13 Oktyabr 2026 19:45
217
DÜNYA
A- A+
İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  


İspaniyanın şimal-şərqində yerləşən Abrik Romaní qaya sığınacağında süxurlar arasında qorunub qalmış 13 izin neandertalların hazırladığı taxta alətlərə aid olduğu müəyyən edilib. Tədqiqatçıların fikrincə, bu əşyalar təxminən 40–62 min il əvvəl bölgədə yaşamış neandertallar tərəfindən istifadə olunub.

Kataloniya İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimlərin ehtimalına əsasən, taxta əşyalar kalsium-karbonatla zəngin su ilə örtüldükdən sonra ağac çürüyüb, lakin ətraf çöküntülərdə onun formasını əks etdirən boşluqlar qalıb. Qaya sığınacağında minilliklər ərzində toplanmış, qalınlığı təxminən 20 metrə çatan çöküntü təbəqələri mövcuddur. Taxta əşyaların izləri bu çöküntülərin müxtəlif səviyyələrində aşkar edilib.

Qazıntıların indiyədək tədqiq olunmuş ən qədim təbəqəsi olan R səviyyəsində iki nizənin izi müəyyən edilib. Onlardan birinin uzunluğu 2,4 metrdən çox olub. Tədqiqatçılar bu nizənin ehtimal ki, yaxın məsafədən zərbə endirmək üçün istifadə edildiyini düşünürlər. Digər nizə isə üç hissəyə parçalanmış vəziyyətdə olub və ola bilsin ki, istifadədən sonra atılıb. P səviyyəsində baş hissəsi üçbucaq formasında olan və təxminən 15 santimetr uzunluğunda dəstəyi olduğu ehtimal edilən əşyanın izi aşkarlanıb. Bu əşyanın səthindəki şırımlar onun qaşıma yolu ilə formalaşdırıldığını göstərir. Eyni təbəqədə daş lövhələrə də rast gəlinib.

H və O səviyyələrində uzunluğu təxminən 30–56 santimetr arasında dəyişən, yanmış ağac qabığından hazırlanmış dörd yastı əşyanın izi müəyyən edilib. Tədqiqatçılar çevik ardıc qabığından hazırlanmış bu əşyaların boşqab, dayaz kasa və ya kül toplamaq üçün istifadə edilən kürəkvari vasitələr ola biləcəyini ehtimal edirlər. I səviyyəsində ocaq yerinin üzərində aşkar edilmiş düz çubuqların yemək bişirmək üçün nəzərdə tutulan qaldırılmış dayağın hissələri olduğu düşünülür. N səviyyəsində isə beş ocaq yeri ilə əhatələnmiş hamar bir dirəyin izi tapılıb. Bu sahə yatmaq üçün istifadə edilmiş ola bilər. Dirək isə küləkdən qoruyan səddin və ya kiçik daxmanın qurulmasında rol oynamış ola bilər.

Nəhayət, J və O səviyyələrində aşkarlanan qalın çubuqların torpaqdan kök və kök yumrularını çıxarmaq, ocaq üçün çalalar qazmaq və ya tullantıları basdırmaq məqsədilə istifadə edildiyi ehtimal olunur. Tədqiqatçılar bildirirlər ki, bu tapıntılar neandertalların ağacdan müxtəlif məqsədlər üçün istifadə etdiklərini və onların gündəlik həyatında ağac emalının mühüm yer tutduğunu göstərir.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada hibrid qatar idarəetmə modeli hazırlanıb  

20:46
13 Oktyabr

Alimlər adi buzdan 10 dəfə möhkəm yeni material hazırlayıblar  

20:17
13 Oktyabr

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

19:03
13 Oktyabr

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

18:53
13 Oktyabr

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

18:31
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

18:19
13 Oktyabr

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub  

18:17
13 Oktyabr

Alimlər hüceyrələrin cavanlaşdırılmasına nail olublar  

18:13
13 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb  

18:07
13 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib  

18:01
13 Oktyabr

İqtisadi Şuranın növbəti iclası olub

17:58
13 Oktyabr

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

17:56
13 Oktyabr

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

17:56
13 Oktyabr

Panamada 6 maqnitudalı zəlzələ baş verib  

17:52
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!