24 Fevral 2026 23:46
165
CƏMİYYƏT
A- A+
Bahar Muradova “Ailə dəyərlərinin qorunması – çağırışlar və məsuliyyətlər” adlı paneldə çıxış edib  

Bahar Muradova “Ailə dəyərlərinin qorunması – çağırışlar və məsuliyyətlər” adlı paneldə çıxış edib  


Fevralın 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Macarıstan Ailə Tərəfdarları Sammiti” adlı beynəlxalq konfrans çərçivəsində “Ailə dəyərlərinin qorunması – çağırışlar və məsuliyyətlər” adlı paneldə çıxış edib.

AZƏRTAC xəbər verir ki, o, çıxışında ailə institutunun müasir dövrdə çoxşaxəli sosial, demoqrafik və mədəni çağırışlarla üz-üzə qaldığını qeyd edərək, ailə dəyərlərinin qorunmasının dövlətlərin dayanıqlığı və təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb. B.Muradova, Azərbaycanın ailə institutunun möhkəmləndirilməsini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən etdiyini və bu istiqamətdə dövlət, cəmiyyət və gələcək nəsillər qarşısında məsuliyyət prinsiplərinə əsaslanan kompleks yanaşmanın tətbiq olunduğunu bildirib.

Postmünaqişə və böhran sonrası dövrdə ailələrə sosial-psixoloji dəstəyin vacibliyini vurğulayan sədr “Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qurulan ailə və uşaqyönümlü infrastruktur layihələrindən danışıb. O, demoqrafik dayanıqlığın yalnız kəmiyyət göstəriciləri ilə deyil, sağlam, təhsilli və təhlükəsiz mühitdə formalaşan keyfiyyətli insan kapitalı ilə ölçüldüyü deyib.

Dövlət Komitəsinin sədri dövlətin ailələrin sosial-iqtisadi dayanıqlığının gücləndirilməsi, valideyn məsuliyyətinin təşviqi, erkən və qohum nikahlarının qarşısının alınması, gender əsaslı zorakılıqla mübarizə, eləcə də uşaqların hüquqlarının və rəqəmsal təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işlərdən bəhs edib. O, keyfiyyətli insan kapitalının formalaşdırılmasının, nəsillərarası dəyərlərin qorunmasının və gender balansının ailə institutunun davamlılığında həlledici rol oynadığını diqqətə çatdırıb, Azərbaycanın beynəlxalq platformalarda ailəyönümlü əməkdaşlığa önəm verdiyini xüsusi qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında

01:44
25 Fevral

Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

01:43
25 Fevral

Bahar Muradova “Ailə dəyərlərinin qorunması – çağırışlar və məsuliyyətlər” adlı paneldə çıxış edib  

23:46
24 Fevral

Şuşada Su çərşənbəsi qeyd edilib

23:45
24 Fevral

Ceyhun Bayramov: İslam dünyasında birlik və həmrəylik çağırışlara qarşı ən güclü cavabdır  

22:23
24 Fevral

Ağdam şəhərində ilk bayram tonqalı qalanıb

21:46
24 Fevral

G7 ölkələrinin liderləri Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü ilə əlaqədar bəyanat yayıblar  

21:19
24 Fevral

İqtisadiyyat naziri “Goldman Sachs” rəsmisi ilə görüşüb  

21:17
24 Fevral

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclası keçirilib YENİLƏNİB  

21:01
24 Fevral

Bakıda Su çərşənbəsi: Qız qalası meydanında ilk bayram tonqalı qalanıb VİDEO  

20:37
24 Fevral

Serdar Ünsal: Xocalı soyqırımını unutmadıq və unudulmağa da imkan verməyəcəyik  

20:12
24 Fevral

Azərbaycan və Gürcüstan arasında parlamentlərarası əlaqələr inkişaf edir  

20:03
24 Fevral

İqtisadiyyat nazirinin müavini Xırdalanda vətəndaşların müraciətlərini dinləyib  

19:41
24 Fevral

Milli Məclisdə Türkiyə parlamentariləri ilə görüş keçirilib  

19:41
24 Fevral

Azərbaycan-Türkiyə parlamentlərarası münasibətləri müzakirə edilib  

19:32
24 Fevral

Azərbaycan və Serbiya arasında enerji sahəsində əməkdaşlıq “win-win” modelidir – Belqraddan rəy  

19:17
24 Fevral

Andrey Boyiç: Azərbaycan–Serbiya enerji əməkdaşlığı Avropanın dayanıqlığını gücləndirir  

19:02
24 Fevral

Ukrayna hərbçiləri Rusiya ordusunun hərbi texnikasına və qoşunların idarəetmə mərkəzlərinə silsilə zərbələr endiriblər  

18:51
24 Fevral

Milli Məclisin növbəti iclasında müzakirə olunacaq məsələlər açıqlanıb

18:47
24 Fevral

Azərbaycanda pambıqçılığın inkişafı sahəsində mövcud çağırışlar müzakirə edilib  

18:32
24 Fevral

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin mart ayında vətəndaşların qəbulu CƏDVƏLİ

18:30
24 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!