05 Noyabr 2026 18:08
81
Səhiyyə
A- A+
Balqabaq toxumundakı maddə əzələlərin bərpasını sürətləndirə bilər  

Balqabaq toxumundakı maddə əzələlərin bərpasını sürətləndirə bilər  


Rusiyalı tədqiqatçılar balqabaq toxumlarında və qəhvə dənələrində olan triqonellin maddəsinin işemiya və qan dövranının bərpası zamanı əzələ hüceyrələrini kütləvi məhv olmaqdan qoruduğunu aşkar ediblər. Rusiya Elmi Fondunun (REF) mətbuat xidmətinin məlumatına görə, bu kəşf işemiyadan sonra xəstələrin daha sürətli sağalmasına kömək edə biləcək yeni preparatların hazırlanmasına yol aça bilər.

Mari Dövlət Universitetinin (Yoşkar-Ola) dosenti Anastasiya Stepanovanın sözlərinə görə, aparılan tədqiqatlar triqonellinin gələcəkdə ətrafların zədələnməsindən və normal qan dövranının müvəqqəti dayandırıldığı cərrahi əməliyyatlardan sonra xəstələrin daha tez bərpa olunmasına kömək edə biləcək sadə və əlçatan vasitənin əsasını təşkil edə biləcəyini göstərir. Tədqiqatçıların izahına görə, işemiya zamanı toxumalara qan axınının dayanması hüceyrələrin kütləvi məhvinə səbəb olur. Lakin təhlükə qan dövranı bərpa edildikdən sonra da davam edir. Belə ki, toxumalara yenidən oksigenlə zəngin qanın daxil olması oksidləşdirici maddələrin (oksidantların) miqdarını kəskin artırır. Bu maddələr hüceyrə membranlarını zədələyir və hüceyrələrdə kalsiumun həddindən artıq toplanmasına səbəb olur. Bu proses xüsusilə əzələ hüceyrələrinə ciddi zərər verir.

Rusiyalı alimlər müəyyən ediblər ki, bu zədələnmələrin qarşısını müəyyən dərəcədə triqonellin vasitəsilə almaq mümkündür. Triqonellin balqabaq toxumlarında və qəhvə dənələrində olan təbii alkaloiddir. O həmçinin insan orqanizmində B3 vitamininin (niasinin) mübadiləsi zamanı az miqdarda əmələ gəlir. Əvvəlki tədqiqatlarda bu maddənin işemiya zamanı beyin hüceyrələrini məhv olmaqdan qoruduğu göstərilmişdi. Bu nəticə alimləri triqonellinin əzələ toxumasına təsirini də araşdırmağa sövq edib.

Tədqiqat çərçivəsində siçovullar üzərində bir sıra eksperimentlər aparılıb. Alimlər heyvanların ətraflarında qan dövranını iki saat müddətinə dayandırıblar. Nəticələr göstərib ki, triqonellin inyeksiyaları əməliyyatdan sonra əzələlərin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bu təsir qan dövranı bərpa olunarkən hüceyrələrin əsas enerji mənbəyi hesab edilən mitoxondrilərin zədələnməsinin qarşısının alınması ilə əlaqələndirilib.

Məlum olub ki, triqonellin mitoxondrilərin kalsiumu emal etmək qabiliyyətini bərpa edir. Nəticədə hüceyrələrdə kalsiumun həddindən artıq toplanmasının və mitoxondrilərin zədələnməsinin qarşısı alınır. Bu isə əzələlərin daha sürətli bərpasına və təcrübədə iştirak edən heyvanların hərəkət qabiliyyətinin daha tez geri qayıtmasına şərait yaradır. Alimlər ümid edirlər ki, hərtərəfli təhlükəsizlik və effektivlik sınaqlarından sonra triqonellin insanlarda da oxşar müsbət təsir göstərə bilər.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İranla bağlı qeyri-müəyyənlik fonunda neftin qiyməti artır

11:14
06 Noyabr

Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib  

10:49
06 Noyabr

Paytaxtda avtobuslarla sərnişindaşımada rekord göstərici qeydə alınıb

10:29
06 Noyabr

Azərbaycan neftinin qiyməti 107 dollara çatır

10:13
06 Noyabr

Qızıl və gümüş ucuzlaşır

10:13
06 Noyabr

Neft bahalaşıb

10:12
06 Noyabr

Azərbaycan əsgərinin Şuşaya daxil olması üçün hər gün dua edirdim – Litvalı jurnalist Riçardas Lapaytis 

09:59
06 Noyabr

Sudan sərhədində atışmada iki Misir hərbçisi həlak olub

09:55
06 Noyabr

UEFA Avropa Liqası: “Yuventus” və “Marsel” səfərdə qalib gəlib

09:52
06 Noyabr

Qocalmanı ləngitmək mümkündürmü?

09:35
06 Noyabr

UEFA Konfrans Liqası: “Trabzonspor” öz meydanında məğlub olub, “Kayrat” səfərdə xal qazanıb  

09:32
06 Noyabr

ABŞ Prezidenti: Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq

09:31
06 Noyabr

S.Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib

09:30
06 Noyabr

Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm  

09:29
06 Noyabr

Gözəl nitq də bir zənginlikdir

09:25
06 Noyabr

Xınalıq kəndinə 15 santimetr qar yağıb

09:24
06 Noyabr

Elmdə yeni nəfəs

09:20
06 Noyabr

Sözün qanadında özünə doğru 

09:15
06 Noyabr

Azərbaycan gəncliyi - bu günün gücü, sabahın məsuliyyəti

09:10
06 Noyabr

ZƏFƏR gündəliyi

09:05
06 Noyabr

Bir ömrün əbədiyyətə çevrildiyi gün

09:00
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!