14 Sentyabr 2026 17:01
204
CƏMİYYƏT
A- A+
Məhəmməd Əbdülsalam: Prezident İlham Əliyevin İslam alimlərinin irsinin yaşadılmasına göstərdiyi böyük diqqət məni heyran etdi

Məhəmməd Əbdülsalam: Prezident İlham Əliyevin İslam alimlərinin irsinin yaşadılmasına göstərdiyi böyük diqqət məni heyran etdi

Dünyamız elmi və texnoloji tərəqqinin böyük nailiyyətlərinə baxmayaraq, nifrət, təəssübkeşlik, qorxu ritorikasının genişlənməsinin, dindən sui-istifadə cəhdlərinin və onun münaqişələri, parçalanmaları, məzhəb və təriqət qarşıdurmalarını qızışdırmaq üçün bir vasitəyə çevrilməsinin şahidi olur. Bəlkə də dövrümüzün paradokslarından biri budur ki, biz ünsiyyət qurmaq imkanlarımızı daha da artırmışıq, lakin bəzən həqiqi kommunikasiya qabiliyyətimiz azalıb, daha çox məlumata sahibik, lakin bu, mütləq şəkildə daha çox hikmətə sahib olduğumuz anlamına gəlmir.

AZƏRTAC xəbər verir ki, bunu Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda I Beynəlxalq konfransın plenar iclasında çıxışı zamanı deyib.

"Şeyx Yəhya Bakuvi kimi böyük alimlərin təmsil etdiyi mötədillik yalnız iki tərəf arasında ortada dayanmaq deyil, dini və həyatı anlamaq metodudur. Həmin metod elm və hikmətə əsaslanır, ifratçılığı və təəssübkeşliyi rədd edir və öz kimliyini və xüsusiyyətlərini itirmədən başqalarına açıq olmağı nəzərdə tutur.

Bu gün dini nitqimizdə, xüsusilə gənclərə müraciətimizdə bu insani ölçünü yenidən bərpa etməyə ehtiyacımız var. İrsimizi yeni nəsillərə onların müasir dilləri ilə təqdim etməli, onun müasir insana müraciət edə biləcək canlı mənalarını üzə çıxarmalıyıq.

Azərbaycan Prezidenti İlham Əliyevin İslam alimlərinin irsinin yaşadılmasına göstərdiyi böyük diqqət məni heyran etdi. Şübhəsiz ki, bu, müdriklik və uzaqgörənlikdən xəbər verir. Çünki cəmiyyətimizin inkişafını təmin etmək üçün irsimizdən və alimlərimizdən uzaqlaşa bilmərik”, - deyə baş katib əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafının gücləndirilməsinə xüsusi diqqət yetirilib

18:09
14 Sentyabr

Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

17:51
14 Sentyabr

Mahmut Erol Kılıç: Seyid Yəhya Bakuvi kimi şəxsiyyətlər bəşəriyyəti dostluğa və həmrəyliyə dəvət ediblər

17:33
14 Sentyabr

Havanın çirklənməsi pnevmoniya, sepsis və meningit riskini artıra bilər - Araşdırma

17:26
14 Sentyabr

Nuriddin Xoliknazar: Seyid Yəhya Bakuvinin təlimində mənəvi saflaşma və yüksək əxlaq əsas yer tutur

17:25
14 Sentyabr

Safi Arpaquş: İslam irsinin yeni nəsillərə ötürülməsi onların tarix və sivilizasiya ilə bağlarını gücləndirəcək

17:24
14 Sentyabr

Bu ilin 8 ayında qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin dəyəri məlum olub

17:23
14 Sentyabr

Mərkəzi Bank BMT-nin İnkişaf Proqramının Dayanıqlı Sığorta Forumuna üzv qəbul olunub

17:09
14 Sentyabr

Məhəmməd Əbdülsalam: Prezident İlham Əliyevin İslam alimlərinin irsinin yaşadılmasına göstərdiyi böyük diqqət məni heyran etdi

17:01
14 Sentyabr

Sosial təminat xidmətlərinin transformasiyasına dair beynəlxalq vebinar olub

16:47
14 Sentyabr

Bu ilin 8 ayında Türkiyədən Azərbaycana ixracın həcmi 1,5 milyard dolları ötüb

16:43
14 Sentyabr

Sertifikatlaşdırmanın ikinci mərhələsində yeni qiymətləndirmə çərçivələri tətbiq olunacaq

16:39
14 Sentyabr

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı 8 ayın yekununa dair məlumat açıqlanıb

16:31
14 Sentyabr

Qarabağ Universitetinə 49 ixtisas üzrə 1235 tələbə qəbul olunub

16:28
14 Sentyabr

Bu il ali məktəblərə qəbul olunan abituriyentlərin sayı açıqlanıb

16:18
14 Sentyabr

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib

16:10
14 Sentyabr

Bu il 356 mindən çox məzun attestat və diplomunu elektron formada alıb

16:06
14 Sentyabr

Türkiyənin XİN rəhbəri Azərbaycana səfər edəcək

16:04
14 Sentyabr

QMİ-nin sədri: Azərbaycan sivilizasiyalar, mədəniyyətlərarası dialoq və əməkdaşlıq platformaları ilə dünyanın gündəmindədir

16:03
14 Sentyabr

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının XI hesabat konfransı keçirilib

15:53
14 Sentyabr

Allahşükür Paşazadə: Seyyid Yəhya Bakuvinin fəlsəfi görüşləri milyonlarla insana təsir göstərib

15:47
14 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!