06 Fevral 2026 08:20
178
Mədəniyyət
A- A+
Xalqımızın zəngin dövlətçilik təcrübəsi var

Xalqımızın zəngin dövlətçilik təcrübəsi var


Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. 

Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı. 

Müasir şəraitdə elmin qarşısında dayanan vəzifələrdən biri də sarsılmaz milli müstəqil dövlətçilik düşüncəsi aşılayan əsərlərin yazılmasıdır. Bundan ötrü tarixi müqayisəli üsulla millətimizin qədim və zəngin dövlətçilik təcrübəsinə nəzər yetirmək, haradan-haraya gəldiyini bilmək və onlardan ibrət dərsləri almağı aşılayan kitablar müstəsna əhəmiyyət daşıyır. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun məsləhətçisi və Ali Məclis Sədrinin müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayevin müəllifi olduğu "Konstitusiya, suverenlik və yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar və gələcəyə baxış" adlı kitab diqqəti cəlb edir. Əsər Prezident İlham Əliyev tərəfindən "Konstitusiya və Suverenlik İli" elan edildiyi 2025-ci ildə yazılıb və mühüm əhəmiyyət kəsb edir.  

Yeni çap olunan kitabın elmi redaktoru Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, professor Ziyafət Əsgərov, ön sözün müəllifi Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, AMEA-nın müxbir üzvü Musa Qasımlı, rəyçiləri isə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadədir. 

III fəsil və nəticədən ibarət olan kitabın Azərbaycan Konstitusiyası: tarixi irsin, yeni çağırışların, strateji hədəflərin hüquqi tənzimlənməsi adlı I fəslində müəllif qeyd etmişdir ki, Azərbaycanda konstitusiya quruluşunun əsası 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə qoyulmuşdur. Ondan əvvəlki dövrlərdə idarəçilik şəriət qaydalarına  əsaslanmış, müasir mənada konstitusiya mövcud olmamışdır. Şimali Azərbaycanda çar Rusiyası qanunları, Cənubi Azərbaycanda isə 1906-cı il "Qanun-i Əsasi" tətbiq edilsə də, bunlar müasir konstitusiya nümunəsi sayıla bilməzdi. Azərbaycan milli dövlətçiliyində konstitusionalizmin ilk nümunəsi 1918-ci ildə qəbul olunmuş "İstiqlal Bəyannaməsi"dir. Müəllif  bu sənəddə müstəqil, demokratik və parlamentli respublikanın əsas prinsiplərinin müəyyən edildiyini, vətəndaş hüquq və azadlıqlarını, hakimiyyət bölgüsünün və milli suverenliyin bəyan edildiyini vurğulamışdır. Onun fikrincə, bu sənəd tam Konstitusiyanı əvəz etməsə də, Azərbaycan Xalq Cümhuriyyətində müasir konstitusion dövlət quruculuğunun siyasi və hüquqi təməlini qoymuşdur. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti demokratik, hüquqi dövlət quruculuğu sahəsində möhkəm təməl yaratmış, bu dəyərlər sonradan müstəqil Azərbaycan Respublikasının bərpası üçün tarixi və hüquqi əsas rolunu oynamışdır. 

Müəllif birinci fəsildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Konstitusiyanın qəbuluna imkan olmadığından, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının hazırlanması və qəbulunda Ümummilli Lider Heydər Əliyevin həlledici rolundan bəhs etmiş və onun rəhbərliyi ilə Azərbaycan dilinin konstitusion statusunun tanındığını, milli maraqların qorunduğunu vurğulamışdır. 1978-ci il tarixli Konstitusiyanı respublikanın Əsas Qanunu olmaqla yanaşı, eyni zamanda Heydər Əliyevin müstəqil, suveren, bütöv Azərbaycan strategiyasının əsas "yol xəritəsi" kimi təqdim edilmişdir.  

Müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanması tələbi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında nəzərdə tutulduğu müəllif tərəfindən xüsusi olaraq qeyd edilmişdir. Hətta bundan əvvəl, 1991-ci ilin 9 fevralında Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Azərbaycanın yeni Konstitusiyasının hazırlanması üçün 74 nəfərdən ibarət komissiyanın da yaradılması ilə bağlı məlumat vermiş, lakin bu istiqamətdə heç bir əməli işin görülmədiyini qeyd etmişdir. Daha sonra müəllif bildirmişdir ki, Ulu Öndər  Heydər Əliyev hakimiyyətə gəldiyi dövrdən qısa bir zaman keçməsinə baxmayaraq, Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması üçün fəaliyyətə başlamışdır. 1995-ci ilin iyulunda Azərbaycan Respublikası Milli Məclisinin iclasında Prezident Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiyasının layihəsini hazırlamaqla məşğul olan dövlət komissiyası təşkil edilmişdir. Bu komissiyaya ölkəmizin görkəmli alimləri, hüquqşünaslar, mütəxəssislər, ziyalılar, rəhbər işçilər daxil edilmişdir. Ümummilli Liderin rəhbərliyi altında çalışan komissiya gərgin fəaliyyətdən sonra layihə üzərində işi başa çatdırmış və bu sənədi ümumxalq müzakirəsinə təqdim etmişdir. Konstitusiya layihəsi 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq səsverməsində - referendumda ölkə seçicilərinin 86 faizinin iştirakı ilə 91,9 faiz səslə qəbul edilmişdir. 

Əsərin II fəsilində möhkəm təmələ əsaslanan qüdrətli suverenlik kursundan, Prezident İlham Əliyevin suverenlik prioritetlərindən, "Qarabağ Azərbaycandır və Nida"nın Zəfər çağırışlarından, suverenliyin "dəmir yumruq" təminatından söhbət açılır. Müəllif həmçinin Azərbaycanın və ümumən Cənubi Qafqaz regionunun tarixində müstəsna əhəmiyyətə malik hadisə baş verdiyini: 8 avqust 2025-ci ildə Vaşinqtonda, Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla Birgə Bəyannamə imzaladığını və Azərbaycanla Ermənistan arasında sülh sazişinin layihəsinin paraflandığını qeyd etmiş, Azərbaycanla Ermənistan arasında uzun illərdən sonra əbədi sülhün əldə olunmasına, bölgəmizdə bütün tərəflər üçün qarşılıqlı əməkdaşlıq, dayanıqlı inkişaf mühitinin yaranmasına, bu torpaqlarda yaşayan insanların rifah və xoşbəxtliyinə yol açan belə mühüm addımla Cənubi Qafqazda yeni strateji dövr başlandığını vurğulamışdır. Tarixçi alim Vətən müharibəsindəki Zəfərimizin ilk rəsmi təsdiqinin 10 noyabr Bəyanatında Azərbaycan liderinin sülh gündəliyinə daxil etməyə müyəssər olduğunu "Zəngəzur dəhlizi" layihəsinin cənab İlham Əliyevin Qafqaza dayanıqlı sülh və davamlı inkişaf gətirmək missiyasının son dərəcə əhəmiyyətli parçası olduğunu yazmışdır. Bütün bunlarla yanaşı, müəllif haqlı olaraq vurğulamışdır ki, Prezident İlham Əliyev hərb meydanındakı nailiyyətlərini paralel olaraq beynəlxalq diplomatiya arenasında da çox dəqiqliklə yürütmüşdür. Müəllif Vətən müharibəsindəki Zəfərimizdən dərhal sonra azad Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq tədbirlərinin başlandığından, bu ərazilərdə Azərbaycanın ümumi inkişaf axarına qovuşması üçün zəruri addımların atılmasından bəhs etmişdir.        

Sonuncu - "Yeni siyasi konfiqurasiya: dayanıqlı inkişafın və milli birliyin etibarlı təməli" adlanan III fəsildə isə yeni tarixi mərhələdə yeni siyasi konfiqurasiya, Heydər Əliyev siyasi arxitekturası, siyasi islahatlarda yeni prioritet: siyasi konfiqurasiyanın modernləşməsi, siyasi sistemin möhkəmlənməsi, tarixi ədalətin bərpası, Qərbi Azərbaycana Qayıdış: yeni siyasi konfiqurasiyanın antiazərbaycançı şəbəkəyə böyük zərbələri və IV Sənaye İnqilabı Dövrünün siyasi konsepsiyası geniş təhlil edilmişdir. Müəllif yazır: "5 il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən böyük Zəfərin yaratdığı reallıqlar Azərbaycanın tarixində dönüş mərhələsi olduğu kimi, yeni hədəflərin müəyyənləşməsini də zərurətə çevirdi. Ölkədə bütün sahələrdə aparılan islahatlar daha geniş miqyas və yeni format almış, dövlət quruculuğu prosesində müasir metod və təkmil nümunələrdən istifadə olunmuşdur. Əldə edilən effektiv və səmərəli nəticələr dövlətin qüdrətinə, xalqın rifahına, vətəndaşın inam və güvəninə müsbət təsir göstərmişdir. Respublikamızda böyük çətinliklə əldə olunan sabitlik sonradan möhtəşəm iqtisadi sıçrayışın və sosial inkişafın təməli, bu nailiyyətlər isə tarixin ən qüdrətli Azərbaycanının və ən böyük Zəfərinin təminatçıları oldular. Bu gün respublikamız Prezident İlham Əliyevin liderliyi ilə Avrasiya məkanının ən əsas enerji, təhlükəsizlik, nəqliyyat-logistika aktorlarından birinə çevrilərək, etibarlı qlobal əməkdaşlıq platforması kimi qəbul edilir. Avropadan Asiyaya, dənizaşırından Afrikayadək dövlətlərin rəhbərləri Prezident İlham Əliyevi güvənilən lider, sınanmış partnyor, səmimi dost elan ediblər".  

Kitabda 2019-cu ildən ölkədə siyasi sistemdə yeni siyasi yol xəritəsinın hazırlanmasından, Prezident İlham Əliyevin müəyyən etdiyi və müəllifi olduğu yeni siyasi konfiqurasiya xəttinə uyğun siyasi partiyalarla iş sahəsində önəmli addımlardan, ölkədəki siyasi dialoqdan, milli həmrəylikdən, partiyaların dövlət qeydiyyatına alınıb qurultaylarının keçirilməsindən bəhs edilir. Həmçinin ölkədə yeni siyasi kofiqurasiyanın müəyyən olunduğu bir vaxtda "Siyasi partiyalar haqqında" yeni qanunun olması zərurəti ilə 20-yə yaxın ölkənin təcrübəsi və Venesiya Komissiyasının Azərbaycana göndərdiyi tövsiyələr əsasında təkmil bir formada layihənin hazırlanmasından geniş söhbət açılır. Əsərdə də qeyd olunduğu kimi, cənab İlham Əliyev dövlətinin və xalqının sabahını yalnız sədr olduğu partiyanın və lideri olduğu iqtidarın maraqları baxımından dəyərləndirmir. O, əsl milli lider, böyük vətənpərvər, tarix yaradan və yazan rəhbər kimi Azərbaycan dövlətini və xalqını dünyanın ən güclüləri, ən müasirləri sırasına çıxarmağı məqsəd seçib. O, Azərbaycanın qarşıdakı beş ilini, on ilini düşünmür, onun hədəfləri əsrləri əhatə edir. Bu gün təməlini atdığı və artıq nəticələrini gördüyü enerji layihələri, nəqliyyat-logistik təşəbbüsləri, iqtisadi planları, sosial məqsədləri necə ki əsrlər sonra da Azərbaycanı qüdrətli və rifahlı edəcək, eləcə də onun siyasi islahatları, yaratdığı yeni siyasi konfiqurasiya respublikamızı onilliklər sonra da dünyanın ən modern, demokratik ölkələri sırasında qərarlaşdıracaq. Siyasi sistemdə islahatlar Prezident İlham Əliyevin yaratdığı tarixin ən qüdrətli Azərbaycanında yeni siyasi münasibətləri formalaşdıran, ölkədə vətəndaş həmrəyliyini və milli birliyi davamlı möhkəmləndirən əsas amillərdəndir. Bəli, yeni dialoq modeli ilə iqtidar-müxalifət münasibətlərində uzun müddət davam edən ətalət dövrü bitdi, siyasi sistemdə böyük canlanma yarandı. Müxalifət partiyaları anladılar ki, yeni siyasi konfiqurasiyada onlardan tələb olunan şərt heç də iqtidarın nəzarətinə keçmək yox, yalnız və yalnız ümummilli məsələlərdə vahid mövqe nümayiş etdirməkdir. "Milli Şura" adlı antimilli cəfəng qurumda toplaşan qaragüruh istisna olmaqla, siyasi spektrin bütün çalarları Prezidentin dialoq təşəbbüsünə müsbət cavab verdilər. 

Əsərin  nəticə hissəsində müəllif Konstitusiyanı dövlətin siyasi-hüquqi sisteminin əsasını təşkil edən ali normativ sənəd adlandıraraq Azərbaycan konstitusionalizminin başlanğıcını 1918-ci il "İstiqlal Bəyannaməsi" ilə qoyulduğunu qeyd edir. Müəllif  1978-ci il Konstitusiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsini milli dövlətçilik tarixində mühüm dönüş nöqtəsi hesab edir. "2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında əldə olunan tarixi qələbələr Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir", - deyən tarixçi alim Konstitusiyanın real icra müstəvisinə keçidini qeyd etmişdir. O daha sonra vurğulayır ki, tarixi zəfər Azərbaycanın regional və qlobal mövqeyini gücləndirmiş, Zəngəzur dəhlizi kimi strateji layihələri aktuallaşdırmış, Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə müttəfiqliyi yeni mərhələyə yüksəlmişdir.

Postmüharibə dövründə həyata keçirilən "Böyük qayıdış" proqramından, Qarabağ və Şərqi Zəngəzurun bərpasından, "Azərbaycan 2030" Milli Prioritetləri və yeni siyasi konfiqurasiya islahatlarından bəhs edən müəllif dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsini, milli həmrəyliyin güclənməsini diqqətə çatdırır, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan yeni siyasi yol xəritəsi haqqında danışarkən Azərbaycanın müasir, suveren və dayanıqlı dövlət kimi inkişafını təmin edən əsas strateji çərçivə haqqında yüksək elmi təhlil ortaya qoyur. Kitabda Azərbaycanın konstitusiya, suverenlik və siyasi sistem quruculuğu tarixi, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf strategiyasının real nəticələri, respublikamızda son 30 ildən artıq dövrdə həyata keçirilən düzgün iqtisadi-sosial, siyasi, hüquqi, xarici siyasətin təntənəsi, Azərbaycanın çağdaş siyasi tarixinə yeni missiya ilə daxil olan cənab İlham Əliyevin milli dövlət quruculuğu və siyasi idarəçiliyinin şərəfli mərhələsi, onlardan çıxan nəticələrin ümumiləşdirilməsi müfəssəl təsəvvürün formalaşmasına xidmət edir. 

Hesab edirəm ki, "Konstitusiya, Suverenlik və Yeni siyasi konfiqurasiya: tarixi irs, müasir çağırışlar, gələcəyə baxış" kitabı elm və təhsil ictimaiyyəti, tədqiqatçılar, politoloqlar, xüsusən də gənc nəsil üçün dəyərli vəsaitdir. Kitabın oxucularda özünə inam, milli qürur və müstəqil milli dövlətçilik hisslərini artıracağına inanırıq.


 Anar İSGƏNDƏROV,

Milli Məclisin Elm və təhsil komitəsinin  sədri, tarix elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Əsrin fəlakəti”: Türkiyədə 2023-cü il zəlzələlərinin 53 mindən çox qurbanı anılır  

10:08
06 Fevral

Azərbaycan nefti ucuzlaşıb

10:06
06 Fevral

Tənhalıq geniş yayılmış problemə çevrilib

09:35
06 Fevral

Bakıda 78 ağac sınıb 

09:30
06 Fevral

Stiv UİTKOFF: "Davamlı diplomatik əlaqələr müharibənin sona çatmasına töhfə verir"

09:25
06 Fevral

"Gənclər Paytaxtı"nın rəmzi açarı Goranboya təhvil verildi

09:20
06 Fevral

Amalı gənc nəslin milli ruhda yetişməsinə töhfə verməkdir

09:15
06 Fevral

Qubada milli-mənəvi dəyərlər mövzusunda tədbir keçirilib

09:10
06 Fevral

Xaqani Şirvaninin adını daşıyan köhnə "Molokan bağı"

09:05
06 Fevral

Bənzərsiz ifası ilə sevilirdi

09:00
06 Fevral

Dünya təcrübəsi, Azərbaycan nümunəsi 

08:55
06 Fevral

İşğaldan azad olunan təkcə torpağımız yox, həm də suyumuzdur

08:50
06 Fevral

Azərbaycanın xarici siyasəti milli təhlükəsizlik kontekstində

08:45
06 Fevral

Fransa yenə təəccübləndirmədi

08:40
06 Fevral

Azərbaycan və Ermənistan iqtisadi inteqrasiyaya əsaslanan sülh modelini təşviq edir

08:35
06 Fevral

Ədalətin qələbəsi

08:30
06 Fevral

Yeni metro stansiyaları, tramvay və genişləndiriləcək şəhərətrafı dəmir yolu şəbəkəsi

08:25
06 Fevral

Xalqımızın zəngin dövlətçilik təcrübəsi var

08:20
06 Fevral

Azərbaycanın prinsipial sülh siyasətinə verilən yüksək dəyər

08:15
06 Fevral

Barış və əməkdaşlıq siyasəti

08:10
06 Fevral

Əmin-amanlığın və sabitliyin qətiyyətli təminatçısı

08:05
06 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!