997-2012-ci illər arasında doğulan və "ilk rəqəmsal nəsil" kimi xarakterizə edilən Z nəslinin bu göstəriciləri təkcə statistika deyil, eyni zamanda dərin psixoloji və sosial problemlərin xəbərçisidir.

Tənhalıq hissinin artmasında CovId-19 pandemiyasının xüsusi rolu olduğu qeyd edilir. Karantin dövrləri, sosial məsafə, onlayn oxuma və işləmə bir çox gəncin real ünsiyyət bacarıqlarını zəiflədib. Pandemiya dövründə yetkinliyə çatan gənclər üçün sosiallaşma təbii proses olmaqdan çıxıb, çətin və narahatedici bir sınağa çevrilib. BBC-yə danışan 22 yaşlı rejissor Sem Tullen bu dövrün təsirlərini "rəqəmsal olaraq əlaqəli, amma sosial cəhətdən təcrid olunmuş bir nəsil" kimi xarakterizə edir. Bu vəziyyətin real insan hekayələrində necə təzahür etdiyini "Tənha Nəsil" adlı sənədli filmdə görmək mümkündür. Filmdə Mançesterdə yaşayan Peysli adlı gəncin hekayəsi xüsusi diqqət çəkir. O, məktəbi bitirdikdən dərhal sonra evdən işləməyə başladığını və bunun onun sosial bacarıqlarını daha da zəiflətdiyini deyir. Peysli özünü çaşqın hiss etdiyini, insanlarla necə ünsiyyət quracağını bilmədiyini etiraf edir. Bu boşluqda isə o, emosional dəstək üçün "ChatGPT"yə üz tutub. Onun sözlərinə görə, robotla danışmaq ən asan əlaqə nöqtəsi idi. Belə ki, o, mühakimə olunmadan cavab alırdı.

Araşdırmalar göstərir ki, Peyslinin hekayəsi istisna deyil. "Onside" xeyriyyə təşkilatının hesabatına əsasən, Böyük Britaniyada 11-18 yaş arası gənclərin 39 faizi emosional dəstək və məsləhət üçün çatbotlardan istifadə edir. 5000-dən çox gənc arasında aparılan sorğuda Şimal-Qərbi İngiltərədə respondentlərin 21 faizi süni intellektlə danışmağın insanla danışmaqdan daha asan olduğunu bildirib. Bu rəqəmlər süni intellektin gənclərin həyatında təkcə texnoloji alət deyil, emosional sığınacaq rolunu oynadığını göstərir.

Mütəxəssislər bu tendensiyanın təhlükəli tərəflərinə diqqət çəkirlər. Onların sözlərinə görə, süni intellekt sürətli, əlçatan və həmişə "dinləyən" olduğu üçün gəncləri cəlb edir. Amma o, insan münasibətlərini əvəz edə bilməz. Bəzi gənclər çatbotlardan aldıqları məlumatları şübhəsiz doğru qəbul edir və bu, xüsusilə emosional və psixoloji mövzularda ciddi risklər yaradır.

Böyük Britaniyanın Mançester Universitetinin süni intellekt üzrə akademiki Dr. Æennifer Cearns isə problemin daha dərin psixoloji tərəfinə diqqət çəkir. O bildirir ki, çatbotların daim nəzakətli, etirazsız və təsdiqləyici olması gənclərin inkişafı üçün təhlükəli ola bilər. Belə ki, süni intellekt adətən dediklərinizə qarşı çıxmır, sorğu-sual etmir. Bu isə bir növ güzgü ilə danışmaq hissi yaradır. Real həyatda qarşılaşdıqları fikir ayrılıqları, sərhədlər və mübahisələr gənclərin emosional yetkinliyi üçün olduqca vacibdir.

Z nəslinin üzləşdiyi problemlər təkcə tənhalıqla məhdudlaşmır. Bu nəsil eyni zamanda dərin tükənmişlik hissi ilə yaşayır. Bir çox gənc özünü "başlamazdan əvvəl yorulmuş" kimi təsvir edir. Bunun əsas səbəblərindən biri üzərlərindəki davamlı müvəffəqiyyət və mükəmməllik təzyiqidir. Ailə, cəmiyyət və sosial media gənclərdən eyni anda akademik uğur, ideal karyera, aktiv sosial həyat və onlayn populyarlıq gözləyirlər. Bu gözləntilər isə real insan imkanlarını çox vaxt aşır.

Sosial media bu təzyiqi daha da gücləndirir. Gənclər daim başqalarının "mükəmməl" həyatlarını izləyir, özlərini onlarla müqayisə edir və nəticədə öz həyatlarını yetərsiz hesab edirlər. Bu davamlı müqayisə emosional tükənməyə və depressiyaya yol aça bilər. Z nəsli üçün "yaxşı olmaq" artıq kifayət etmir, onlar "daim ən yaxşı olmaq" məcburiyyəti ilə yaşayırlar.

Buna əlavə olaraq, Z nəsli COVID-19 pandemiyası, iqlim dəyişikliyi, iqtisadi qeyri-sabitlik və siyasi gərginliklər kimi qlobal problemlərlə formalaşıb. Gələcəyə dair qeyri-müəyyənlik hissi gənclərin psixoloji yükünü daha da artırır. Onlar bir tərəfdən uğurlu olmağa çalışır, digər tərəfdən isə bu uğurun mənasının nə olduğunu sual edirlər. Bu qədər təzyiq altında sosial əlaqələri qorumaq çətinləşir. Stres və tükənmişlik gənclərin ünsiyyətə marağını azaldır, nəticədə təcrid və yalnızlıq hissi daha da dərinləşir. İnsanlarla əlaqə qurmaqdan çəkinən gənclər bu boşluğu texnologiya ilə doldurmağa çalışırlar.

Mütəxəssislər hesab edirlər ki, bu vəziyyətdən çıxış yolu mövcuddur, lakin bu, təkcə gənclərin üzərinə düşən məsuliyyət deyil. Z nəsli üçün daha realist və əldə edilə bilən hədəflər müəyyən etmək vacibdir. Psixoterapiya və peşəkar məsləhət dəstəyi emosional sağlamlığın qorunmasında mühüm rol oynaya bilər. Meditasiya, nəfəs məşqləri və digər rahatlama texnikaları stresin azaldılmasına kömək edə bilər. Sosial media istifadəsinin şüurlu şəkildə məhdudlaşdırılması isə real dünyada münasibətlərin güclənməsinə şərait yaradır. Ən əsası isə ailə və dost dəstəyidir. Gənclərin özlərini başa düşülmüş hiss etməsi, tənha olmadıqlarını bilməsi psixoloji sağlamlıq üçün həlledici amildir. Z nəslinə mükəmməllik standartlarının dəyişdirilə bilən və insanın dəyərinin təkcə nailiyyətlərlə ölçülmədiyi mesajını vermək vacibdir.

Z nəslinin yaşadığı tənhalıq və tükənmişlik hissi müasir cəmiyyətin yaratdığı təzyiqlərin bir nəticəsidir. Bu problemləri görməzdən gəlmək əvəzinə onları anlamaq və həll yolları axtarmaq cəmiyyətin üzərinə düşən əsas vəzifələrdən biridir. Əks halda getdikcə daha da tənhalaşan bir nəsil ilə üz-üzə qalacağıq.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Əsrin fəlakəti”: Türkiyədə 2023-cü il zəlzələlərinin 53 mindən çox qurbanı anılır  

10:08
06 Fevral

Azərbaycan nefti ucuzlaşıb

10:06
06 Fevral

Tənhalıq geniş yayılmış problemə çevrilib

09:35
06 Fevral

Bakıda 78 ağac sınıb 

09:30
06 Fevral

Stiv UİTKOFF: "Davamlı diplomatik əlaqələr müharibənin sona çatmasına töhfə verir"

09:25
06 Fevral

"Gənclər Paytaxtı"nın rəmzi açarı Goranboya təhvil verildi

09:20
06 Fevral

Amalı gənc nəslin milli ruhda yetişməsinə töhfə verməkdir

09:15
06 Fevral

Qubada milli-mənəvi dəyərlər mövzusunda tədbir keçirilib

09:10
06 Fevral

Xaqani Şirvaninin adını daşıyan köhnə "Molokan bağı"

09:05
06 Fevral

Bənzərsiz ifası ilə sevilirdi

09:00
06 Fevral

Dünya təcrübəsi, Azərbaycan nümunəsi 

08:55
06 Fevral

İşğaldan azad olunan təkcə torpağımız yox, həm də suyumuzdur

08:50
06 Fevral

Azərbaycanın xarici siyasəti milli təhlükəsizlik kontekstində

08:45
06 Fevral

Fransa yenə təəccübləndirmədi

08:40
06 Fevral

Azərbaycan və Ermənistan iqtisadi inteqrasiyaya əsaslanan sülh modelini təşviq edir

08:35
06 Fevral

Ədalətin qələbəsi

08:30
06 Fevral

Yeni metro stansiyaları, tramvay və genişləndiriləcək şəhərətrafı dəmir yolu şəbəkəsi

08:25
06 Fevral

Xalqımızın zəngin dövlətçilik təcrübəsi var

08:20
06 Fevral

Azərbaycanın prinsipial sülh siyasətinə verilən yüksək dəyər

08:15
06 Fevral

Barış və əməkdaşlıq siyasəti

08:10
06 Fevral

Əmin-amanlığın və sabitliyin qətiyyətli təminatçısı

08:05
06 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!