14 Oktyabr 2026 08:30
211
Mədəniyyət
A- A+
Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin - "44" bədii filminin premyerası olub

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin - "44" bədii filminin premyerası olub


Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan "44" bədii filmi ictimaiyyətə təqdim olunub. 

AZƏRTAC xəbər verir ki, filmin təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Təqdimatdan əvvəl şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Daha sonra qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında "44" filminin saundtrekini dinləyiblər. Musiqinin yaratdığı təsirli ovqat ekranda Azərbaycan xalqının Zəfərə aparan yolunu əks etdirən sənədli xronika ilə müşayiət olunub. Xronikada Azərbaycanın ərazi bütövlüyü uğrundakı mübarizə dövrü, Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın azad olunmasına yönəlik siyasəti, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilməsinə dair videomateriallar təqdim edilib.  

"44" bədii filminin çəkiliş prosesi barədə statistik məlumatları əks etdirən videoçarx göstərildikdən sonra ekran əsəri nümayiş olunub.

Film bir kursantın gözü ilə canlandırılan qəhrəmanlıq və məhəbbət dramıdır. Ekran əsərində əks olunan hadisələr xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda ayağa qalxan bir nəslin ruhunu, iradəsini və fədakarlığını təcəssüm etdirir. Süjetin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimov dayanır. Sevgi və şəxsi sınaqlar xətti ilə paralel olaraq, filmdə gərgin hərbi əməliyyatlar cərəyan edir. "44", sadəcə, müharibə haqqında film deyil. Bu ekran əsəri qəlbi Vətən sevgisi ilə döyünən, ümidini heç vaxt itirməyən və sona qədər torpaqlarının azadlığı uğrunda fədakarlıqla mübarizə aparan Azərbaycan xalqının hekayəsidir. "44" filmi Müzəffər Ali Baş Komandanın "dəmir yumruğ"u, xalqın birliyi və igid oğullarımızın qəhrəmanlığı ilə qazanılmış tarixi Zəfərin bədii salnaməsidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn "44" bədii filmi istehsal miqyası, cəlb olunmuş mütəxəssislərin sayı, çəkiliş coğrafiyası, istifadə olunan texniki resursların həcmi və beynəlxalq əməkdaşlıq səviyyəsi baxımından Azərbaycanda son illərin ən böyük kinematoqrafik layihələrindəndir. 

Filmin bədii rəhbəri Anar Ələkbərov, quruluşçu rejissorları İsmayıl Səfərəli, Maksim Smetana, ssenari müəllifləri Anar Ələkbərov, İsmayıl İman, prodüseri Orman Əliyev, quruluşçu operator Oleksandr Pozdnyakov, montaj rejissoru Elşad Rəhimov, bəstəkarı Ruslan Ağababayev, səs rejissoru Teymur Kərimovdur. 

Ekran əsəri ssenarinin işlənməsindən postprodakşn mərhələsinədək 5 il ərzində ərsəyə gəlib. Belə ki, bədii ssenari və rejissor ssenarisinin yazılması 2 il, çəkilişlərə hazırlıq işlərinə 1 il, çəkilişlər 14 ay, postprodakşn işləri isə 1 il davam edib. Filmin daimi yaradıcı, aktyor və inzibati heyəti 455 nəfərdən ibarət olub. Hərbçilər, kütləvi səhnələrin iştirakçıları, epizodik rolları canlandıran aktyorlar, cəlb olunan mütəxəssislər nəzərə alındıqda isə layihə iştirakçılarının sayı bir neçə min nəfərə çatıb. Layihəyə müxtəlif istiqamətlər üzrə 198 mütəxəssis dəvət olunub. Filmin çəkilişlərində 2500 hərbçi, Xüsusi Təyinatlı Qüvvələrin 42 döyüşçüsü, əsas rollarda 32 aktyor, epizodik rollarda 1143 aktyor, həmçinin kütləvi səhnələri canlandıran 2000-dək heyət iştirak edib. Aktyorlar sırasında eyni zamanda Vətən müharibəsi iştirakçıları var. 

Filmdə azərbaycanlı aktyorlarla yanaşı, Türkiyənin tanınmış aktrisası Özge Gürel də rol alıb. Çəkilişlərdən əvvəl aktyor heyəti Xüsusi Təyinatlı Qüvvələrin təlim-məşq bazasında hərbi-taktiki hazırlıq keçib. Filmdə ordumuzun bütün qoşun və qüvvə növləri iştirak edib. 

Ekran əsərinin çəkilişləri Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocalı, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb. Ümumilikdə isə çəkilişlər 130-dan çox məkanı əhatə edib.

Filmin istehsalında 150-dən çox hərbi texnika, aviasiya, avtomobil, silah və xüsusi təyinatlı avadanlıqlardan istifadə olunub. Çəkilişlərə tanklar, piyadaların döyüş maşınları, reaktiv yaylım atəş sistemləri, artilleriya sistemləri, döyüş helikopterləri, pilotsuz uçuş aparatları, mühəndis texnikası və zirehli avtomobillər, həmçinin atıcı silahlar, pulemyotlar, snayper tüfəngləri, qumbaraatanlar, tank əleyhinə raket kompleksləri və minaatanlar cəlb edilib. Genişmiqyaslı döyüş səhnələrinin real canlandırılması üçün müxtəlif növ 300 min təlim və döyüş patronu, yüzlərlə təlim sursatı, eləcə də xeyli miqdarda pirotexnika, tüstü effektləri, partlayıcı maddələr və xüsusi kaskadyor avadanlıqlarından istifadə olunub. 

112 saatlıq çəkiliş materiallarının montajı 1 il davam edib və nəticədə 2 saat 38 dəqiqəlik film ərsəyə gəlib.

Layihənin reallaşmasına müxtəlif mərhələlərdə beynəlxalq mütəxəssislər də cəlb olunub. Kaskadyorluq, trük səhnələrinin quruluşu, pirotexniki effektlər, çəkiliş meydançasında səs yazılışı, operator dəstəyi, qrim işləri, musiqinin yazılışı, səs miksi, səs dizaynı, kompüter qrafikasının yaradılması, rəng korreksiyası və görüntünün yekun emalı, eləcə də premyera nümayişi üçün texniki avadanlıqların təchizatı 13 ölkədən - ABŞ, Almaniya, Avstriya, Belarus, Böyük Britaniya, Gürcüstan, İran, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və Estoniyadan olan mütəxəssislər tərəfindən həyata keçirilib. Filmin kompüter qrafikası işləri ukraynalı mütəxəssislərlə birgə Estoniyanın 3D qrafika, kompüter animasiyası və vizual effektlər üzrə ixtisaslaşmış "UMP" studiyasında aparılıb və heç bir süni intellekt məhsulundan istifadə olunmayıb.

Filmin postprodakşn mərhələsi, rəng korreksiyası, rəqəmsal görüntü emalı və masterinq işləri Polşanın bu sahədə ixtisaslaşmış "Dolby Vision" sertifikatlı "FixaFilm" studiyasında reallaşıb. 

Ekran əsərinin istehsalı zamanı əlçatanlığın təmin olunmasına xüsusi diqqət yetirilib və müasir texnologiyaların tətbiqi ilə görmə imkanları məhdud tamaşaçılar üçün filmin tifloşərhli versiyası hazırlanıb.

Filmin premyerası üçün Almaniya-Avstriya birgə şirkəti olan "Lang AG"dən müasir ixtisaslaşmış proyeksiya ekranı alınıb, Almaniyanın "BIG cinema" şirkətindən isə DCP formatında filmlərin nümayişini dəstəkləyən sistemi olan müasir texnologiyalı kinoproyektor icarəyə götürülüb. Bu texnologiya belə miqyasda bədii filmin yüksək keyfiyyətdə nümayişi üçün Azərbaycanda ilk dəfə istifadə olunub. Nümayiş zamanı həmçinin yüksək səs keyfiyyəti yaradan müasir sistemlər tətbiq edilib.

Ekran əsərinin premyerası münasibətilə çəkiliş prosesini, arxiv materiallarını, yaradıcı komandanın işini əks etdirən fotolar və məlumatlardan ibarət nəşr, eləcə də məhdud sayda xatirə hədiyyə dəstləri hazırlanıb.

Filmin təqdimatından sonra şəhid ailələri, İkinci Qarabağ müharibəsinin iştirakçıları, həmçinin yaradıcı və texniki heyət səhnəyə dəvət olunub, çıxış ediblər. 

"44" bədii filminin beynəlxalq səviyyədə tanıdılması məqsədilə gələcəkdə xarici ölkələrdə nümayişi, eləcə də kinofestivallarda iştirakı nəzərdə tutulur. 

Film oktyabrın 15-dən ölkə kinoteatrlarında nümayiş olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Masallıda və Şirvanda şəhidlərin xatirəsi anılıb

09:20
14 Oktyabr

Müharibənin bitməyən ağrıları - mina təhlükəsi

09:10
14 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
14 Oktyabr

Azərbaycan-Kamboca tərəfdaşlığında yeni səhifə açılır

08:50
14 Oktyabr

ABŞ Konqresinin "erməni hərbi əsirlər" ritorikası siyasi manipulyasiya xarakteri daşıyır

08:45
14 Oktyabr

"44" bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

08:40
14 Oktyabr

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin - "44" bədii filminin premyerası olub

08:30
14 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun BƏYANATI

08:20
14 Oktyabr

Beynəlxalq sənədlər təsdiq edildi

08:10
14 Oktyabr

Söz sahibinə çevrilən Azərbaycan

08:00
14 Oktyabr

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

22:34
13 Oktyabr

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib

22:25
13 Oktyabr

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

21:43
13 Oktyabr

Rusiyada hibrid qatar idarəetmə modeli hazırlanıb  

20:46
13 Oktyabr

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

20:18
13 Oktyabr

Alimlər adi buzdan 10 dəfə möhkəm yeni material hazırlayıblar  

20:17
13 Oktyabr

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!