25 Fevral 2026 08:55
145
İQTİSADİYYAT
A- A+
"Azərenerji"də rəqəmsal idarəetmə məsələləri müzakirə edilib

"Azərenerji"də rəqəmsal idarəetmə məsələləri müzakirə edilib


"Azərenerji" ASC-nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəhbərliyinin iştirakı ilə görüş keçirilib. 

Qeyd edək ki, "Azərenerji" ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndələri arasında keçirilən bu görüş Prezident İlham Əliyevin fevralın 11-də "Azərbaycanın yeni rəqəmsal arxitekturası"na dair müşavirədə verdiyi tapşırıqlardan sonra keçirilən sayca ikinci görüşdür və görüşdə dövlət başçısının 10 dekabr 2025-ci il tarixli 841 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya" çərçivəsində enerji sistemində həyata keçirilən tədbirlər nəzərdən keçirilib.

 "Azərenerji" tərəfindən edilən təqdimat zamanı Elektroenergetika Obyektləri üzrə Operativ Məlumat Sistemi (EOOMS), SCADA və WAMS/WACS sistemlərinin tətbiqi, monitorinq və operativ idarəetmə imkanları barədə məlumat verilib. Həmçinin monitorinq məqsədilə xüsusi təchiz olunmuş nəqliyyat vasitələri və enerji obyektlərində rəqəmsal nəzarət mexanizmləri diqqətə çatdırılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndələri təhlükəsizlik və kibertəhlükəsizlik sistemləri, o cümlədən Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti barədə məlumat verərək, birgə əməkdaşlıq və ixtisasartırma imkanlarını təqdim ediblər.

Müzakirələr zamanı enerji ilə əlaqəli data mərkəzlərinin enerji təchizatı, strateji obyektlərin yaxınlığında data infrastrukturunun qurulması, fiber-optik şəbəkənin inkişafı və "Azərenerji" ASC-nin myGov.az platforması ilə inteqrasiyası məsələləri də əhatə olunub. Qeyd edilib ki, inteqrasiya mərhələli şəkildə həyata keçiriləcək və istifadəçi sayının artırılması nəzərdə tutulur.

Görüş çərçivəsində tərəflər rəqəmsallaşma, kibertəhlükəsizlik və data mərkəzlərinin inkişafı üzrə birgə fəaliyyət istiqamətlərini razılaşdırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərenerji"də rəqəmsal idarəetmə məsələləri müzakirə edilib

08:55
25 Fevral

Mansurovlar tarının sehri

08:50
25 Fevral

Rənglərin dili ilə danışan sənətkar

08:45
25 Fevral

Azərbaycan iqtisadiyyatı 2026: yeni iqtisadi yol xəritəsi

08:43
25 Fevral

Qərbi Azərbaycan şəhərləri və yaşayan xatirələr

08:40
25 Fevral

Rəqəmsallaşma zamanın tələbidir

08:35
25 Fevral

Azərbaycan elminin strateji transformasiyası və yeni inkişaf paradiqması

08:30
25 Fevral

Antimilli qüvvələr xalq-iqtidar birliyinə ziyan vura bilməz

08:25
25 Fevral

Vaşinqtonda törədilən təxribat

08:20
25 Fevral

Brüssel Bakı ilə strateji tərəfdaşlıqda maraqlıdır

08:15
25 Fevral

Mədəniyyətimizin böyük hamisi

08:10
25 Fevral

İKİƏSRLİK CİNAYƏTLƏRİN ƏDALƏTLİ YEKUN CƏZASI

08:05
25 Fevral

Dünyada analoqu olmayan regional əməkdaşlıq

08:00
25 Fevral

Naxçıvan Muxtar Respublikasında subartezian quyularının qazılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısı  

02:18
25 Fevral

Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında

01:44
25 Fevral

Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

01:43
25 Fevral

Bahar Muradova “Ailə dəyərlərinin qorunması – çağırışlar və məsuliyyətlər” adlı paneldə çıxış edib  

23:46
24 Fevral

Şuşada Su çərşənbəsi qeyd edilib

23:45
24 Fevral

Ceyhun Bayramov: İslam dünyasında birlik və həmrəylik çağırışlara qarşı ən güclü cavabdır  

22:23
24 Fevral

Ağdam şəhərində ilk bayram tonqalı qalanıb

21:46
24 Fevral

G7 ölkələrinin liderləri Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü ilə əlaqədar bəyanat yayıblar  

21:19
24 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!