06 Fevral 2026 08:35
952
SİYASƏT
A- A+
Azərbaycan və Ermənistan iqtisadi inteqrasiyaya əsaslanan sülh modelini təşviq edir

Azərbaycan və Ermənistan iqtisadi inteqrasiyaya əsaslanan sülh modelini təşviq edir


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən növbəti görüş göstərir ki, tərəflər danışıqlar prosesini regional vasitələrdən kənar birbaşa praqmatik formatda davam etdirmək niyyətindədirlər. Bu görüş eyni zamanda hər iki ölkənin dialoqu davam etdirməyə üstünlük verdiyini təsdiqlədi. 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad Abdullayev "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, hər iki ölkə rəhbəri əsas məqsədin sülh müqaviləsinin imzalanması və regionda postmünaqişə reallıqlarının hüquqi çərçivəyə salınması olduğunu bəyan edirlər: "Sülh mühitinin formalaşması istiqamətində artıq gözlə görülə biləcək əlamətlər mövcuddur. Azərbaycan Ermənistan üçün tranzit imkanlarını açmaqla sülhə yönəlik niyyətini praktiki addımlarla nümayiş etdirir. Azərbaycan üzərindən taxıl Ermənistana daşınır və ölkəmizdən neft məhsulları tədarük olunur. Eyni zamanda Ermənistandan Azərbaycan istiqamətində bəzi məhsulların ixracı ilə bağlı danışıqlar aparılır. Bu proses iqtisadi və texniki xarakter deyil, siyasi məna daşıyır. Bu hər iki ölkə rəhbərliyinin regionda qarşıdurma deyil, iqtisadi və nəqliyyat inteqrasiyasına əsaslanan sülh modelini təşviq etdiyini göstərir". 

Siyasi şərhçi qeyd edib ki, son zamanlar Paşinyanın çıxışlarında, xüsusilə BƏƏ-də "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimetmə mərasimində sülhlə bağlı açıqlamaları qarşı tərəfin də müəyyən mənada xoş niyyətindən xəbər verir. Ermənistanda bu konstruktiv mövqeyin ortaya çıxması bir neçə amillə bağlıdır. 

F.Abdullayevin fikrincə, bunların əsas səbəbi Ermənistanın regional təcriddən çıxmaq istəyi və iqtisadi imkanlar əldə etmək üçün Azərbaycanla münasibətlərinin normalaşmasının alternativsiz olduğunu dərk etməsidir: "Ermənistan Azərbaycandan daxil olan avtomobil yanacağının iqtisadi effektini hiss edir və anlayır ki, sülh sazişi  bağlandıqdan sonra ölkə üçün yeni iqtisadi imkanlar və bununla bağlı sosial rifah perspektivləri açılacaq. BƏƏ-də keçirilən görüşdə yalnız rəsmi siyasi dialoqun deyil, həmçinin vətəndaş cəmiyyətləri arasında olan danışıqların əhəmiyyəti də vurğulanıb. Çünki uzun illər davam etmiş münaqişə yalnız dövlətlərarası deyil, həmçinin cəmiyyətlərarası münasibətləri də zədələyib. Vətəndaş cəmiyyətləri, ekspertlərin və qeyri-hökumət aktorlarının dialoqa cəlb edilməsi etimad mühitinin  formalaşmasına xidmət edir. Bu istiqamətdə atılan addımlar göstərir ki, tərəflər sülhü yalnız sənəd üzərində deyil, cəmiyyətlərin şüurunda da möhkəmləndirmək istəyirlər. Məhz buna görə BƏƏ-dəki görüşdə bu komponentin ayrıca qeyd olunması prosesi daha geniş və perspektivli dövrdə davam etdirmək baxımından əhəmiyyətli siqnal kimi dəyərləndirilə bilər". 

Siyasi şərhçi bildirib ki, iki ölkə arasında sülhün tam bərpa olunması və sazişin bağlanmasının təmin edilməsi üçün Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması zəruridir.  Azərbaycanın bu məsələdə mövqeyi aydın və dəyişməzdir. Onu da əlavə edək ki, Azərbaycanın irəli sürdüyü tələblər əsaslı xarakter daşıyır. Hazırda Ermənistanda faktiki seçkiqabağı vəziyyət formalaşır. "Ermənistanda müxalif qüvvələrin əhəmiyyətli hissəsi revanşizm mövqeyindən çıxış edir və sülh prosesinə açıq şəkildə qarşıdırlar. Məhz buna görə də Azərbaycan sülh sazişinin yalnız bəyanatlarla deyil, hüquqi mexanizmlərlə möhkəmləndirilməsini tələb edir", - deyə o əlavə edib.

F.Abdullayev vurğulayıb ki, Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə olan istinadda Azərbaycana olan ərazi iddialarının aradan qaldırılması tələbi də bu kontekstdən irəli gəlir. Ermənistanın ədliyyə naziri yeni konstitusiya mətninin təxminən 6 ay ərzində hazırlanacağını bəyan edib. Lakin ölkə daxilindəki mövcud ictimai-siyasi vəziyyət nəzərə alınarsa, bu prosesin nə dərəcədə stabil və ardıcıl həyata keçiriləcəyi sual doğurur. Bu baxımdan Azərbaycan üçün əsas meyar Ermənistan rəhbərliyinin səsləndirdiyi bəyanatlar deyil, İrəvanın hüquqi müstəvidə atacağı konkret addımlardır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!