09 İyun 2022 01:32
1255
İQTİSADİYYAT
A- A+
Azərbaycanın tranzit ölkə kimi beynəlxalq əhəmiyyəti artıb

Azərbaycanın tranzit ölkə kimi beynəlxalq əhəmiyyəti artıb

 

Getdikcə daha çox ölkə trans-Xəzər marşrutunu seçir

 

Rusiya-Ukrayna münaqişəsi dünyada təkcə ərzaq təminatına mənfi təsir göstərməyib. İki ölkə arasındakı gərginlik həm də beynəlxalq logistikaya ciddi zərbə vurub. Asiyadan Avropaya və geriyə daşınan bir çox yüklər Rusiya ilə Ukrayna ərazisindən keçdiyi üçün silahlı qarşıdurma səbəbindən bu mühüm nəqliyyat marşrutu iflic vəziyyətə düşüb.

Hadisələrin belə gedişi trans-Xəzər marşrutunun əhəmiyyətini daha da artırıb. Yüklərin Asiyadan Avropaya təhlükəsiz və qısa müddətdə daşınması bu nəqliyyat dəhlizi ilə yük göndərən və yük qəbul edən ölkələr üçün sərfəlidir. Bunun üçün həm etibarlı texniki təminat, həm də sərfəli tariflər mövcuddur. Bu üzdən trans-Xəzər marşrutu bir daha özünün etibarlılığını və əlverişliliyini sübut edir.

Bəs bu nəqliyyat dəhlizinin üstünlükləri nədir? Birincisi, yüklərin daşınmasında vaxt və qiymət baxımından tərəflər üçün əlverişlidir. Yəni yüklərin nəqli alıcılar üçün tez və ucuz başa gəlir.  İkincisi, yüklərin mənzilbaşına vaxtında çatdırılması üçün bütün texniki imkanlar mövcuddur. Məsələn, Asiyadan Avropaya göndərilən yüklər Xəzər dənizinin üzərindən tez çatdırılması üçün güclü bərə donanması mövcuddur. Ən başlıcası isə, yüklərin bu marşrut üzərindən daşınması təhlükəsizdir. Odur ki, dünya trans-Xəzər marşrutunu ən etibarlı yükdaşıma vasitəsi hesab edir. Azərbaycan isə "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq marşrutlarının qovuşuğunda yerləşdiyindən bu marşrutda açar ölkə statusundadır.

Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar Çindən Finlandiyaya gedən ilk blok qatar yükləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə  yola salınıb. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Traceka) çərçivəsində Qazaxıstanın Kurik limanından "Ağdam" və "Naxçıvan" gəmi-bərəsi ilə daşınan 54 konteynerdən ibarət blok qatarının birinci hissəsi mayın 27-də Bakı limanına çatdırılıb. Bərə terminalına yan alan yüklərin boşaldılması əməliyyatı operativ formada - 1 saat 45 dəqiqə ərzində icra edilib. "Naxçıvan" gəmi-bərəsində də sənədləşmə işləri tamamlandıqdan sonra boşaldılan yüklər  operativ şəkildə alıcılara göndərilib. Finlandiyanın "Nurminen Logistics" şirkətinə məxsus yüklərin əsas hissəsi avtomobil ehtiyat hissələri, plastik məhsullar, tekstil avadanlıqları və qeyri qida məhsullarından ibarətdir. Konteynerləşdirilmiş formada, platformalar üzərində daşınan bu yüklər Gürcüstanın Poti limanına yola salınaraq oradan Qara dəniz vasitəsilə gəmi-bərələrlə Avropaya, Ruminyanın Konstansa limanına göndərilib. Daha sonra isə blok qatar son təyinat ünvanı olan Finlandiyaya çatdırılacaq. Qeyd edək ki, bir müddət əvvəl "Nurminen Logistics" şirkətinin rəhbər heyəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edib, texniki imkanlarla tanış olduqdan sonra blok qatarın məhz bu marşrutla daşınmasına qərar vermişdi.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) regionda davamlı inkişaf məqsədlərini dəstəkləmək üçün Bakı limanı ilə əməkdaşlıqda maraqlıdır. Bu məqsədlə mayın 27-də AYİB-in Avrasiyada infrastruktur üzrə rəhbəri xanım Yelena Qordeyeva yeni tərəfdaşlıq imkanlarını araşdırmaq üçün Bakı limanına səfər edib. Səfər zamanı mövcud nəqliyyat dəhlizlərinin daha rəqabətədavamlı, yaxşı idarə olunan, yaşıl, inklüziv, dayanıqlı və inteqrasiyalı olmasına dəstək məqsədilə yeni layihələrə başlamaq və yeni əməkdaşlıq sahələrinin yaradılmasına dair strateji fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Bakı limanının yükaşırma qabiliyyətinin artırılması, yeni yaşıl liman qurğularının tikintisi, o cümlədən limanda birbaşa bərpaolunan enerji mənbələrinin formalaşdırılması ilə regional dayanıqlı iqtisadiyyatın inkişafına töhfə veriləcək.

Ümumiyyətlə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı xarici əlaqələrini genişləndirməyə xüsusi önəm verir. Xəbər verildiyi kimi, limanın əməkdaşları bu günlər Kanadanın Vankuver şəhərində keçirilən Beynəlxalq Limanlar və Limanlar Assosiasiyasının Dünya Limanları konfransında iştirak etmişlər. Limanın baş direktoru Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyəti həmçinin qlobal dəniz limanı sahəsində rəqabət qabiliyyətinin artırılması və dünyanın əsas liman regionlarının performansının yüksəldilməsi məqsədilə boşluqları bağlamaq (Close the Gaps) mövzusunda təşkil olunan və 400-dən çox aparıcı liman və tərəfdaşları yeni formatda bir araya gətirən IAPH 2022 tədbirinə qatılmışdır. Bundan əlavə, Bakı limanı sözügedən konfransın Vankuver Konqres Mərkəzində keçirilən "Yaşıl gəmiçilik dəhlizlərinin əlaqələndirilmiş və davamlı şəbəkəsini necə inkişaf etdirməli" adlı sesiyasına sponsorluq etmişdir. Sessiyada ekspertlər və tanınmış liman rəhbərləri Yaşıl Nəqliyat Dəhlizləri şəbəkəsinin necə formalaşacağı və hansı meyarların dənizdə karbon emissiyalarının azaldılmasına davamlı təsir edəcəyi barədə fikirlərini bölüşmüşlər.

Konfrans zamanı Bakı limanının nümayəndə heyəti ümumi dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə vermək məqsədilə mövcud və gələcək tərəfdaşlıq imkanlarını müzakirə etmək üçün IAHP-nin İcraçı direktoru Patrik Verhoeven, eləcə də müxtəlif ölkələrin liman rəhbərləri ilə görüşlər keçirmişdir. Məlumat üçün bildirək ki, IAPH Beynəlxalq Limanlar və Limanlar Assosiasiyasıdır. Assosiasiyanın dünyanın 90 ölkəsindən 200-dən çox üzvü var və təşkilat dünyada olan limanları və ya limanla əlaqəli fəaliyyət göstərən nüfuzlu biznesləri bir araya gətirir. Bakı limanı 2010-cu ildən IAPH-nin üzvü kimi qurumla strateji tərəfdaşlıq edir. Xatırladaq ki, Azərbaycan paytaxtı 2018-ci ilin mayında Mərkəzi Avrasiyada ilk dəfə keçirilən IAPH-nin Dünya Limanları Konfransına (IAPH 2018) evsahibliyi etmişdir. Bakı konfransında 65 ölkədən rekord sayda (400-dən çox) nümayəndə iştirak etmişdir.

 

Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

01:17
08 İyun

İran yenidən İsrailə hava zərbələri endirib

23:48
07 İyun

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

22:23
07 İyun

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

20:58
07 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

20:13
07 İyun

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub  

19:43
07 İyun

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

19:31
07 İyun

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

18:59
07 İyun

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb  

18:47
07 İyun

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

18:42
07 İyun

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq  

18:15
07 İyun

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq  

18:14
07 İyun

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib  

17:51
07 İyun

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

16:47
07 İyun

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb  

15:11
07 İyun

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

14:06
07 İyun

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var  

13:32
07 İyun

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm

12:57
07 İyun

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

12:49
07 İyun

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

11:50
07 İyun

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək  

11:47
07 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!